ureyinde svegi hissi olmayan bir insan yoxdur. sevgidir bizi yasadan. tanri sevgi hissinizi hec vaxt oldurmesin.amin. hemise sevgiyle ehatelenin.
7 sonuçtan 1 ile 7 arası
-
07-26-2009, 09:43 PM #1
Allaha, Vətənə, Valideynlərə insanların ülvi sevgisi
Allah sevgisi
Allah sevgisi - ən müqəddəs,ən ali,ən ülvi,ən saf,ən pak və ən nəhayət əvəzolunmaz sevgi.Heç bir varlıqla,heç bir hisslərlə müqayisə edilməz və mübahisə edilməz duyğu.O,daim bizim qəlbimizdədir.Daxilimizdəki ikinci “mən” Allahımızı hifz etməyimizdir.Yeganə müqəddəs varlıqdır ki,bizi olduğumuz kimi hiss edir,bizi olduğumuz kimi görür,bizi olduğumuz kimi qəbul edir,bizi bağışlayır və bizə xeyir – dua verir.Bu Allah sevgisidir.
Allah sevgisi qarşılıq istəməz,ancaq biz isə Tanrımıza minnətdarlıq edərək,ona əməllərimizlə sübut etməyə çalışırıq.O,mərhəmətlidir və bəndəsinə kin bəsləməz.O,hər kəsin niyyətini duyandır.O,bizim çətin anlarımız da,çətin günlərimiz də,çətin məqamlarımız da əl tutanımız və yardımçımızdır.
Hansısa varlığa sevgimiz tükənə bilər,ancaq Allah sevgisi tükənməzdir,əbədidir,bitməzdir,sonsuzdur!Bu hiss bizə verilən ən böyük hədiyyədir.Canımızdan ruh gedənə kimi,əbədiyyata qovuşana kimi daima daxilimizdə bu sevgi yaşayıb,yaşayır və yaşayacaqdır!Heç zaman sönməz!
Allah sevgisi bizim közərən ümidlərmizin açarıdır,bizi yaşadan,yaşatdıran,bizi qoruyan,bizə güc verən,ilham verən ONA olan hisslərimizdir.O,bizi sabaha doğru inamla aparan,arzularımıza qanad verəndir!
Biz hər şeyə görə bizi xəlq edən Allahımıza borcluyuq!Allah sevgisi ilə döyünən ürəklər nə xoşbəxtdir!!!
Unutmayaq ki,Allah sevgisi bütün sevgililərin başlanğıcıdı
Vətən sevgisi
İnsanın mənəvi aləmində tükənməyən sevgilərdən biri də Vətənə olan ali hisslərdi.Bu sozun arxasında hikmətli bir məna yuksəlir.
Bəs Vətən sevgisi nədir? Bunu bilirikmi?
“Vətən sevgisi” insanın qanına hopan ,urəkləri titrədən , həyacan gətirəndir . Bu hissər o qədər yüksək bir pillələdir ki, onu hər kəs duymaz hər kəs anımsamaz! Hət kəs bu sevginin fərqliliyini,özəlliyini fərqinə varmaz! Vətəni sevmək böyük bir əxlaqi keyfiyyətLərdəndir . Bu sevgi, inam, Rəbbimizin istəyi və yeri gəlikdə əmridir! Deyirlər Vətənə olan sevgi Allaha imandan yaranıb, əgər belədirsə demək insan qanına, canına hopan Vətən sevgisi Allah sevgisindən qaynaqlanır.
Unutmaq lazım deyil ki, İnsan mənəviyyatını tanıdan, fərdiləşdirən, müəyyən edən və nəhayət zənginləşdirən də elə məhz Vətən Sevgisidir! Vətən sevgisi yalnız torpağı sevmək bitmir! Vətəni sevmək onun havasını,suyunu, millətini , mədəniyyətini, dinini, dilini, atributlarını və ona aid nə varsa sevmək, sayğı göstərməkdir, hətta kiçik daş parçasını belə! Onu əzizləmək Ana namusu kimi qorumaq deməkdir!
Vətən sevgisi mücərrədliyi ilə önəm kəsb etsə belə sonsuz , əbədi,əzəli öz qüdrətini itirməyən bir duyğudur,İnsan bu hisslərə sahib olarsa, bu hisslərlə köklənərsə və daim bu istəyin varlığını duyarsa özündə güc və əminlik yaranar, qəlbinə nur dolar!
Vətən naminə yaşamaq, onun əvəzolunmazlığını qavramaq bu hissləri aşılamaq ən gözəl hisslərə bərabərdir!
Vətəni sevin,onun qayğısına qalın ki, Vətən də sizin qayğınıza qalsın
Valideyn sevgisi
Ana- varlığı, sevgisi, şəfqəti, heç bir insanda olmayan biridir.Allahın bütün canlılara bəxş etdiyi ən müqəddəs qoruyucu mələkdir.
Heç bir bəzək və ya paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz.
Ana sevgidir,əməkdir,sevməkdir,həqiqətdir,dürüs tlük səmimiyyətdir,ümiddir,həsrətdir,həyatdır,ya şamaqdır.Bir sözlə ana hər şeydir....
Ana- hər çətinliyimizdə tutunduğumuz,sevgilərin ən böyüyü,ən ucası,ən əvəzolunmazı,qarşılıq gözləmədən sevən hər şeydən bizi qoruyan,sevgisi şəfqəti heç azalmayan övladı üçün yaşayan ən müqəddəs varlıqdır.
'Qadınlar zəifdir, amma ANALAR güclüdür. Ana yeganə varlıqdır ki,övladı üçün hər an canından keçməyə hazırdır.Ana yeganə varlıqdır ki,sonsuz fədakarlığa hazırdır.Ana yeganə varlıqdır ki,cənnət onların ayaqları altındadır.Ana yeganə varlıqdır onun sevgisi heç bir sevgi ilə əvəz olunmaz,pula satılmazdır.
Ata-çöldə yaşadığı stressi, yorğunluğu evdəki övladlarına hiss etdirməyən və ömürünü onların gələcəyinə sərf edən,bizə olan sevgisini sözlərdən çox gözlərində ifadə edən birisidir.
Onların dəyərini,nə əzab çəkdiklərini insan ata olduğu vaxt anlaya bilər.
Ata-Kölgəsində sərinlədiyimiz böyük bir çinardır.
Ata-Anadan sonra,haqqını ödəyə bilməyəcəyimiz digər varlıqdır.
Ata -Hər şeyi bilən, hər problemi həll edən, ailəsinə qol qanad olan, sevgi dolu, hər vaxt köməyimiz,
yeri gələndə sirrlərimizi bölüşəcəyimiz,bizi heç vaxt tək qoymayacağını düşündüyümüz insandır
İnsanları bir-birinə bağlayan ülvi hisslər.
Bilirsən,bəzən daxilində elə bir hiss olur ki...Sevgi adında!Adı sevgi yox,sənə olan sevgi-səma kimi sonsuz,qalaktika kimi bütöv.
Hərdən daxilində elə hədsiz xoşbəxtlik olur ki...Uçmaq istəyirsən!Gizlədə bilmirsən,sinəndən çıxmağa,dünyaya səpələnməyə can atır bu hiss.Dünya xoşbəxtlik rəngində olur, həyatda məna tapırsan,hamıya istilik bəxş etmək istəyirsən,gedirsən və gülümsəyirsən...
Hərdən mən sənin nə fikirləşdiyini dəqiq bilirəm.Yox,ona gorə yox ki sən adisən.Sadəcə mən səni hiss edirəm-sənin qəlbinin hər simini,sənin səsinin hər notunu,sənin gözlərinin hər baxışını.
Sənin təbəssümün,vərdişlərin,özünə bəraət qazandırmağın,hisslərin,duyğuların,
həyəcanların,baxışın,səsin,qayğın,mehriba nlığın...
Sənin hər hərəkətin,hər sözün,hər jestin,bəzən özünütənqidin,bəzən inamsızlığın,bəzən kobudluğun...
Bəzən susmağın,bəzən düşüncəli olmağın,bəzən laqeydlik dərəcəsində sakitliyin,bəzən qısqanclıq dərəcəsində coşğunluğun...
Sətiraltı atmacaların,yumor hissin,sədaqətin,etibarın,inamın...
Fikirlərin,arzuların,xəyalların,düşüncələ rin...
Səni gözləmək,səninlə qürur duymaq,səni qısqanmaq,səni itirməkdən qorxmaq,səninçün yaşamaq...
Fikirlərimizin uyğunluğu,hisslərimizin uyğunluğu,sözlərimizin uyğunluğu,xarakterimizin uyğunluğu...
Bu qədər də təsadüf olmaz ki.Özümü tanımasaydım elə bilərdim sən olmuşam.Amma mən əvvəldən də belə idim.
Səni sevmək nə qədər də asanmış!
Nəfəs almaq,ürəyinin döyünməsi,damarlarında qanın hərəkət etməsi qədər-nə qədər asan...və nə qədər də vacibdir ,elə deyilmi?
Səni sevmək də o qədər asan və o dərəcədə vacibdir![/color][
-
07-27-2009, 03:35 PM #2Senior Member
- Üyelik tarihi
- Dec 2006
- Yer
- Baki
- Mesajlar
- 1.089
Re: Allaha, Vətənə, Valideynlərə insanların ülvi sevgisi
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
-
07-27-2009, 04:13 PM #3Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Allaha, Vətənə, Valideynlərə insanların ülvi sevgisi
İnsan deyer verdiyi şeylere sevgisi olur. Yuxarida sadalananlar hamisi deyer verilesi seylerdi. Eger kiminse bunlara sevgisi yoxsa demek o deyerlere hormeti yoxdur.
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-27-2009, 04:46 PM #4Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Re: Allaha, Vətənə, Valideynlərə insanların ülvi sevgisi
Allah razi olsun!
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
07-27-2009, 11:09 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Allaha, Vətənə, Valideynlərə insanların ülvi sevgisi
Amin
Sindy Nickli Üyeden Alıntı
-
07-27-2009, 11:10 PM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Allaha, Vətənə, Valideynlərə insanların ülvi sevgisi
Raziyam
kombat80 Nickli Üyeden Alıntı
-
07-27-2009, 11:11 PM #7Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Allaha, Vətənə, Valideynlərə insanların ülvi sevgisi
Cumlemizden insallah
Secde Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri