Suallari unvanlamag yoxonlara cavab tapmaq esasdir
![]()
2 sonuçtan 1 ile 2 arası
-
08-21-2009, 07:45 AM #1
Özünə ünvanlamağa sualların qalmasın!
Yaratmaq istəyirdin lakin ilham mənbəyini tapa bilmirdin?
Oxumaq istəyirdin lakin sözlərini bilmirdin?
Kiməsə hər şeyini vermək istəyirdin, lakin sənin heç nəyin yox idi?
Razı salmaq istəyirdin lakin yalnız 1 addım ata bilirdin?
Daxilini rahatlamaq istəyirdin, lakin yalnız dinləyə bilirdin?
Kimisə incidirdin? Özünü yox kimisə xüsusi birini?
Külək səsinin qulağına pıçıldamasını eşidirdin, bu sənə əsəb verirdi ki, sənən gətirə biləcək kiçik bir sirri eşidə bilmirsən?
Okeanı görürdün? Bu cür güclü, mistik, səni köməksiz, hiss etdirə biləcək qədər qüvvətli, lakin eyni zamanda həyat gücü ilə dolu...
Lap sərhəddə duraraq, hər şeyin itirildiyinin şahidi olaraq, məğlubiyyətə hazırlaşırdın?
Dua edərək öz cavablarından qat-qat yaxşı cavablar ala bilirdin?
Elə rahatlıq ,elə sakitlik hissi ilə üzləşirdin ki, qəm və kədərin mövcüdluğunu unutmuş olurdun?
Bütün qüvvəni sərf edirdin lakin bu da kifayət deyil fikri ilə üzləşirdin?
O qədər yorulurdun ki, yata da bilmirdin?
Yanağında bir toxunuş hiss edirdin, lakin kimə məxsusluğunu unudurdun?
Yanında ola-ola hətta onun üçün darıxırdın?
Onu öpmək istəyirdin lakin cəhd etmirdin?
Söz vermədən and içirdin?
Sevirdin lakin bütün qəlbin və ruhunla deyil, bütün mövcüdluğunla?
Sənə kimsə sən həmin əvəzolunmaz, təkrarolunmaz, unikal olduğunu söyləyib?
Bir gün bir vaxt gələcək ki, bütün şanslarımız, məhv olacaq, istifadə olunmuş olacaq, saniyələr, dəqiqələr, saatlar günlər tükənmiş olacaq, sənin vaxtın da bitəcək bunları geri qaytarmaq istəyəcəksən?
Bu suallardan özünə heç cavablar tapa bildin?-yoxsa hələ də özünə bu sualları ünvanlamaqda davam edirsən?
Bunlar hamısı sənin ətrafındadır. O anı tutmağa çalış, dünən, bugün, sabah üçün deyil məhz indi üçün... Sən yaşayırsansa bu bir andır, Sənin şansın hələ də varsa bu bir andır, Sən hər şeyi dəyişə bilirsənsə, bu bir andır, Yaşamağı bacar, Ətrafında olan insanların dəyərini bil, Onları qiymətləndir, Dua et, Əsl sevgini doyunca yaşa və yaşatdır, Heç nədən çəkinmə, Daxili rahatlığını tap, Həyatda bir dəfə belə olsun 1 anlıq Ehtiras hissini duy, Təbiət hadisələrindən zövq al.
Özünə ünvanlamağa sualların qalmasın!
-
08-21-2009, 04:27 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Özünə ünvanlamağa sualların qalmasın!


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
onlara cavab tapmaq esasdir

Yer imleri