Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Göz gözələ baxıb gözəlləşir???

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Göz gözələ baxıb gözəlləşir???

    Hərənin öz xarakteri var. Hər birimiz müxtəlif şeylərə baxıb zövq ala bilərik. Kimimiz güllərə baxmaqla kimimiz gözəl qadınlara baxmaqla zövq alırıq. İslama görə, hər bir halda qadının üzünə, saçlarına baxmaq qəbul olunan deyil. Naməhrəm qadın hətta libas geyinmiş olsa da belə, onun bədən və sinəsinə baxmaq haram sayılır. Çünki ləzzət qəsdi və günaha düşmək qorxusu hər an onu yolundan azdıra bilər.
    Pornoqrafik filmlər – texniki əşyalar həyatımızda çox böyük yer tutur. İstər televiziya, istərsə də kompüter. Bu bağlılıq bizi filmlərə tez tez baxmağa sövq edir. Son zamanlar pornoqrafik filmləriin sayı artmaqdadır. Acınacaqlı haldır ki, belə filmlərə cavanlar daha çox baxırlar. İslama görə, bu cür filmləri izləmək, adəti üzrə şəhvətin oyanmasına və günaha batmağın müqəddiməsi olduğğundan belə filmlərə baxmaq haramdır. Əgər günaha batmaq, pis əməl sahibi olmaq istəmirsinizsə pornoqrafik filmlərə baxmaqdan çəkinin!!!




    Pornoqrafik jurnallar – pornoqrafik filmlərlə yanaşı pornoqrafik jurnalların da sayı getdikcə artmaqdadır. İslama görə, şəriətə zidd şəkillərə baxmaq haramdır. Istər internet saytı, istər jurnal yaxud adi foto şəkil olsun, belə şeylərlə rastlaşmaq istər istəməz insanlarda öz pis təsirini qoyur.
    Tibb təhsili alan tələbələrin bu sahəyə aid kitablardakı çılpaq şəkillərə baxması haram sayılmır. (ləzzət qəsdi olmadan).

    “(Ya Rəsulum) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər”

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.