1 sonuçtan 1 ile 1 arası
-
08-22-2009, 05:42 PM #1
Nişan üzüklərinin əsrdən-əsrə dəyişməsi
Nişan üzüyünün yaranma tarixi çox qədim dövrlərə gedir. Köçəri tayfalarda kişilər öz sevgililərinin ayaqlarını küləşlə bağlayırdılar. Sonra bunlar dəri "qandallarla" əvəz olunmağa başladı. Daha sonra isə daş kündələr meydana gəldi. İnkişaf etmiş romalılar isə gözaltılarına əvvəlcə dəmirdən, sonra isə qızıldan üzüklər bağışlamağa başladılar. Sonra isə bu ənənəyə çevrilərək nigah mərasimlərinin əsasını təşkil etdi. Nişan üzüyünün forması və hazırlandığı material əsrdən-əsrə dəyişdi.
XV əsrdə Avropa sarayında Hindistandan gətirilmiş almazlar dəbə düşdü. Onlar nişan üzüklərini bəzəməyə başladılar. Hələlik bu almazlar emal olunmamış şəkildə istifadə olundu. İlk belə bəzəyi nişan mərasimində Cəsur Kralın qızı Mariya Burqundskaya alır. Sonralar almaz emal olunmağa başlayır.
XVI əsrdə üzərində nigahı qorumaq barədə ifadələr yazılmış üzüklər dəbə düşür. Məsələn üzüklərə belə sözlər yazılırdı:" Allah-təalanın birləşdirdiklərini insanlar ayıra bilməz". Bununla yanaşı, üzərini brilyant qaşlar bəzəyən üzüklər Avropanın adlı-sanlı adamları arasında üstünlüyü qoruyub saxlayır.
XVII əsrdə yeni formalı nişan üzükləri meydana gəlir. Onlar birləşmiş iki əl formasında idi. Bir əl brilyantdan hazırlanır və sədaqət rəmzi, yaqutdan düzəldilən əl isə almaz qaşı, ətrafında kiçik brilyant qaşları olan üzüklər də bu vaxt meydana çıxdı.
XVIII əsrdə Brazilyada böyük almaz yataqları aşkar olunur. Beləliklə, indi qiymətli daşı çoxlarının əldə etmək imkanı yaranır. Zərgərlər isə onu parlaqlamağın yeni üsulunu tapır, onlardan müxtəlif hərflər, ürək, bəxt formalı qaşlar hazırlanır.
XIX əsr daha çox romantizm dövrü oldu. Bu əsrdə bir çox Avropa ölkələrində bərbəzək qadınlar üçün bir növ özünü ifadə vasitəsinə çevrildi. Nişanda qadınlara qiymətli qaşlarla bəzənmiş üzük, toyda isə iri brilyant qaşlı nişan üzüyü bağışlamaq dəbə düşdü. Zərgərlər orjinal, qeyri-adi formalı əsl sənət əsərləri yaratmağa başladılar. Məşhur Pifani isə qiymətli qaşı platin qarmaqcıqlar vasitəsilə metala bərkitmək üsulunu kəşf etdi, Beləliklə qiymətli daş daha qabarıq görünür.
XX əsrdən başlayaraq artıq ailə həyatının müxtəlif təntənələri ilə bağlı qadına müxtəlif üzüklər bağışlanmağa başlanıldı. Məsələn, oğlan və qız doğulanda, gümüş toyda və başqa təntənələrdə üzükdə olan brilyant qaşların sayı artdı....
sizlerin fikri nedi ?


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri