Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Ad günü hədiyyəsi (novella)

  1. #1
    Member
    Üyelik tarihi
    Oct 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    98

    Ad günü hədiyyəsi (novella)

    Artıq bir aydır...
    Bir aydır ki həsrətəm qoxusuna, bir aydır ki gözlərim axtarır hər yerdə, hər tıqqıltı odur sanıram, hər zəng onun zəngidir, hər qapıya gələn odur...
    Bir aydır onunla küsmüşük daha doğrusu mən onun xətrinə dəymişəm və o məndən küsüb. Əlbəttə bilirəm ki xətrini dünyalar qədər istədiyin və xoş sözlər umduğun birindən küsərlər.
    Onun məndən küsməsində ən böyük təsəllim məni nə qədər çox istədiyini bir daha anlamamdır. Bu da olmasa təsəllim olmaz gecələr tənha qalıb özümü günahlandıranda...
    Biz çox mehriban olmuşuq, hərdən mübahisələrimiz də olub ancaq, mübahisəli söhbətlər daha maraqlı daha şirin olur xüsusilə mübahisədə qalib gəldikdə.
    Hər zaman o qalib gələrdi. mən qalib gələcəyimi bildikdə geri çəkilərdim xətrini çox istədiyimdən. Qoy inciməsin, qoy ruhlansın, qoy fərəhlənsin bu məni də fərəhləndirir öz qalibiyyətim imiş kimi.
    Amma hərdən mən də udurdum mübahisələri və xətrinə dəyirdi. O, incik biridir. Tez xətrinə dəyərsən, amma kin saxlamaz. Tezcə də unudar olanları.
    Qürurludur həm də, qürurunu tapdalatmaz heç, məğlubiyyətilə də barışmaz...
    Necə də darıxdım lap o günlərçün... Eh kaş yenə ola burda da mübahisə edək, mən məğlub olum həmişə. Kaş burda olsun, nə olursa olsun.
    Xətrinə dəydiyim günü xatırlayıram, xatırlayıram? xatırlamıram! Xatirimdən bir saniyə çıxırmı ki xatırlayım?
    mübahisə etmişdik və mən qələbə çalmışcasına çox qürrələnərək onun qürurunu sındırdığımın fərqinə varmamışdım. Qürur!!! axı o çox qürurludur. Gərək nəzərə alaydım. Almadım.
    Günahımı bilirəm. kömək etmir...
    Hərdən zəng edirəm, götürür telefonu, üzümə qapamır. danışır da hətta xoş danışır, hal-əhval soruşur, soruşanda deyir işlərim var bağışla başım qarışıqdır.
    Xətrimə də dəymək istəmir.
    Ad günüm yaxınlaşır, bəlkə ad günümə hədiyyə olaraq barışar deyə ümid edirəm. Ümid edirəm ki barışar. O məni çox istəyir bilirəm. Qoymaz mən belə həsrət çəkim, həm peşiman olduğumu da bilir xətrinə dəydiyimçün.
    Bəli, əlli yaşıma ən yaxşı hədiyyə olar onun barışmağı əsl yubiley hədiyyəsi! Otuz ildir evliyəm və oğlumun 28 yaşı var. bu 28 ildə ilk dəfədir ki bir ay müddətinə küsülüyük.
    Hərdən olub incikliklərimiz bir ya iki günlük. Necə də çətinmiş övladdan ayrı qalmaq. Evlidir oğlum, yenicə toyu olub. Gəlinim gəlir bizə tez tez xəbər alıram onnan.
    Deyir -ata məşğuldu, işləri çoxdur evə yorğun gəlir. Gülümsəyirəm içimdə. Sənidəmi öyrətdi ay şeytan? Gəlinim xətrimi çox istəyir o da inciklik olsun istəmir.
    Sağolsun ki heç olmasa o gəlib baş çəkir bizə.
    Ümidlə gözləyirəm... bu 20 gün tezcə keçsəydi. gülməlidir, ad günümü əlli ildə ilk dəfədir həyəcanla gözləyirəm. Lap uşaqlar kimi....

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ad günü hədiyyəsi (novella)

    tesekkur cox maraqli idi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.