Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Dərdsiz Dua Soyuqdur

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    92

    Dərdsiz Dua Soyuqdur

    Bir nəfər gecələri qalxar, Allaha əl açıb Ona dua edərdi. Bir gün şeytan ona deyir ki: “Ey Allahı çox anan insan! Bütün gecə “Allah” deyib çağırırsan. Heç sənə: “Buyur” deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qədər belə dua edəcəksən?

    Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda ona belə deyirlər: “Özünə gəl, oyan. Niyə dua və zikri tərk etdin? Niyə usandın?”

    O: “Buyur” deyə bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram”, -deyir.

    Səs: “Sənin “Allah” deməyin, Onun “Buyur” deməsidir. Sənin yalvarışın Allahın sənin ruhuna ilham verməsi, önünü açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün kəməndidir. Sənin hər “Ya Rəbbim!” deyişinin altında Allahın “Buyur” deməsi var.

    Qafilin, cahilin canı, ruhu bu duadan uzaqdır. Çünki ona “Ya Rəbbim!” deməyə icazə verilməmişdir. Onun ağzına da, dilinə də qıfıl vurulub. Müşkülə düşəndə ağlayıb sızlamasın deyə Allah ona dərd, ağrı, qəm, kədər verməyib.

    Bunu başa düş ki, Allaha dua etməyə, Onu çağırmağa səbəb olan dərd dünya səltənətindən daha yaxşıdır.

    Dərdsiz dua soyuqdur...

    Dərdli ikən edilən dua qəlbdən qopar.
    Baştan yaşama şansım olsaydı eğer; kusursuz olmaya çalışmaz rahat bırakırdım yüreğimi korkmazdım çok riske girip sana aşık olmaktan..

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dərdsiz Dua Soyuqdur

    Allahin adiyla edilen her bir dua mutleq ve mutleq heyata kecir ,

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.