Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Sevdiyiniz insana sevginizi hiss etdirin !!!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Sevdiyiniz insana sevginizi hiss etdirin !!!

    Yoxsa,siz də “sevgilimi çox sevirəm,ancaq sevgimi göstərə bilmirəm”,-deyənlərdənsiniz?.Əgər belədirsə,oxumağa dəyər...
    Sevgini artırmaq istəyirsinizsə,sevginizi sevdiyiniz adama hiss etdirməlisiniz.Çünki insan sevgisini hiss etdirdikcə bu,qarşı tərəfə də müsbət təsir göstərir və qarşı tərəfdə də sevginin artmasına səbəb olur.Üstəlik,bu “sevgi mebadiləsi” davam etdikcə münasibətiniz daha da möhkəmlənir.Təbii ki,burada münasibətiniz üçün yeganə amilin sevgi olduğunu demək olmaz.Münasibətlərinizdə sevgi nə qədər vacibdirsə,hörmət,etibar,sədaqət də bir o qədər vacibdir.

    Elə isə sevgini necə hiss etdirmək olar?Hər şeydən əvvəl deyək ki,”mən ürəyimdə sevirəm” sözünü ağlınızdan çıxarmalısınız.Çünki sevdiyiniz insan sevginizi hiss edə bilmirsə,deməli,bu sevgiyə etimad da etməyəcək.Sevginizi hiss etdirmək üçün ən yaxşı yol sevdiyiniz adamı tanımaqdır.Bunun üçün əvvəlcə onun daha çox nədən xoşlandığını müəyyən etməlsiniz.Məsələn,bəziləri sevginin onlara şifahi ifadə edilməsini,bəziləri müəyyən vasitələrlə hiss etdirilməsini,bəziləri bu məsələdə hərəkətlərin əsas olduğunu ,bəziləri isə sevginin hədiyyələrlə büruzə verilməsini istəyə bilərlər.

    Siz bu üsulların birindən və ya özünüz müəyyən etdiyiniz hər hansı bir üsuldan istifadə edərək sevginizi hiss etdirə bilərsiniz.Təbii ki,bu məsələdə səmimi və təbii olmağı da unutmamalısınız.Bu “sevgi mübadiləsi” get-gedə sevdiyiniz insanın sevginizə etimad etməsinə səbəb olacaq və istər-istəməz o da bu sevgidən kənarda qalmayacaq.Digər tərəfdən,bu ,münasibətinizdə olan atmosferə də müsbət təsir göstərəcək
    NuriyeV Production

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Türkiye/Adana
    Mesajlar
    1.587

    Re: Sevdiyiniz insana sevginizi hiss etdirin !!!

    bence hissetirmeyin
    yada şöyle diyelim az hissettrin
    adam ne oldum delisi oluyor sonra
    bilmiyor ki kendini böyle seven başka birini bulamayack kendini bişey sanıyor sevgiyi belli edince
    BiRi BeNi DurDurDrsNNN ! !!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.