Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Bir avtobus bileti amma...

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    85

    Bir avtobus bileti amma...


    Bir müəllim kiçik bir ürək sahibinin müsəlmanların dərdlərinə necə şərik olduğunu belə danışırdı:
    Bosniya müharibəsinin ən ağır günləri idi. Sinifdəki şagirdlərimə orada yaşanan vəhşilikləri danışdım. Şagirdlərimdən biri dedi:
    ´´- Müəllim, biz də oradakı bacı-qardaşlarımıza kömək edək.´´
    ´´-Valideynlərinizdən pul istəməmək şərti ilə olar´´-dedim.
    Onlar əmək təlimi dərsində öyrəndikləri müxtəlif əşyalar düzəldəcək, mən də 15 gün sonra Bosniyaya yardım üçün təşkil edilən sərgidə həmin əşyaları satıb, pul əldə edib, soydaılarımıza yardım kimi göndərəcəkdim.
    Bir həftə sonra dərs əsnasında şagirdlər düzəltdikləri kiçik, lakin mənim gözümdə böyük dəyəri olan əşyaları gətirib mənə verdilər. Bir neçə şagird çatdıra bilmədiyi və gələn dərsə gətirəcəyini söylədi. Hamısı çox sevinirdi. Ancaq qabaq cərgədə oturan, sinfin ən sakit, lakin qabiliyyətli şagirdlərindən olan Songül adli şagirdim dərs boyunca başını aşağı salaraq heç bir şey danışmadan dayandı. Zəng çalınanda səssizcə yanıma gəldi və dedi:
    ´´-Mənim Bosniyadakı bacı-qardaşlarıma vermək üçün yalnız buna gücüm çatır. İNŞALLAH, işlərinə yarayar´´-dedi. Ovcuma bir şey qoyub cəld məndən uzaqlaşdı. Ovcumu açanda avtobus üçün bir tələbə bileti gördüm. Yəqin Bosniyadakıların da bu biletlə avtobusa minə biləcəklərini düşünərək verib-deyə fikirləşdim. Uşaq ki uşaq.... Gülümsəyərək oradan uzaqlaşdım.
    Məktəbdən çıxanda sanki vedrədən tökülürmüş kimi yağış yağırdı. Maşınıma mindim və yolda təmir getdiyi üçün arxa küçə ilə evə doğru sürməyə başladım. Maşının ayna silənləri işləsə də silib çatdıra bilmirdi. Qabağı çətinliklə görürdüm.
    Yolun kənarında təpədən-dırnağacan islanmış, sürətlə evə getməyə çalışan 12-13 yaşlarında bir qızcığaz gördüm. Onu maşına mindirmək üçün sürəti azaltdım. Bu qız Songül idi...
    Bu qız son biletini Bosniyadakı bacı-qardaşları ilə paylaşdığı üçün o yağışlı havada evlərinə piyada gedirdi. Songülü maşına mindirib atası və 3 qardaşı ilə yaşamağa məcbur olduqları uçuq bir daxmanın qabağında düşürdüm. Üç-dörd kilometrlik yol boyunca ondan gizlətməyə çalışdığım göz yaşlarım artıq sel kimi axırdı.
    Bir həftə sonra təşkil etdiyimiz satış sərgisinin açılışına gələn hökümət nümayəndələrinə və biznesmenlərə Songülün verdiyi bileti göstərdim. Özü çox ağır vəziyyətdə yaşayan, amma ürəyi zəngin olan şagirdin hekayəsini onlara danışdım. Hökümət nümayəndələrindən biri həmin biləti auksiona-açıq artırmaya çıxartdı. O bilet sərgidə satılan bütün əşyaların dəyərinin cəmindən də artıq qiymətə satıldı və yardım üçün göndərildi.
    Bu qədər...

    Hansı nəticəyə gəldiniz?

    [/color][/b]
    Good Bye My Lover Good Bye My Friend

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.