1 sonuçtan 1 ile 1 arası
-
09-30-2009, 05:12 PM #1Member
- Üyelik tarihi
- Sep 2009
- Mesajlar
- 92
Qebirde danishan genc
Təqva sahibi olmaq, həyatın hər dövründə gözəldi. Amma fürsətlər çağı gənclikdə bir başqa gözəldi. Gücə, qüvvətə, gözəlliyə baxmayaraq günahlardan çəkinənlərin mükafatı əbədi xoşbəxtlik. Həyatın baharı şeytana satılmazsa, sonsuz bahar bir addım uzaqdadır.
Hz. Ömərin (R.A.) xəlifəliyi dövründə ibadət əhli, son dərəcə təqva sahibi bir gənc vardı. Hz. Ömərin heyrət və təqdirlə izlədiyi bu gəncin ürəyi, Allah və Rəsulunun (A.S) sevgisiylə dolu idi. Vaxt namazlarında camaatı qaçırmaz, namazdan çıxar çıxmaz evinə dönər və qoca atasının xidmətini görərdi.
Bu gəncin evinə gedən yolu bir qadının qapısının qarşısından keçirdi. Qadın hər dəfə gəncin yoluna çıxaraq çirkin təkliflərdə deyirdi, lakin gənc, Allah qorxusundan ona fikir vermirdi.
Yenə bir gün şam namazını etdikdən sonra evinə gedərkən, qadın təkrar qarşısına çıxdı. Bu səfər bütün məharətini istifadə edərək gənci aldatmağı bacardı. Lakin gənc, qadının ardı sıra evə girərkən birdən birə Allahu Təala Həzrətlərini xatırladı və qorxuyla dilindən bu ayə töküldü:
'Təqvaya çatanlar (var ya); onlara şeytandan hər hansı bir vəsvəsə ilişdiyi zaman (Allahın əmr və qadağanlarını) xatırlayıb, dərhal gerçəyi görərlər.' (A'RAF/201)
Dərhal ardından da huşunu itirərək düşdü. Qadın xidmətçisini çağırdı. Gənci tutaraq evinin önünə gətirib qoydular. Sonra da qapını döyərək atasına xəbər verdilər. Atası çölə çıxınca, oğulunu huşsuz bir vəziyyətdə qapının qarşısında tapdı. Qonşulardan bir neçəsi gənci tutub evə daşıdılar. Uzun bir müddət huşsuz qalan gənc özünə gəlincə, atası:
- Övladım nəyin var nə oldu? deyə soruşdu.
Oğulu:
- Bir şeyim yox. dedi.
Atası:
- Allah xatirinə söylə! dəyincə, oğulu başından keçənləri izah etdi.
Atası:
- Hansı ayəsi oxumuş idin? deyə soruşdu. Gənc, ayəsi oxudu və təkrar özündən keçdi. Bir də baxdılar ki gənc ruhunu təslim etmiş. Bunun üzərinə gənci yudular və gecə vaxtı aparıb göz yaşlarıyla dəfn etdilər. Səhər olunca hadisə Hz. Ömərə bildirildi. Hz. Ömər, gəncin atasına gələrək başsağlığı dilədi və:
- Mənə niyə xəbər vermədin? deyə soruşdu.
Gəncin atası:
- Ey Möminlərin Əmri, vaxt gecə idi. dedi.
Hz. Ömər:
- Bizi onun qəbirinə aparın. dedi. Hz. Ömər və bərabərindəkilər gəncin qəbirinə gəldilər.
Hz. Ömər (R.A):
- Ey filan adam! Rəbbin mövqesində dayanmaqdan qorxanlara iki cənnət var. (Rəhman/46) dedi.
Qəbirdəki gənc danışıb:
- Ya Ömər! Rəbbim Cənnətdə mənə onları iki dəfə verdi. deyə cavab verdi.Baştan yaşama şansım olsaydı eğer; kusursuz olmaya çalışmaz rahat bırakırdım yüreğimi korkmazdım çok riske girip sana aşık olmaktan..


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri