1 sonuçtan 1 ile 1 arası
-
08-12-2009, 01:33 PM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Radioaktiv şüalarla qidalanan göbələklər
Albert Eynşteyn Tibb Kollecinin tədqiqatçıları göbələklərin daha bir maraqlı xüsusiyyətini aşkar etmişlər. Onların araşdırmaları göstərmişdir ki, göbələklər radioaktiv şüalanma enerjisindən istifadə edərək özünə qida istehsal edə bilir və inkişafını təmin edir. Bu necə ola bilərdi? Radiasiyanın həddi hələ də canlılar üçün çox təhlükəli olan blokun divarlarında göbələk necə sərbəst yaşayıb inkişaf edə bilir? Ola bilsin ki, göbələk radioaktiv şüalardan enerji mənbəyi kimi istifadə edir. Odur ki, bu istiqamətdə təcrübələr aparmaga başladıq. Kasadevall və onun həmkarları iki növ göbələk üzərində təçrübələr aparmışlar. Bunlardan biri Crytococcus neoformans hansı ki, melanin sintez etməsi üçün stimullaşdırıla bilir. Digər növ Wangiella dermatitidis göbələyində isə təbii melanin olur. Onlar göbələkləri təbii fondan 500 dəfə yüksək olan radioaktiv şüalanma altında saxlamışlar. Məlum olmuşdur ki, onların hər ikisində melaninin sintezi sürətlənir. Bitkilərdə yalnız xlorofill molekulları elektromaqnit sülanmadan enerji mənbəyi kimi istifadə edə bilir. Göbələkdə isə melanin bu fəzifəni yerinə yetirir. Radiasiyanın melaninə təsirini araşdırarkən məlum olmuşdur ki, radioaktiv şüalar melaninin strukturunu dəyişdirir və bu yolla melanin enerji toplayır. Bu təcrübələrə qədər melaninin göbələkdə hansı funksiyanı yerinə yetirdiyi sirr olaraq qalırdı. İndi məlum olur ki, onun əsas funksiyası radioaktiv enerjini kimyəvi enerjiyə çevirməkdir. Bu təcrübələrin çox mühüm tətbiq sahələri ola bilər, xüsusilə başqa planetlərə uçuş zamanı ondan kosmonavtların qidalanmasında istifadə oluna bilər.
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri