Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası

Heç vaxt qurumayan quyu

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Heç vaxt qurumayan quyu

    «Zəmzəm suyu nə məqsədlə içilərsə, ona şəfadır» (Məhəmməd Peyğəmbər (s.ə.s.))

    Allah-Təala İbrahim Peyğəmbərin dövründə ona Kəbəni inşa etməyi, insanları bu müqəddəs yeri ziyarət etməyə çağırmağı buyurur.

    Rəbbimiz Quranda «(İmkan və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin Həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur» - buyurur. Hər il müxtəlif ölkələrdən Həcc ziyarətinə gələn milyonlarla zəvvar, həm də buradakı məşhur Zəmzəm bulağına baş çəkir, onun suyundan içir. Zəmzəm bulağına baş çəkmək, demək olar ki, Həcc ziyarətinin davamı sayılır və insanlar onun suyunu təbərrük hesab edirlər. Müsəlmanların əksəriyyətinin Zəmzəm suyu haqqında müəyyən qədər təsəvvürü var. Zəmzəm çeşməsi səhrada susuzluqdan əziyyət çəkən körpəyə və onun anasına İlahinin bir möcüzəsi idi.

    Alimlərin Avropa laboratoriyalarındakı araşdırmalara görə, Zəmzəm bulağının suyu digər sulardan özünəməxsus xüsusiyyətləriylə seçilir. Bu quyunun suyu başqa sularla müqayisədə minerallarla zəngindir, tərkibində mikrobları məhv edən elementlər var, susuzluğu və yorğunluğu aradan qaldırır. Bunlar elmi analizlər vasitəsiylə sübut olunan faktlardır.

    Zəmzəm suyunun əsas özəllikləri

    Zəmzəm, tərkibində ən az kükürd olan sudur.
    Başqa sulardan fərqli olaraq minerallarla zəngindir.
    Zəmzəm suyunun mənbəyi hələ də tapılmayıb. Müasir texnologiya da suyun haradan gəldiyini müəyyən etməkdə acizdir.
    Yaxınlıqda heç bir quyu yoxdur və dənizdən 80 km uzaqdadır. Belə ki, suyun dənizdən, yaxud başqa bir quyudan gəlmə ehtimalı yoxdur.
    Aclıq üçün içən insanın aclığını, susuzluq üçün içən insanın isə susuzluğunu aradan qaldırır.
    1,5 metr dərinliyində olan kiçik bir quyudan çıxan su, Həcc mövsümü boyu bütün ziyarətçilərin su ehtiyacını təmin edir.
    Suyu heç vaxt bitmir, tükənmir, yaxud da azalmır. Bunun səbəbini hələ ki heç kim izah edə bilmir.
    Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Zəmzəm suyu dünyanın ən keyfiyyətli və faydalı sularındandır.
    Amerika alimlərinin araşdırmalarına görə, Zəmzəm, tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə sudur.
    Zəmzəm suyu heç vaxt beldən aşağı enmir və bədəndən yalnız tər vasitəsilə çıxır.

    Zəmzəmin neçə yaşı var?

    Zəmzəm bulağı Məkkədə, Məscidül - Haramda, Kəbədən 20 metr şərqdə yerləşir. Hər il milyonlarla zəvvar Həcc ziyarətı zamanında bu sudan istifadə edir. Səudiyyə Ərəbistanının qanunlarına görə, bu su ölkədən kənarda satıla bilməz. Zəmzəm quyusunun dərinliyi 1,5 metrdir. Təxmini hesablamalara görə, 4000 ildən çox yaşı var. Suyunun tutumuna görə yarandığı vaxtda necə olubsa, bu günə kimi eləcə də qalıb. Yəni suyu nə azalıb, nə də ki quruyub. Dadı heç vaxt dəyişməyib. Laboratoriyalarda dəfələrlə suyun tərkibi öyrənilmiş və içmək üçün çox faydalı hesab olunmuşdur. Bulağın mənbəyi hələ də tapılmayıb. Bununla bağlı bu gün də tədqiqatlar davam etdirilir. Bəs bu bulaq necə yaranmışdır?

    Bu, İlahinin möcüzəsidir

    Tarixə əlavə:
    Rəvayət olunur ki, minillərlə bundan öncə İbrahim Peyğəmbər, Allah-Təalanın əmriylə xanımı Həcəri və oğlu İsmayılı Bəkkə vadisinə gətirir. O zaman bu səhralıqda nə su, nə də insan vardı. Həzrət İbrahim xanımıyla oğlu üçün bir az ərzaq və su ehtiyatı qoyub oradan uzaqlaşır. Bəs buna səbəb nə idi? Həzrət İbrahimin uzun müddət övladı olmadığına görə, birinci həyat yoldaşı Sara təklif edir ki, o başqa bir qadınla evlənsin. Peyğəmbər Həcərlə evlənir və İsmayıl dünyaya ğəlir. İbrahim Peyğəmbər İsmayılı çox istəyərdi. Bir müddət sonra Saranın da uşağı olur. Buna baxmayaraq, İbrahim Peyğəmbərin İsmayıla olan məhəbbəti Saranı narahat etməyə başlayır. Ailədə narazılıq yaranmasın deyə, Peyğəmbər İsmayılla anasını Bəkkə səhralığına gətirir. Çox keçmir, ana ilə uşağın azuqəsi tükənir, Həcər üçün bu susuz səhrada qalmaq çətinləşir. Balaca İsmayıl ağlamağa, su istəməyə başlayır. Bunu görən Həcər yaxınlıqdakı təpəyə çıxır, bir kimsəni görmək ümidiylə o tərəf-bu tərəfə boylanır. Heç kimi görməyən ana, bu dəfə də digər bir təpəyə sarı qaçır. Beləliklə, o səhralıqdakı təpələr arasında su axtarır. Nəhayət ki, nicat anı gəlib çatır. Ana, yeddinci dəfə Mərvə təpəsinə çıxarkən gözləri Həzrət Cəbrayıla (dörd böyük mələkdən biri) sataşır. Cəbrail əleyhissəlam bu anda ayağı ilə yeri qazırdı. Qəflətən o yerdən su çıxmağa başlayır. Həcər sevinib, suya tərəf qaçır. Suyun axdığını görəndə isə «dayan, dayan» mənasında «zəm, zəm» -deyir. Beləliklə, «Zəmzəm» ifadəsi burdan qalmadır.

    Zəmzəm axar çaya da çevrilə bilərdi...

    Həzrət Həcər su axmasın deyə, onun qabağını kəsdi. Əlləriylə yeri qazaraq kiçik hovuz düzəltdi. Həm də qablarını doldurdu. Ancaq su azalmırdı, istifadə etdikcə, hovuz yenə su ilə dolurdu, yerdən qaynayıb çıxırdı. O sudan doyunca içəndən sonra Həzrət İsmayılı əmizdirməyə başladı.
    [
    Ya da
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Heç vaxt qurumayan quyu

    Cox sag ol ki bele genis melumat verdin..tsk
    [

  3. #3
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: Heç vaxt qurumayan quyu

    Bunlari bilmirdim.
    Ətraflı məlumat verdiyin üçün çox sağol!
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Heç vaxt qurumayan quyu

    Bu Quyu haqda Bir televiziya proqraminda alimlerin helede bu quyu haqda dedikleri fikirlerinde tereddud etdikleri, ve bu quyunun sirrinin tam bilinmediyini demisdiler. Allah boyukdur!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.