.
4 sonuçtan 1 ile 4 arası
-
09-06-2009, 03:49 PM #1
Bu böyük riskdir?
Kişilərin dəlilləri:
1. İşə qəbul olunan qadınlar ilk 2 ayda çox danışmadan, başlarını aşağı salıb, işlərini görürlər. Elə ki, bir qədər vaxt keçir və 2 – 3 qadın bir yerə yığışır, onda işdən çox dedi – qodu yaranır. “Qadın birliyi” iş yerində söz – söhbət, paxıllıq yaradan başlıca amildir.
2. Qadına heç vaxt çox maaş vermək lazım deyil. Kişinin daha çox pula ehtiyacı var. Xüsusən də ali məktəbi bitirmiş, heç bir təcrübəsi olmayan qızları işə götürərkən, yüksək maaş vəd vermək düzgün deyil. Onlar gündə on dəfə “çox sağ ol” deməlidirlər ki, işə qəbul olunublar.
3. Qadın işçisi ilə çalışmaq başağırısıdır: subaydırsa ərə gedir, uşağı yoxdursa hamilə olub analıq məzuniyyətinə çıxır, sonra uşaqla, əri ilə bağlı problemlər yaranır, evdə mübahisə olur, qanı qaradır, həkimə gedir və s. Bir sözlə icazə almaq üçün qapını həftədə 3 dəfə döyəcək.
4. Qadın nə qədər yaxşı işdə çalışsa da, vəzifə pilləsində yüksəlsə də, yüksək maaş alsa da onun üçün əsas ailədir, əridir. Amma kişilər üçün əsas işdir, puldur, vəzifədir. Ənənə öz sözünü deyir. Əgər qadının əri onun işdə yüksəlməsinə qarşı çıxırsa, işdəki kişi rəhbər niyə onu irəli çəkməlidir?
5. Qadınlar bir çətinliyə düşən kimi “isterika” yardırlar. Onları sakitləşdirənə kimi iş – işdən keçir.
6. Çox vaxt kişi müdirlər qadına istədiyi sözü deyə bilmir, nəyi isə kəskin tələb edə bilmir.
Katibələrin işə qeyri – adi görünüşdə gəlməsi, foto – model kimi görünməsi çox söz – söhbətə səbəb olur. Müasir dövrdə gənc idarə rəhbərləri çalışırlar ki, məlumat (reseption) xidmətinə və qəbul otağına sadə xanımları işə götürsünlər. Çünki həyat yoldaşları ilə problemin yaranacağından ehtiyat edirlər.
İşçilərin 50% -i kişilərdən ibarət olan şirkətdə seksual görünüşlü qadının “peyda olması” əsl çaxnaşmaya səbəb ola bilər.
P.S. Bəs sizin fikirləriniz?
-
09-06-2009, 06:58 PM #2
Re: Bu böyük riskdir?
-
09-06-2009, 11:20 PM #3Senior Member
- Üyelik tarihi
- Aug 2009
- Mesajlar
- 431
Re: Bu böyük riskdir?
səninlə tam razıyam....
-
09-06-2009, 11:21 PM #4
Re: Bu böyük riskdir?
razı olmuyub ne edeceksen
QuickHappy Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri