1 sonuçtan 1 ile 1 arası
-
08-09-2009, 01:37 PM #1
Siqaret çəkənlər üçün
Siqaret çəkənlərin iddeasına görə, tütün insanın özünü daha yaxşı hiss etməsinə, əsəbləri cilovlanmasına səbəb olmaqla yanaşı, həm də çəkinin artmasına imkan vermir. Bütün bunlar siqareti tərgitməmək üçün əsl bəhanədir.
Siqareti niyə tərgitmək lazımdır?
Siqaretin tərkibində 4 mindən çox maddə var. Bunların 43-ü xərçəng xəstəliyinin yaranmasına səbəb olan amillərdir.Siqaret çəkənlərin 45 faizi müxtəlif xəstəliklərə tutulur. Amerikada hər il 400 min insan siqaretdən dünyasını dəyişir...
Siqareti tərgitmək üçün.....
Siqareti tərgitmək üçün özünüzə gün seçin. Həmin günə qədər özünüzü siqareti tərgitməyə öyrəşdirin.
Dostlarınızla siqareti tərgidəcəyinizə görə mərcə girin .
Hazırlıq zamanı həmişə siqareti sağ əlinizlə tuturdunuzsa, bu dəfə sol əlinizlə tutmağı başlayın.Bu zaman gün ərzində nə qədər çox siqaret çəkdiyinizi anlayacaqsınız.
Siqəret çəkərkən güzgüyə baxın. Bu zaman siz siqaretin ziyanlarını düşünməyə başlayacaqsız.
Külqabıları evdən yığışdırın.
Bəzi vərdişlərinizi azaldın: məsələn, çay, kofe içmək kimi.
Dostlarınız da sizin kimi siqaret çəkəndirsə, ən azı 3 həftə onlarla görüşməyin.
Gün ərzində tez – tez saqqız çeynəyin, alma, üzüm və çərəzlər yeyin.
Siqareti qutu ilə deyil, dənə ilə alın.
Siqareti yarı-yarı çəkin. Hər siqareti arasında 1 saat vaxt qoyun.
Ürəyiniz siqaret istəyəndə, 10 dəfə dərindən nəfəs alın, sonda bir kibrit yandırın, üfləyərək söndürün, sonra külqabıda siqareti söndürür kimi əzin. Və sizə həzz verən bir xəyal qurun.
Heç bir zaman “bir dənədən heç nə olmaz” deməyin.
Bu üsulla 3 ay müddətində siqareti tərgitməyiniz mümkündür.
Sizə uğurlar

LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri