Aşpaz– ustalıq göstərərək dadlı yeməklər bişirir. Öz bacariğı ilə bölüşməyi və maraqlı məsləhətlər verməyi xoşlayır. Yeməklə bağlı hər şeydə mahir və mükəmməldir.(pedantdır?). Bəlkə, buna görə sevgidə - tiran (zalım hökmdar) rolunda çıxış edir. Hər şeyi xırdalığına qədər planlaşdırır. Qarşı tərəfin istəklərinə nadir hallarda önəm verir.
MEn diyesen buna aidem![]()
4 sonuçtan 1 ile 4 arası
-
07-19-2009, 09:58 AM #1Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
KİŞİLƏR YEMƏK YEDİYİ KİMİ SEVİR !
Qərb psixoloqları deyirlər ki, kişilərin yemək yemə tərzinə əsasən onları konkret tiplərə ayırmaq mümkündür.
Acgöz ( qarınqulu) – yalnız yemək barədə düşünən kişilərdir. Yeməyə hər zaman iştaha var, hətta adi yemək iyindən belə ağzının suyu axır. Kulinar tərəflər onu maraqlandırmır. Əsas odur ki, yemək çox və dadlı olsun. Duzlu və yanmış yemək isə əhvalını nəzərə çarpacaq dərəcədə korlaya bilər. Bu cür insanlar sevgidə də özlərini məhz bu cür aparırlar. Yalnız özünü doydurmağı düşünür, doyduqdan sonra isə sakitliyə üstünlük verir.
İncə (zərif) – bu tip üçün yemək özəlliyi ilə seçilməli: musiqi, güllər, cəlbedici servis mütləq olmalıdır. Təbii ki, bu çox gözəl və zərif təəssüratlar oyadır. Təəssüf ki, həyatımız adi günlərlə doludur. Məhz bu cür günlər həmin insanları darıxdırır, onların lütfkarlıq və nəzakətini itirir. Həmin kişilərin qadınlara da münasibəti məhz bu cürdür. Musiqi, gözəl güllər, xoş sözlər...Bunun müqabilində qadın daim formada olmalı( geyim, saç, makiyaj, ətir), kişinin gözündə cəlbedici görünməlidir. O zaman həmin qadına olan kompliment və nəzakətin həddi-hüdudu olmayacaq. Əks halda, cansıxıcı, laqeyd və darıxdırıcı münasibətin şahidi olacaqsınız.
Bəhanəli (irad tutan) – “yaşamaq üçün yeyirəm, yemək üçün yaşamıram” misalına sadiqdir. Hətta ən dadlı yemək belə onun əhvalını aça bilmir, həvəssiz və iştahasız yeyir. Dadsız yemək yediyi zaman isə irad tutacaq, ağız-burun əyəcək və yeməkdən imtina edəcək. Sevgidə də məhz bu cürdür. Daim narazı sima, əhvalın olmaması və etinasız münasibət bu tipə xasdır. Ruh yüksəkliyi və təşəbbüskarlıq bu cür kişilərdə demək olar ki yoxdur.
Cansıxıcı – xoşlamadığı və heç zaman yemədiyi yeməyi əlini belə vurmaz. Kulinar kəşflər və ekzotik yeməklərə üstünlük vermir. Qadınlara qarşı da bu cürdür. Onu həyacanlandırmaq mümkün deyil. Fantaziyalar da burada əlacsızdır.
Zarafatcıl ( kefcil) – Yemək zamanı çox danışır, zarafatlar edir. Süfrə arxasında tək əyləşmək onu məyus edir. Menyu onu maraqlandırmır, əsas odur ki, süfrə yoldaşı olsun. Sevgiyə gəldikdə - çox danışır, istənilən təklif ilə tez razılaşır, frigit qadınlara çox uyğundur. Lakin vəfalı olmağına söz vermək çətin məsələdir.
İnadkar – yeməyə qarşı tələbkar olmasa da, özünün konkret yemək marağı var ki, onu mütləq şəkildə hər gün həyata keçirməlidir. Həyatda xüsusi iddiaları yoxdur, lakin – “yumruğa yumruq” misalı onun əsas prinsipidir. Ona görə də verə biləcəyinizdən artığını heç vaxt onlardan tələb etməyin.
Şirniyyat sevən – qızardılmış ət və sıyığı sevmir, lakin şirniyyat onun yaralı yeridir. Desert - onun üçün menyuda ən əsas yeməkdir. Qadınlara pərəstiş etməkdən zövq alır . Nəzakətli və diqqətcildir, tez-tez qadın əllərini öpür.
Aşpaz– ustalıq göstərərək dadlı yeməklər bişirir. Öz bacariğı ilə bölüşməyi və maraqlı məsləhətlər verməyi xoşlayır. Yeməklə bağlı hər şeydə mahir və mükəmməldir.(pedantdır?). Bəlkə, buna görə sevgidə - tiran (zalım hökmdar) rolunda çıxış edir. Hər şeyi xırdalığına qədər planlaşdırır. Qarşı tərəfin istəklərinə nadir hallarda önəm verir.
Sərt – yeməkdən bir o qədər anlayışı yoxdur, sevgidə isə də parlaq deyil. Hər ikisinə qarşı iradı demək olar ki, olmur. Bununla bahəm heç vaxt planlarından imtina etmir, inadkar və möhkəmdir, qəddarlığa meyillidir. Əsasən ehtiraslı və bişirməyi sevməyən (bəlkə də bacarmayan) və nəzərə çarpacaq dərəcədə seksual qadınlara uyğun gəlirlər.
Yöndəmsiz – həmişə nəsə dağıdacaq, sındıracaq, paltarını batıracaq. Sevgidə bacarıqsızdır. Bəyənmədiyi bir şeyi sözlə deməyi xoşlamır. Çox çətin sevgilidir. Əgər qarşı tərəfin yumor hissi və kifayət qədər səbri yoxdursa, o zaman bu cür kişilərlə təcrübə aparmağa dəyməz.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-19-2009, 10:00 AM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: KİŞİLƏR YEMƏK YEDİYİ KİMİ SEVİR !
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-19-2009, 04:31 PM #3Senior Member
- Üyelik tarihi
- Jan 2008
- Yer
- türkiye/trabzon
- Mesajlar
- 1.318
Re: KİŞİLƏR YEMƏK YEDİYİ KİMİ SEVİR !
beli ona aidsen..
kombat80 Nickli Üyeden Alıntı
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!

-
07-19-2009, 07:38 PM #4Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: KİŞİLƏR YEMƏK YEDİYİ KİMİ SEVİR !
Yemek yedikleri kimi sevirlerse evimiz yixildi
Her gun eyni yemeyi yemek olmur axi


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri