esil zemane letifesidi
7 sonuçtan 1 ile 7 arası
-
07-24-2009, 03:52 AM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Seni Pozaram Özümü Yazaram
Yenə də günün birində Teymur Ləng Mollaya əmr eləyir ki, sarayda
olan axmaqların siyahısını tutub ona versin. Molla Teymurun
fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar siyahısına düşmüş əyanları
ələ salıb oynatmaq, bununla da əylənmək istəyir. Molla bunu da
başa düşür ki, sonra bu əyanların hamısı ona düşmən olacaqlar. Çox fikir-
xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb başında yazır:
"Teymur sarayındakı axmaqlar".
Varağın ortasında da iri xətlə bircə Teymurun öz adını yazıb ona
verir.
Teymur axmaqlar siyahısında təkcə öz adını görcək dəli olur. Cin
vurur təpəsinə. Soruşur:
– Bu nədir?
Molla deyir:
– Axmaqların siyahısıdır.
Teymur deyir:
– Demək, sənin fikrincə, bu sarayda bircə axmaq var, o da mənəm?
Molla deyir:
– Bəli, qibleyi-aləm! Səndən axmağını tapa bilmədim.
Teymur dəli kimi qışqırıb soruşur:
– Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki, saraydakı
axmaqların siyahısını tutum. Demək, sən özün bilirsən ki, buraya yığılan
vəzir-vüzəranın, vəkil-vükəlanın hamısı olmasa da, çoxu axmaqdı.
İndi ki, sən özün bunların axmaq olduqlarını bilə-bilə bu saraya
yığmısan, özlərini də belə hörmət-izzətlə saxlayırsan, demək, ən
böyük axmaq elə sən özünsən də...
Teymur baxır ki, Molla yaman yerdən tutub, sözünün qabağında
söz deyə bilməyəcək. Bir az fikirləşib deyir:
– Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi axmaq
deyil, hamısı ağıllı adamlardılar, onda necə?
Molla deyir:
– Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.
Teymur soruşur:
– Niyə?
Molla deyir:
– Ona görə ki, axmaqların siyahısını tutmağı sən mənə əmr eləmisən.
Əgər sübut olunsa ki, sarayda axmaq yoxdur, olanların hamısı
ağıllıdır, onda, demək, əsl axmaq sənsən ki, ağıllı adamları axmaq
hesab eləyirsən.
Teymur görür yenə də tutmadı. Lap dəli olur. Deyir:
– İndi mən sübut edəcəm ki, bu sarayda bircə axmaq var, o da sənsən,
onda?
Molla deyir:
– Yenə də siyahıda sənin adın qalacaq.
Teymur soruşur:
– O niyə?
Molla deyir:
– Ona görə ki, ağıllı adam axmaqların siyahısını tutmağı axmağa
tapşırmaz.
Teymur deyir:
– İndi mən cəlladı çağırıb sənin o dilini dibindən kəsdirsəm necə?
Molla deyir:
– Onda siyahıdan sənin adını pozub öz adımı yazaram ki, bir də heç
kəs axmaqlıq eləyib sənə sözün düzünü deməsin.[
Ya da
[
-
07-24-2009, 10:41 AM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Seni Pozaram Özümü Yazaram
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-24-2009, 11:36 AM #3Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: Seni Pozaram Özümü Yazaram
Bax esil hazircavab insan belesidi,nece olursa olsun her bir cetin veziyyetden cixa bilsin
-
07-24-2009, 04:14 PM #4Senior Member
- Üyelik tarihi
- Dec 2006
- Yer
- Baki
- Mesajlar
- 1.089
Re: Seni Pozaram Özümü Yazaram
maraqli idi.ama cox az insanda vezifece ozunden boyuye qarsi cesaret yoxdu,cunki Azerbaycanda coxu isi xetrine susur.
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
-
07-24-2009, 04:20 PM #5Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Seni Pozaram Özümü Yazaram
SUPER

-
07-24-2009, 05:54 PM #6Senior Member
- Üyelik tarihi
- Jan 2008
- Yer
- türkiye/trabzon
- Mesajlar
- 1.318
Re: Seni Pozaram Özümü Yazaram
ayy cox güzeldii
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!

-
07-24-2009, 09:56 PM #7Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Seni Pozaram Özümü Yazaram
cox maraqli oldu hem maraqli hem de ibratamiz cox saq ol


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri