hamısın başa düşdüm bir tək 8cidən başqa . açıqlama verə bilərsən?
3 sonuçtan 1 ile 3 arası
-
10-17-2009, 11:45 AM #1Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
İnsanlar Haqqında 29 Maraqlı Fakt
1 - İnsanların boyu səhərlər axşamkından 1 sm daha uca olur. Bunun səbəbi: gün ərzində oynaqların yığılmasıdır.
2 - Evdə olan tozların böyük bir hissəsi ölü dəri qatını təşkil edir.
3 - Əldəki şəhadət barmağı digər barmaqlara nisbətən daha həssasdır.
4 - İnsan orqanizmi 1 saniyə ərzində 15 million eritrotis (qırmızı qan cisimcikləri) yaradır və öldürür.
5 - Həddindən artıq qidalanma eşitmə qabiliyyətini ağırlaşdırır.
6 - İnsan yemək vaxtı yeməyi, təxminən, 295 dəfə udur.
7 - Kainatda bu vaxta qədər ölənlərin sayı yaşayanların sayından azdır.
8 - Yatdığınız otaq nə qədər soyuq olarsa gördüyünüz səfeh yuxularınızın mümkünlük ehtimalı çoxdur.
9 - Həşəratların dişləməsi ən çox ayaqlarda təsadüf edir.
10 - Əgər 1 million insan eyni vaxtda hoppanarsa yaranan qüvvət 500 ton TNT-ə bərabər olar.
11 - Qadınlar kişilərlə müqayisədə gözlərini 2 dəfə artıq qırpırlar.
12 - İnsan orqanizmi üçün gün ərzində 2 dəfə 4 saatlıq dövrə yuxu tam 8 saatlıq yuxudan olduqca faydalıdır.
13 - Saqqalın uzunmağı orta hesabla ilə 140 mm təşkil edir.
14 - Kişi saçlarının diametri qadın saçlarının diametrini 2 dəfə üstələyir.
15 - Digər barmaqlara nisbətdə orta barmaqdakı dırnaq daha tez uzanır.
16 - Statistikaya görə insan hamam otağına gün ərzində 6 dəfə gedir.
17 - Dadbilmə reseptorların (həssas sinir toxumalarının qıcıqlanmanı qavrayan ucları) yaşama müddəti 10 gündür.
18 - Ən cavan valideynlər 1910-cu ildə Çində olub. Onların 8 və 9 yaşları var idi.
19 - Ən çox tanınmış böyrək daşının çəkisi 1.36 kq-a bərabər idi.
20 - Sağ əllə yazan şəxslər yeməyi ağızın sağ tərəfində çeynəyirlər, amma solaxay şəxslər yeməyi ağızın sol tərəfində çeynəyirlər.
21 - Dünyada hər 7 saniyədən bir körpə doğulur.
22 - Əgər susuzluğunuz dayanarsa, məsləhət olardı bir qədər də su içəsiniz, o zaman qurudulmuş orqanizm (susuzluq mexanizmi) tam olaraq sönəcək.
23 - Gülüş - hormonal qərginlik dərəcəsini aşağı salır və immun sistemini gücləndirir.
24 - 6 yaşlı uşaqlar gün ərzində orta hesabla 300 dəfə gülürlər. Böyüklər isə gün ərzində 15-100 dəfə gülür.
25 - Deyirlər ki, əgər balıqqulağını qulağımıza yaxın tutsaq o zaman orada okeanın səsini eşidəcəyik. Bu fikir səhvdir! Əslində, bu okeanın səsini yox, qulaqda olan damarlardan axan qanın səsidir.
26 - Siqareti tərqitmək istəyən şəxs əvvəl yatdığı vaxtdan 1 saat az yatmalıdır.
27 - 4 yaşlı uşaq orta hesabla gün ərzində 437 sual verir.
28 - İnsan orqanizmində 100 000 km uzunluğunda damar boruları var.
29 - İnsan dərisinin üst qatında yaşayan canlı orqanizmlər dünyada yaşayan insanlardan daha çoxdur
-
10-17-2009, 01:09 PM #2
Re: İnsanlar Haqqında 29 Maraqlı Fakt
REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)
-
10-17-2009, 02:12 PM #3Member
- Üyelik tarihi
- Oct 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 98
Re: İnsanlar Haqqında 29 Maraqlı Fakt
8 - Yatdığınız otaq nə qədər soyuq olarsa gördüyünüz səfeh yuxularınızın mümkünlük ehtimalı çoxdur.
Amiqo_100M Nickli Üyeden Alıntı
yatdığımız otaq soyuq olsa gördüyümüz səfeh yuxularımızın ola biləcəyi (təsəvvür edə biləcəyimiz dərəcədə) mümkün olması ehtimali çoxdur.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla



Yer imleri