Əsas məzmuna keç
Sayfa 1/2 12 SonSon
11 sonuçtan 1 ile 10 arası

İmperatoru çökdürən qadınlar

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    İmperatoru çökdürən qadınlar

    Maraqlıdır ki, qadın qüvvəsi qarşısında aciz qalan Bonapartın həyatında elə də çox zərif cinsin nümayəndəsinə rast gəlinmir. Onun ilk xanımı Jozefina olub. Yəqin ki, bir çoxunuz bu adı eşitmisiz. Napoleon hələ general olmamışdan əvvəl bu xanımla rastlaşmışdı. Josefinanın keçmiş həyat yoldaşı Boqarneni bir il əvvəl edam eləmişdilər. Bununla da, dul gözəlçə Barrasanın məşuqəsi olmaqdan başqa özünə təsəlli tapa bilməmişdi. Napoleonla tanışlığa qədər bu münasibətlər davam edirdi. Görkəmli sərkərdə ona pərəstiş edərkən, onunla münasibət yaradarkən evlənmək ağlının ucundan belə keçməmişdi. Bonapartın bu xanıma vurulması üçün onda bütün keyfiyyətlər var idi. Zadəgan təbəqəsindən olması, gözəlliyi, cazibədarlığı, generaldan dul qalması və daim möhtəşəm geyimlərlə diqqəti cəlb etməsi kobud bir hərbçinin necə xoşuna gəlməyə bilərdi?! Napoleon sonda Jozefinaya aşiq olur və getdikcə onda daha çox müsbət keyfiyyətlər tapmağa başlayır.

    Evlilik, xəyanətlər, övladsızlıq və boşanma

    Qısa müddətdən sonra sözügedən cütlük evlilik həyatına qədəm qoymaq qərarına gəlir və çox keçmir bu fikir reallaşır. Yalnız bundan sonra fransız hökmdar nəyin necə olduğunu başa düşür. Imperatorun xanımı öz davranışı ilə Bonapartı tez-tez narahat edirdi. Əvvəlcə baş verənlərə məhəl qoymayan Napoleon sonradan hadisələrlə daha da yaxından maraqlanmağa başlayır. O, həyat yoldaşının ona başqaları ilə xəyanət etməsi şayiəsinin həqiqət olduğunu biləndə çox pis olur. Amma məşhur sərkərdə Jozefinanın danışıqlarından sonra boşanmaq qərarından vaz keçir. Napoleon İtaliyadan qayıtdıqdan sonra sevgilisinin onu aldatması fransız hökmdarı adekvat addımlar atmağa məcbur etmişdi. O, həyat yoldaşını özü ilə İtaliyaya aparmaq istəyir, amma ərköyün və nazlı xanım Parisi daha çox bəyənirdi və “sevgililər şəhəri”ni tərk etmək fikrində deyildi. Öz tilsimli dili ilə Bonapartı fikrindən daşındıran Jozefina yenə də xəyanətlərinə davam edirdi. Bir dəfə Misirə yollanan Napoleon bir neçə gündən sonra həyat yoldaşının onu aldatması xəbərini hətta fironun vətənində də eşitdi. Bu xəbərdən sonra özündən çıxan Fransanın lideri boşanmaq qərarını qətiləşdirərək geri qayıdır. Amma bu dəfə də dünyaya meydan oxuyan görkəmli sərkərdə qadın qüvvəsi qarşısında aciz qalır və bu dəfə də sevgilisinə “bəsdir” deyə bilmir. Amma bu hadisədən sonra Napoleon Jozefinaya nəzarəti gücləndirir və onun yanına qadınlardan ibarət mühafizə xidməti qoyulmasını təşkil edir. Bundan sonra Fransanın ərköyün və nazlı xanımı imperatora bir daha xəyanət etməmişdi. Amma bu evlilik sona qədər getmədi. Məlumdur ki, hər bir hökmdar özünün oğlan varisi olmasını istəyir ki, sülalənin davamı olsun və hakimiyyət əldən çıxmasın. Jozefinanın dünyaya uşaq gətirə bilməməsi evlilik həyatının başa çatması ilə nəticələndi.
    Bundan sonra Napoleon övladının olması üçün ailə qurmaq haqqında düşünməyə başlayır. Köməkçiləri və yaxınları ona Mariya-Luizanı məsləhət görür. İmperator sözügedən qadını yalnız şəkildən tanıyırdı. Mariya mavigözlü, açıq çəhrayı rəngli yanaqları olan bir xanım idi. Doğrudur, o, xarici görünüşü ilə kişiləri cəlb etmirdi. Onun çəkisinin artıq olması mənfi cəhət kimi qiymətləndirilsə də, sağlamlığı bütün mənfilərə göz yummağa imkan verirdi. Napoleon üçün əsas sağlam övladın dünyaya gəlməsi idi. Fransız hökmdar ona evlilik təklif etmək üçün sağ əli marşal Berteni Venaya göndərir. Özü isə böyük həyəcanla gələcək həyat yoldaşının yolunu gözləyirdi. Zaman keçdikcə imperator daha da gərgin duruma düşürdü, sıxılırdı. Nəhayət ki, Mariya gəlir və bütün bu əzablar bitir. Mariya ilə Napoleonun münasibətləri əvvəl-əvvəl yalnız simvolik xarakter daşısa da, sonradan Bonapart Luiza xanıma aşiq olur, ona xoş sözlər deyir, nəvazişlərini və oxşamalarını əsirgəmir. Mariya imperatora Jozefindan fərqli olaraq heç vaxt xəyanət etməmişdi. Onun soyuqluğu bəzən Napoleonu özündən çıxarsa da, o, sevgilisindən ayrılmaq fikrində deyildi. Napoleon onunla xoşbəxt idi. Amma bir müddət keçdikdən sonra Fransa hökmdarının işləri axsamağa başlayır, Fransanın taleyi sual altına düşür. O, Elba adasına getməli olur. Həyat yoldaşını yanına çağırmaq üçün dəfələrlə maktub yazmaq məcburiyətində qalır, ancaq bütün bu cəhdlər boşa gedir. Mariya heç bir məktuba cavab vermir. Napoleon isə məktubun çatmadığını və ya atasının münasibətlərə qadağa qoyması qənaətinə gəlir. Bütün baş verənlərə isə Mariya çox soyuqqanlı yanaşırdı və demək olar ki, heç bir reaksiya vermirdi. Napoleon Parisə gəlir və Fransaya əvvəlki qüdrətini qaytarmaq istəsə də, buna nail olmur. Bununla yanaşı, sevgilisi haqqında düşüncələr də onu rahat buraxmırdı. Bir neçə dəfə həyat yoldaşını qaytarmaq istəsə də, Mariya bir daha geri dönmür. Hökmdarın həyatının və fəthlərinin qürub çağı idi. Son zərbə isə Vaterloo döyüşü ilə qoyulur. Bundan sonra İngiltərəyə üz tutan Bonapart bir daha nə Luizanı, nə də oğlunu gördü. Beləliklə, Fransa imperiyası ilə birgə Napoleon da həm imperator kimi, həm də insan kimi çökmüş oldu.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: İmperatoru çökdürən qadınlar

    "Badem-badenin mavi geceleri, Fransiz xalqi kef edir"
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: İmperatoru çökdürən qadınlar

    He ,filminede baxmisdim oxumaq da maraqli geldi,imperator bele olsa onun yerinde olmaq istemezdim

  4. #4
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: İmperatoru çökdürən qadınlar

    cox sagol.

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: İmperatoru çökdürən qadınlar


  6. #6
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: İmperatoru çökdürən qadınlar

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    "Badem-badenin mavi geceleri, Fransiz xalqi kef edir"

  7. #7
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: İmperatoru çökdürən qadınlar

    imperatorun qanini yerde qoymaram
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: İmperatoru çökdürən qadınlar

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    imperatorun qanini yerde qoymaram
    sen özünü savunabilmirsen..indide imparatoru savunacaqsan...
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: İmperatoru çökdürən qadınlar

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    imperatorun qanini yerde qoymaram

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: İmperatoru çökdürən qadınlar

    Alıntı sladkaya Nickli Üyeden Alıntı
    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    imperatorun qanini yerde qoymaram
    sen özünü savunabilmirsen..indide imparatoru savunacaqsan...

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.