Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Ağlım Üreyim yalnız 1 məqsəd uğrunda

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Ağlım Üreyim yalnız 1 məqsəd uğrunda

    Gözlərini yumursan başlayır xəyallar aləmini canlandıran yuxular. Bəzən sonu gözəl bitən nağıllar,bəzənsə ayrılıqlar görürsən. Yuxuda belə dərdlənirsən, acıların səni yuxuda belə rahat buraxmır. Gözlərin dolu-dolu oyanırsan, baxırsan sağın-solun boşdur, təksən yenə,onsuz keçir gecələr. Həmişə təksən ağrılarınla, kədərlərinlə. Keçər deyirsən,əlbət ki sonu olar bu ağrıların. Bitər bitəcək bitmək məcburiyyətindədir yalanına inanmağa çalışırsan. Bir müddət sonra görürsən ki, bəli keçibdir o ağrılar, o kədərlər, boşuna tökülmüş o qədər gözyaşı, boşuna çəkilmiş o qədər acı. Amma izi qalır istəməsən də bəzən ağlına gəlir içində bir yeri incədən bir sızıltı yaranır. Amma bitdi deyirsən keçdi hamısı keçmişdə qaldı xilas oldum deyirsən. O acı keçmir, qalmaq üçün inad edir, sən onu içindən atmağa çalışdıqca. Sonra özünü inandırırsan içindən atdığına. Unudursan bəlkə o olanları bir an üçün, birdən heç ümid etmədiyin bir anda, heç ümid etmədiyin bir yerdə, heç ümid etmədiyin bir şəkildə, bəlkə fərqli formalarda yenidən qarşına çıxır. Xeyr, xeyr eşqdən bəhs etmirəm, o tamamilə keçir gedir. Bu fərqli, tam fərqli bir şeydir. Özü gedir, izi qalır. Su axar izi qalar əbəs yerə deyilməyib. Sonra bir gecə bir yuxu və yenə orada o yenə qarşındadır, ondan sonra yuxusuz gecələr. Üzündə böyük bir gülümsəmə maskasının ardına gizlənən ağrılar, yaşlarla dolu gözlər, dərin hüznlər. Uşaq olmaq istəyirsən o anda limonad qapaqları üçün döyüşlərini, oyuncağını götürdükləri üçün tökdüyün gözyaşını, oyunda istədikləri rolu vermədikləri üçün kədərləndiyin günləri, serialındakı yaranın ən böyük yara olduğunu sandığın günlərə dönmək istəyirsən. Nə qədər kiçik şeylərə kədərlənərmişəm deyirsən. Bir saqqız, bir şar, tanıdığın birinin səni böyük bir insan kimi gördüyü anlarda, yeni ayaqqabılarını geydiyin anlardakı kiçik xoşbəxtlikləri axtarırsan. Anlayırsan ki, insan böyükdükcə xoşbəxtlik səbəbləri də böyüyür, eqoistləşir, qatılaşır. Bağışlama və ağrıma duyğularını itirir, bunun yerini ehtiraslar alır. Etibarını itirirsən hər kəsə hər şeyə şübhəylə baxırsan. Offff çəkirsən dərindən offff. Mən böyüməyin bu qədər çətin və acı verici olduğunu bilmirdim. Amma hər şeyə baxmayaraq əlini möhkəmcə tutan, gözlərinə sevgi dolu baxan, SƏNİ SEVİRƏM deyə bilən və yalan danışmayan, səni dinləyən biri varsa həyatında. Sən də onun əlini möhkəmcə tutub, gözlərinə sevgi dolu baxa bilirsənsə, içindən gələrək SƏNİ SEVİRƏM deyirsənsə, yalan danışmayıb onu sıxılmadan saatlarla dinləyə bilirsənsə və bir-biriniz üçün bir şeyi fəda edə bilirsinizsə, güvənirsinizsə bir-birinizə. Gerçək sevgi hələ də var nağıllarda qalmayıb o. Bu yalan işıqların altında üzümüzdə maskalarla oynadığımız oyunun tək həqiqəti olan SEVGİ hələ də var və davam edir. Sevgi yoxdur deyirsənsə,qəlbinə nəzər sal.Sevmədin mi heç qəlbdən? Səni bilmirəm, mənsə çox sevdim və sevməyə də davam edirəm.Çünki mən sənə qəlbən vurulmuşam. Çünki mən həqiqətən Səni Çoxx Sevirəm.Sən həyatımdakı,sən nağıl dünyamdakı tək həqiqətsən.Sən Tanrıdan tək diləyimsən.Sən qəlbimdə qanad çalan çalan eşqin təzahürüsən.BİTMƏYƏN SEVGİMSƏN

  2. #2
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: Ağlım Üreyim yalnız 1 məqsəd uğrunda


    Gozel yazmisan!
    eh ehhhh
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Ağlım Üreyim yalnız 1 məqsəd uğrunda

    Alıntı Sirli-Melek Nickli Üyeden Alıntı

    Gozel yazmisan!
    eh ehhhh
    ağlama ağlamaq zeiflikdi ağlıyandada gizlin ağla

  4. #4
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: Ağlım Üreyim yalnız 1 məqsəd uğrunda

    Normal insan aglamagida bacarmalidi)
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Ağlım Üreyim yalnız 1 məqsəd uğrunda

    Alıntı Sirli-Melek Nickli Üyeden Alıntı
    Normal insan aglamagida bacarmalidi)
    paho sende ele herşeye gerekki cvb tapasanda boyyy sen ilk önce men necür menada deyirem onları anla sora cvb vermeye düşün...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.