Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

PEYGEMBERIMIZIN (S.E.S) USAQLAR HAQQINDA SOYLEDIKLERI

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    PEYGEMBERIMIZIN (S.E.S) USAQLAR HAQQINDA SOYLEDIKLERI


    Peyğəmbərin səllallahu əleyhi vəsəlləm uşaqlar barədə söylədikləri
    Hədislər
    Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir qadın Aişənin (r.a) yanına gəldi. Aişə (r.a) ona üç dənə xurma verdi. O, körpələrinin hərəsinə bir xurma verdi. Birini də özünə saxladı. Körpələr xurmaları yedikdən sonra analarının üzünə baxdılar. Anaları saxladığı bir xurmanı iki yerə bölüb hər birinə xurmanın bir yarısını verdi. Peyğəmbər (s.a.s) gəldikdə Aişə (r.a) ona bu haqda xəbər verdi. O dedi: “Səni təəccübləndirən nədir? O, körpələrinə rəhm etdiyinə görə Allah da ona rəhm etdi”.
    Aişə (r.a) rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük!” Peyğəmbər (s.a.s) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”

    Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Həsən ibn Əlini (r.a) öpdü. Bu vaxt Əqra ibn Habis (r.a) onun yanında oturmuşdu. Əqra (r.a) dedi: “Mənim on övladım var, onlardan heç birini öpməmişəm”. Peyğəmbər (s.a.s) ona baxıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”.

    Nomən ibn Bəşir (r.a) rəvayət edir ki, atası onu Peyğəmbərin (s.a.s) yanına gətirib dedi: “Ey Allahın elçisi! Mən filan və filan şeyi Nomənə pay verdiyimə səni şahid çağırıram”. Peyğəmbər (s.a.s) soruşdu: “Övladlarının hamısına bu qədər pay verdinmi?” O: “Xeyr!”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) dedi: “Elə isə başqasını şahid çağır!” Sonra başa saldı ki: “Məgər onların hamısının sənə eynilə qayğı göstərməsi sənin könlünü şad etməzmi?” O: “Əlbəttə edər”. Peyğəmbər (s.a.s) dedi: “Elə isə belə etmə!”
    Əbu Hureyra (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Qüdrətli və əzəmətli Allah rəhməti yüz hissə etdi. Doxsan doqquzunu Özündə saxlayıb bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır”.
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.