beli senli xeyallarima elvida ,sene beslediyim mehebbetime elvida ,senli umudlerime elvida ,elvida
5 sonuçtan 1 ile 5 arası
-
09-02-2009, 07:57 AM #1
.::Səni unutmağa məhkumam::.
Sevərkən düşündünmü ki, nə vaxtsa onu unutmaq istəyəcəksən .. çırpınacaqsan qəfəsdəki quş kimi .. qürurun hisslərinə məğlub olacaq .. Düşündünmü heç kədər səni özünə məhbus edəcək .. göz yaşlarında boğulacaqsan .. sanki bir səmum yeli sovuracaq qəlbini , külə döndərəcək .. ayağının altında torpaq olduğunu unudacaqsan ..
İlk dəfə hiss edəcəksən gücsüz olduğunu .. Ayrılıq sənə qollarını açacaq .. ayrılıq sənə sirdaş olacaq .. Çıxmaq istəyəcək ruhun bədənindən .. pərvazlanmaq istəyəcək .. Puç olacaq xəyalların .. ümidlərin və .., və .. bütün bunları anladıqca qəhər boğacaq səni .. nəfəs belə ala bilməyəcəksən .. düşündünmü ? ... Düşünməmişdin .. ona görə də indi çəkirsən cəfasını , cəzasını .. Hardan biləydim deyə hayqıracaqsan içində .. günah onda idimi yoxsa ki səndə , ya bəlkə qismətindəndir bütün olanlar , yaşananlar ..
Sən qaçmaq istədin , qurtulmaq istədin , onu yada salacaq hər şeyi unutmaq istədin .. Qaçdın .. Qaçdın amma , haraya qədər .. özündən ki qaça bilməyəcəksən .. xəyalların kölgə tək təqib edəcək səni ..və yenə də onu düşünəcəksən .. və qırıq bir səslə yalnız bunları deyəcəksən :
“Ayrılıq ölüm qədər soyuq və qorxunc .. güzgüyə baxıram , sanki mən o mən deyiləm , başqa bir adamdır , ilahi dəyişmişəm neçə zamandır ..gözlərim qırmızı , olmuş alov kimi .. bənizim solğun , məzardakı cəsəd kimi .. Yoxluğun çox ağırdır ..amma mənə daha da ağır gələn sənə sevgilim yox , sevdiyim deməyimdir .. çünki mən buna məhkumam .. məhkumam səni unutmağa , içimdəki sənli dünyamı söküb atmağa .. sənə söz səni unudacağam ..çətin və bəlkə də mümkünsüz olsa da ..
Sənli xəyallarıma əlvida .. sənə bəslədiyim məhəbbətimə əlvida .. sənli ümidlərimə əlvida .. Əlvida eşqim .. əlvida sevdiyim ..”
P.S Bu yazı mənə məxsusdur , başqa saytlar götürəndə haqqımı halal edirəm ,oxuyarkən həzin musiqini yükləməyi də unutmayın
-
09-03-2009, 01:28 AM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: .::Səni unutmağa məhkumam::.
-
09-04-2009, 05:21 PM #3Senior Member
- Üyelik tarihi
- Aug 2009
- Mesajlar
- 431
Re: .::Səni unutmağa məhkumam::.
Əlvida eşqim....=((
-
09-04-2009, 06:13 PM #4Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Re: .::Səni unutmağa məhkumam::.
Unudacağam səni…Mən Səndən Soyumazdım
Özün məni özündən bir sözünlə soyutdun
Sən ki,məni unutdun..
Mən də daha sevməyib
Unudacağam seni...
...
-
09-04-2009, 07:28 PM #5
Re: .::Səni unutmağa məhkumam::.
boy ele bilirdim bir sevgi acısı çeken menemki
nu niçevo herşey zor olacaq I belive


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri