Azerice bilmiyorum amaburada yazılanlar anladım. Artık Azerbaycan Türkçesi bildiğime göre daha da ileri giderek Azerbaycanda üniversite okumamın zamanı gelmiş gibi. Azerbaycanda Tıp veya Psikolojik Danışmanlık ve Rehberlik okuyabilirim. Yardımcı olursanız memnun olurum.
2 sonuçtan 1 ile 2 arası
-
08-17-2017, 12:14 PM #1
Arıqlamaq istəyən insanlar üçün - Arıqlamağa yardım edən qidalar

Arıqlamaq istəyən insanlar üçün bu qidaları mətbəxinizdən əskik etməməlisiniz. Arıqlamağa yardım edən qidalar. Yağ yandıran və uzun zaman tox tutan qidaların adı açıqlandı.
Qırmızı bibər
deyerler.org bildirir ki, acı sevənlər sevməyənlərə görə daha şanslı. Çünki qırmızı bibərin içindəki "capsaicin" maddəsi maddələr mübadiləsini sürətləndirir, bədən istiliyini yüksəldərək enerji xərcləməyə səbəb olur. Əgər mədədə bir problem yoxsa, yeməklərə mümkün olduğu qədər qırmızı bibər əlavə olunmalıdır.
C vitamini: "əvvəlcə kivi"
C vitamininin yağ dağıtma maddələr mübadiləsini sürətləndirdiyi elmi araşdırmalarla sübut edildi. Bir çox heyvan və bitki öz C vitaminlərini sintezləyərkən insanlar bu vitamini çöldən almaq məcburiyyətindədirlər. Bir ovuc pul verilərək əczaxanalardan qida dəstəyi dərmanları alınmasına ehtiyac yoxdur. C vitamini qidalardan alınmalıdır. Kivi C vitamin baxımından ən zəngin qidadır. 100 qram Kividə 400 milliqrama qədər C vitamin var. Kivi, sitrus bitkiləridən 4-6 qat, almadan isə 40-50 qat daha çox C vitamini ehtiva edir. Yetkin bir insanın gündəlik C vitamini ehtiyacı 60 milliqram olduğu düşünüldüyündə, bir ədəd kivi bu ehtiyacı rahatlıqla qarşılayır.
Yağsız qatıq
Gündə üç dəfə yağsız qatıq qəbul edənin orqanizmində sürətli bir şəkildə yağ yanmasının köməkçi olmasını görə bilərik. Tərkibindəki yüksək kalsium və protein sayəsində xüsusilə bel ətrafı və göbək yağlarının əriməsinə tez istehlak edənlər üçün ciddi üstünlüklər təmin edir. Qatıq yeməyənlərin xüsusilə bel bölgələri daha asan yağlanır. Ayrıca qatığın tərkibindəki yüksək kalsium və protein kiloların sağlam bir şəkildə verilməsini təmin edir.
Su
Həyatın qaynağı olan su, oksigendən sonra ən əhəmiyyətli ehtiyacımızdır. İnsan yemək yemədən həftələrcə yaşaya bilər, lakin susuz ancaq bir neçə gün yaşaya bilər. Bədənin yüzdə 65% -i, qanın yüzdə 92%i, sümüklərin yüzdə 22%-i, beynin və əzələlərin yüzdə 75%-i sudan ibarətdir. Hüceyrələrin həyatı fəaliyyətləri, bədən funksiyalarının yerinə yetirilməsi bədənin su tarazlığının qorunması sayəsində mümkündür. Dövranı sürətləndirən su, yağ əriməsinin də asanlaşdırır. Buna görə, arıqlama müddətində gündə ən az 2,5 litr su içməyi unutmayın.
-
01-02-2018, 03:54 PM #2Junior Member
- Üyelik tarihi
- Jul 2017
- Mesajlar
- 26
Benzer Konular
-
Xərçəngin qarşısını almaq üçün ən faydalı qidalar
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 11-04-2013, 03:21 PM -
Arıqlamaq üçün bunlardan əl çəkin
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 05-23-2013, 04:40 PM -
“Diasporamız daxilində ziddiyət, parçalanma yaratmaq istəyən insanlar....”
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 05-03-2013, 12:41 PM -
Arıqlamaq üçün bunları etməyin
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 05-03-2013, 08:10 AM -
Piylənmədən xilas edən qidalar
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 01-03-2013, 10:30 PM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri