dehsetdir ,bele oxuduqca adam havalanirdi ,Allah hec kese saqalmaz derd vermesin ,qoy biz hec vaxt yaxinlarimizi itirmeyek AMIN.
2 sonuçtan 1 ile 2 arası
-
10-17-2009, 06:41 PM #1Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Gecən xeyrə qalsın dəftər...
Həkimlər də ümid vermədi, falçılar da.
Xəstədir qızım, çox xəstə. Sağalmayacaq xəstəlikdir.
Nacə də əzabvericidir doğma birinini itirəcəyini, əvvəlcədən bilməksə dəhşətvericidir.
Qızım da bilir bunu. Gec tez bilir ki tərk edəcək bizi. Təsəlli verir mənə. Sanki dünyadan köçən bu deyilmiş kimi. Məni ovundurur. "Əşi yalandı, həkimlər bilmirlər" deyir. Heç nə olmayacaq deyir. Allahdan ümid kəsilməz, Allah kərimdir deyir. Deyir deməyinə gözlərindən özünün də inanmadığı hiss olunur...
Necə də çətindir gecələr yatmaq...
Fikrimdə minlərlə qara xəyallar, düşünməyə belə imkan vermirlər nəyinki yatmağa gecələri. Hər an onu itirəcəyinin qorxusuyla yaşamaq nə qədər çətindir.
Görəsən sabaha sağ çıxacaqmı düşüncəsiylə yatmağa çalışıram, yata bilirəmmi, bilərəmmi?Vurnuxuram sağa sola ilan vurmuş kimi yerimdə səhərə qədər.
Son dəfə yatdığımı heç xatırlamıram belə. Hamı, arıqlamısan, gözlərin batıb, deyəsən saçına da dən düşür, sən ki şax gəzirdin belini niyə əyirsən deyir. ehhh... mənim ixtiyarım məndədirmi ki biləm mən neyləyirəm?
Xəstə olur kiminsə övladı xəstələndiyi üçün ağlayır və sağalacağını da bilərək. Mən neyləyim? Ağlamaqdan gözlərim də üz döndərib məndən. istəmirlər ağlamaq, yorulduq bəsdir deyirlər. Ağlamaqla düzəlməyəcək deyirlər.
Ay həkim əgər mümkündürsə qızımda o əzab verən nədirsə məndən çıxar ona qoy dedim bir gün həkimə. Gülümsündü, yəqin ki sadəlövhlüyümə, bisavadlığıma gülümsünürdü. Mən də bilirdim belə şey mümkün deyil, ancaq əli qolu bağlı qalmaqdan, çarəsizlikdən nə edəcəyimi bilməməkdən gələn cümlə idi bu.
Kənardan tamaşaçı kimi baxmaq, həm də özgəyə yox övladına...
Off. Dünya yəni bu qədər sıxıcıdır? Yəni bu qədər çarəsizdir insan? Ölüm haqdır, ancaq vaxtında olsun da bu ölüm, nə olar? Əzab verici olmasın da. Günahsız birisiyçün olmasın da.
Eh, Allah bilən məsləhətdir. Belə məsləhət bilibsə belə olmalıdır demək. Bu da mənim bir gecəm, Hə mən guya yatdım. Gedim uzanım yerimə uşaqlar durub məni oyaq görməsinlər.
Gecən xeyrə qalsın dəftər...
-
10-17-2009, 09:52 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Gecən xeyrə qalsın dəftər...


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri