Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Uşaqlar gələcəyimizdi. Onda gəlin görək gələcəyimiz necədi

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Uşaqlar gələcəyimizdi. Onda gəlin görək gələcəyimiz necədi

    Bəzən adama elə gəlir ki, uşaqlar bizdən ağıllıdı. Nə istədiklərini bilirlər, yalan danışmırlar, oz fikirlərini qorxmadan, çəkinmədən bildirirlər, səmimidirlər, ikiüzlülük etməyi bacarmırlar. ...
    Haqsızlıqları görmürlər.. Dünya onlarçün yalnız al - əlvan rənglərdən ibarətdir.
    Hamımız uşaq olmuşuq, kimi öz uşaqlıq illərini xatırladıqca hələ də uşaqlıq illərinə dönmək istəyər, kimi artıq gənc adını aldığı üçün sevinər və uşaqlıqda etdiyi şıltaqlıqları xatırlamaq belə istəməz.
    Mütləqdir ki, çoxumuz uşaq vaxtı valideynlərimizə “ayıb” suallar, ən çox da “ Mən necə dünyaya gəlmişəm” sualını vermişik. Bizimçün ideal sayılan, hər şeyi bilən valideynlərimiz bu asan sual qarşısında aciz qalmışlar. Ancaq əslində zaman hər şeyi yoluna qoyur, sadəcə biz bir çox şeyləri vaxtından tez öyrənməyə can atmışıq..
    4 yaşlı qız anasından “fahişə” nədir deyə soruşduqda ananın cavabı necə ola bilər ki, uşağına onun psixika və tərbiyəsinə zərər gətirməsin? Ana çox düşünür və son olarq “ fahişə, əmilər, dayılar qarşısında mahnı oxuyur, əmilər, dayılar isə bunun müqabilində ona pul verir” deyə cavab verdiyində uşaq “onda mən də böyüyəndə fahişə olacam deyir”.
    Sizcə bu qızcığaz “fahişə” sözünü hardan öyrənmişdi? Bəli.. Bağçadan...
    Zəmənəmizin uşaqları belədi. Bağçada onlara söyüşə qədər hər şey öyrədilir. Tək bağça günahkar deyil..
    Biz də günahkarıq. Kiçik yaşlarınnan oğlan uşaqlarına söyüş öyrətməyi çoxumuz can atırıq, axı əsl kişi olmalıdı bu. Əgər söyüşnən kişi olunursa belə kişi heçkimə lazım deyil!!!
    Qız uşaqlarını hələ körpəykən kosmetik vasitələrə öyrəşdiririk. Nəyə görə?
    Marağlısı budur ki, çoxumuz bilirik ki, uşaqların yaşlarından artıq davranması gülüncdü, lazımsızdı, ama yenə də edirik.
    Sizdən sadəcə bir xahişim var, gəlin kiçik uşaqlara yaşlarından tez böyüməyə imkan verməyək və buna şərait yaratmayaq..
    Hiss etməsəniz də biz onların tərbiyə və psixikasına təsir göstəririk...
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Uşaqlar gələcəyimizdi. Onda gəlin görək gələcəyimiz necədi

    dogrudur.men pesemle elaqedar usaqlarla cox unsiyetde oluram.indiki usaqlar boyuklerden daha coxbilmis olublar.usaqliq hisleri usaqliq duygulari cox azalib.mence bunun coxsu tvlerde yaslarindan uygun olmayan seyelre baxmaqdadir.sanki usaqlar yaslarindan tez boyuyurler.meselen,bir azeri oynaq havasi evezine usaga ereb reqsin oyredirler.nebilim,men bele seyleri sevmirem.veya oglan usagina soyus soy gorumveya mamani vur gorum hele. cox sey valideynden asilidir, ve elbetdeki muellim ve muhitinede dikket edilmelidir,yoxsa usaqlar guldur cicekdir.onlara hemise ehtiyacimiz var.ayallah hamisini mac edirem.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.