tanri hec kesi yalniz etmesin.amin.
7 sonuçtan 1 ile 7 arası
-
09-20-2009, 08:19 PM #1
Tənhalıq və Sən

Tənhalıq nədir? O necə olur? Ən əsası niyə və kimə görə? Həqiqətən də burada cavab vermək çətindir, çünki variantlar həddindən artıq çoxluq təşkil edir.
Çox insanlar tənhadırlar, ancaq çoxluq özünü tənha hiss edir. Bu isə böyük fərqdir. Bu anlamlar ətrafında fikirləşdikdə, yəni tənha olmaqla özünü tənha hiss etməyin fərqini tapmağa çalışdıqda, bu zaman anlamış oluruq ki, bunların arasında eynilik yox, sadəcə asılılıq mövcuddur.
Tənhalıq- bu mərhələdə hər hansısa münasibətə, dəstəyə, başqaları tərəfindən başa düşülməyə ehtiyac duyulur. Kimsə bunu sakit keçirdir, kimisə bunu sevinir, kimisə əzab çəkir və özünə yer tapmır. Bundan da bir nəticə çıxarmaq olar ki, tənhalıq müxtəlifdir.
Arzu olunan tənhalıq
Bəli,bəli. Tənhalığı arzu edən zaman insan özünü çox rahat hiss edir. Onun çoxlu sayda dostları və yaxud tanışları ola bilər, ancaq bu insan onları özünə yaxın buraxmır və onlarla ünsiyyətdə olmaqdan qaçır. O özü ilə təklikdə qalmağa alışıb. Bəzən bu tip insanlar düşünürlər ki, digər insanlar onlara sadəcə yaşamaqda mane olur. İnsanı bu cür düşünməyə vadar edənsə sadəcə olaraq onun xarakteri, onun cəmiyyətdə tutduğu mövqesi və keçmişi ola bilər.

Məcburi tənhalıq
Bu anlam ilə hər şey daha çətindir.Hərdən olur ki, iş elə insanın özündə olur, ancaq bəzi hallarda insanın yerləşdiyi mühit bu cür hala səbəb olur. Ancaq bu iki hal da bir biri ilə sıx əlaqədardır. İnsan ətarfında olan insanlarla uyğun gəlməyə bilər və buna görə də bu insandan imtina edilə bilər. Məsələn, bu insanın sosial halı digərlərinə baxanda çox-çox aşağıdır və s bunun kimi hallar. Bu cür hallarda isə tənha insan artıq cəmiyyətdən qovulduğunu da hiss edə bilər. Ancaq tələsməyin, sadəcə olaraq ətrafınızda olanlara alışmağa çalışın və onları da özünüzə alışdırın. Səbirli olub, baş verən hadisələrə yaxşı tərəfdən baxın.
Gizli tənhalıq
İnsan hətta öz doğmaları, dostları və yaxud tanışları arasında da tənha ola bilər. Çox zaman hər şey hisslərlə başlayır. Deyildiyi kimi, olmaq anlamı və fərqi hissetmə. Məsələn, insanın yaxınları, tanışları, doğmaları var ancaq o özünü yenə də tənha hiss edir. O bu insanlarda ona kifayət qədər diqəət göstərən və onu başa düşən insanları görmür. Bu onun tərəfdən ayrı seçkilik deyil. Xeyir. Bu sadəcə gizli olan bir tənhalıqdır. Deyəsən dost var, ancaq yox deyəsən yoxdur.
Burdan alınır, yaxşı dost=dost, dost=tanış, doğma insan=ən yaxşı dost. Bərabərlik təbii ki, müxtəlif olur. Doğma insan çox asanlıqla sadəcə tanış insana çevrilə bilər. Gizli tənhalıq keçirmək istəmirsinizə o zaman ətrafınızda olan insanlara sizi narahat edən hallardan danışın və birlikdə bu xoşagəlməz halı həll etməyə çalışın.[
-
09-20-2009, 08:46 PM #2Senior Member
- Üyelik tarihi
- Dec 2006
- Yer
- Baki
- Mesajlar
- 1.089
Re: Tənhalıq və Sən
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
-
09-20-2009, 09:56 PM #3Member
- Üyelik tarihi
- Sep 2009
- Yer
- Azərbaycan
- Mesajlar
- 85
Re: Tənhalıq və Sən
mense yalnızam yalnız yalnız bezmişem bu yalnızlıqdan
Good Bye My Lover Good Bye My Friend
-
09-22-2009, 10:46 AM #4Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: Tənhalıq və Sən
Meseler sultani meseler sahi, aslanin ozude yalniz olmasin
Live_Your_Life Nickli Üyeden Alıntı
Inaninki tenhaliq o qeder de pis bir sey deyil , eyer cox guclu sevecek olsaz bunu dasiya bilmezsiz, bu sevgi her gun sizi oldurecek ve evvelki tenhaliginiza donmek , ve hec olmasa yalandan da olsa gulmeyi arzu edeceksiniz
-
09-22-2009, 07:15 PM #5Junior Member
- Üyelik tarihi
- Sep 2009
- Mesajlar
- 5
Re: Tənhalıq və Sən
MEN OZUMU HEC DE TENHA HISS ETMIREM ,SUKUR ALLAHA MENI YARADIB VE MEN VARAM ,OZUDE COX XOSBEXTEM COX
,
-
09-24-2009, 10:30 PM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Tənhalıq və Sən
etrafinda o qeder saxta insan gordukden sonra bezen tenhaliq da adama lezzet edir
-
09-25-2009, 08:04 AM #7Member
- Üyelik tarihi
- Aug 2009
- Mesajlar
- 59
Re: Tənhalıq və Sən
Tanrim, ailem ve sevdiklerim daim yanimda olsada nedense her zaman ozumu tenha hiss edirem. Amma bu menim ucun normal haldi, shikayetim yoxdu))
Həyat gözəldi!!!
Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri