Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Addım-addım qara nöqtələrdən xilas olun.

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Addım-addım qara nöqtələrdən xilas olun.

    1- ÜZÜNÜZÜ YAXŞICA TƏMİZLƏYİN
    Yağ vəziləri tərəfindən ifraz olunan artıq yağın səbəb olduğu qara nöqtələr dəri problemlərinin başında gəlir. Dəri altındakı yağ hüceyrələrinin ifraz etdiyi yağ məsamələri tıxayır, havayla təmas etdiyində də oksidlənərək rəngi tündləşir və qara nöqtələrə çevrilir.
    Bu problemin qarşısını almaq üçün yumşaq bir süngər köməyiylə ölü hüceyrələrin və qara nöqtələrin üzərini yüngül masaj edərək təmizləyin. Barmaq ucunuza bir miqdar parçacıqlı jele (peeling jelesi) sürərək həftədə bir ya da iki dəfə xüsusilə burnunuzu, alınınızı və çənə bölgənizi masaj edərək ovalayın.

    2- BUXAR DUŞU EDİN
    Siz də evinizdə asanca buxar duşu edə bilərsiniz. Necə? Əvvəl təmiz bir qabın içinə qaynamış suyu tökün, ardından başınızın üstünə bir örtü örtərək üzünüzü bir müddət bu suyun buxarına tutun. Bu üsul, dərinizə yumşaqlıq qazandırmaqla birlikdə məsamələrinizi açacaq və qara nöqtələrə müdaxilə edə bilməyiniz üçün ən uyğun mühiti təmin edəcək.

    3- PAMBIQDAN KÖMƏK ALIN
    Buxar duşundan sonra qara nöqtələri çıxarmaq daha asan olar. Bunun üçün əlinizə iki parça təmiz pambıq alın. Ardından dırnağınızın ucuyla ən gözə çarpan qara nöqtələrin üzərinə yüngülcə basın. (Bu əməliyyatı edərkən dırnağınızın birbaşa olaraq dərinizə dəyməməsinə diqqət yetirin, pambıqlardan kömək alaraq dərinizə toxunun!)
    Qara nöqtələri çıxararkən son dərəcə incə olun və dərinizə zərər verməməyə diqqət edin. Əməliyyat əsnasında dərinizdə qızartılar meydana gəlməyə başlayırsa bir həftə ara verməniz yerində olacaq.

    4- MƏSAMƏLƏRİ MÖHKƏMLƏŞDİRİN
    Möhkəm məsamələr qara nöqtənin əsas düşmənidir. Buna görə, yağ ifrazıını tarazlaşdırıcı və məsamələrinizə dərininə təsir edəcək bir məhsul, məsələn təbii gül suyu istifadə edin. Beləliklə qara nöqtələrin meydana gəlməsi azalacaq.


    Nə qədər ki, gəncsiz, gözəlliyinizi qoruyun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.