Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Şәxsiyyәt vәsiqәsini necә almaq olar?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Şәxsiyyәt vәsiqәsini necә almaq olar?

    Şәxsiyyәt vәsiqәsini necә almalı?

    «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun tətbiqi haqqında Əasnamənin tələbinə əsasən şəxsiyyət vəsiqəsi alarkən aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

    16 yaşına çatmamış şəxslər

    1. Doğum haqqında şəhadətnamə

    2. Valideyinlərin birinin şəxsiyyət vəsiqəsi

    3. Tibbi arayış (qan qrupu)

    4. Qeydiyyatda olduğu evin sənədi (order, qeydiyyat vəsiqəsi)

    16 yaşına çatmış şəxslər

    1. Doğum haqqında şəhadətnamə

    2. hərbi bilet və ya təhkim şəhadətnaməsi

    3. Nigahın bağlanması və ya pozulması haqqında şəhadətnamə

    4. Qeydiyyatda olduğu evin sənədi (order, qeydiyyat vəsiqəsi) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (notarial qaydada təsdiq olunmuş)

    5. Şəxsiyyət vəsiqəsi üçün 1 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz

    6. Tibbi arayış (boy, gözün rəngi və qan qrupu)

    7. 3x4 sm ölcüdə 2 ədəd rəngli fotoşəkil

    8. 16 yaşı tamam olmuş şəxslər valideyinlərindən birinin şəxsiyyət vəsiqəsini təqdim etməlidir

    Pasport, forma-9 və şəxsiyyət vəsiqəsini itirdikdə

    1. Doğum haqqında şəhadətnamə

    2. Qeydiyyatda olduğu evin sənədi (order, qeydiyyat vəsiqəsi) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (notarial qaydada təsdiq olunmuş)

    3. Tibbi arayış (boy, gözün rəngi və qan qrupu)

    4. Şəxsiyyət vəsiqəsini itirdikdə və ya korladıqda 2 manat 20 qəpik məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz

    5. Nigahın bağlanması və ya pozulması haqqında şəhadətnamə

    6. Hərbi bilet və ya təhkim şəhadətnaməsi

    7. 3x4 sm ölcüdə 2 ədəd rəngli fotoşəkil

    8. şəxsiyyətini təsdiq edən sənədin itməsi barədə ərazi polis şöbəsi rəisinin adına ərizə

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.