ureyimin doyuntusu meni bu heyatda yasamaq ucun gucle temin edir ,mobil telefona gucu catmaz ,bunu yegin bilirem![]()
2 sonuçtan 1 ile 2 arası
-
10-17-2009, 07:25 PM #1Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Ürək döyüntüsü ilə işləyən mobil telefon!
15 yaşlı məktəblinin ideyası alimlərin diqqətini çəkib
Hindistanın paytaxtı Dehlidə yaşayan 15 yaşlı Sarocini Maxacan mobil telefonun batareyasını insanın ürəyinin döyüntüsü və bədəninin istisindən alınacaq elektrik enerjisi ilə doldurmağı təklif edib. Lent.az-ın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, Sarocini Maxacan bunun üçün ürək döyüntüsünü elektrik enerjisinə çevirə biləcək bilərzik hazırlanmasını mümkün sayıb.
O, bu ideyasını Hindistanda keçirilən İGNİTE adlı müsabiqəyə də təqdim edib və buna görə yalnız həvəsləndirici mükafat alıb. Ancaq Stenford Universitetinin alimləri müsabiqənin saytında bu ideya ilə tanış olduqdan sonra 15 yaşlı məktəblini arayıblar. Amerikalı alimlər Sarocini Maxacana bu ideyasını reallaşdırmaqla bağlı konsepsiya hazırlamağı təklif ediblər.
Stenford Universitetinin alimləri hesab edirlər ki, sahibinin ürək döyüntüsü və bədəninin istisi ilə batareyası doldurula biləcək mobil telefonlara həm elektrik enerjisinin qıt olduğu inkişaf etməkdə olan ölkələrin, həm də batareya doldurmaqdan bezən Qərb ölkələrinin sakinləri ciddi maraq göstərəcəklər.
15 yaşlı hindistanlı tələbə əvvəlcə özü də ideyasının alimlərin ciddi marağına səbəb olduğuna inanmayıb. Ancaq indi o özü gələcəkdə bu sahədə elmi tədqiqatlarla məşğul olmağı planlaşdırır
-
10-17-2009, 10:05 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Ürək döyüntüsü ilə işləyən mobil telefon!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri