cevabı cox cetin bir sualdi buu..eger bu bilinseydi ve asqa hükmedilebilseydi asq acısı ceken hiç kimse asıq olmax istemezdi![]()
![]()
![]()
6 sonuçtan 1 ile 6 arası
-
07-10-2009, 10:49 AM #1
Aşiq oluruq Niyə..???
Elm, bu qədər inkişafın arasında eşqə qeydsiz qala bilməzdi əlbəttə! Elm adamları eşqi də laboratoriyaya saldılar və baxın nələr tapdılar! Fiziki olaraq niyə və necə aşiq oluruq, heç düşündünmü?
Əvvəlcə aşağıdakılara nəzər sal. Və aşiq olub-olmadığı öyrən!
- Onu görüncə ürəyin tez-tez döyməyə başlayır.
- Son günlərdə, içindəki sevinc, xoşbəxtlik duyğusu artdı.
- Həyata, hadisələrə daha mənasız baxırsan.
- Yoldaşların gözlərinin tərtəmiz baxdığını və son günlərdə üzünə bir canlılıq gəldiyini söyləyirlər.
Əgər bu əlamətlər səndə özünü göstərirsə, aşiq olduğun danılmaz bir həqiqətdir! Aşiq olduğumuzda hamımız bənzər duyğular yaşayarıq; ayaqlarımız yerdən kəsilər, ağlımız başımızdan gedər, həmişə onu düşünər, həmişə onun haqqında danışmaq istəyərik. Bunlar aşiq olan hər kəsin bildiyi və minlərlə ildir yaşanan davam edən duyğulardır. Fərqli olan isə, artıq bütün bunların səbəbinin məlum olmasıdır! Aşiq olunca insanların niyə "qəribələşdiyi", elmi gerçəklərlə sübut edildi! Üstəlik günahkar, ürəyimiz deyil beynimiz çıxdı!Niyə?
Eşqi, duyğularımızın, düşüncələrimizin, vərdişlərimizin, yetişmə tərzimizin və daha bir çox şeyin təsir etdiyini onsuz da bilirdik, amma hormonlarla olan əlaqəsini yeni öyrəndik. Və dərhal Tanı Ünsiyyət və Məsləhətçilik Xidmətlərindən Psixoloq Şüa Ağı ilə görüşdük. Şüa Xanım, xüsusilə son bir neçə ildir eşq araşdırmalarını yaxından izləyir. Baxın bizə nələr izah etdi.
Bədənə müxtəlif maddələri ifraz edərək bizim sağlam, xoşbəxt yaşamamızı təmin edən ifraz edilənə hormon deyilir.
Aşiq olduğumuzda göstərdiyimiz balanssız davranışlarımızın səbəbi, bədənimizin ifraz etdiyi feronom maddəsiymiş! Eşq, bədəndə feronom maddəsinin ifraz olunmasıyla başlayırmış. Eşqin qoxusu olaraq təyin olunan bu maddə, beynin əlaqədar hissələrini xəbərdar edir və eşq doğulur!
Feronom, bədənimizin ifraz etdiyi hormonlardan yalnız biridir. Feronoma "eşq hormonu" da deyilir. Aşiqlərin, hər dəqiqə aşiq olduqları adamdan danışmaları bu hormondan qaynaqlanır. Aşiq olunduğunda bədənin çox feronom ifraz etməsiylə insanların fiziki strukturlarında və davranışlarında dəyişikliklər meydana gəlməyə başlayır. Ürək döyüntüsü, gözlərin parlaması kimi dəyişikliklər olur və "O da məni sevirdirmi", "Görəsən indi haradadır" kimi suallar artmağa başlayır. Bağlılığı olan adam davranışları müşahidə edilir.
Eşqin yerini sevgiyə buraxması da hormonlarla əlaqədardır. Zamanla serotoninin azalması, oksitoksinin artmasıyla, eşq yerini zamanla sevgi və şəfqətə buraxır.
Yaz aylarında insanların daha sıx aşiq olmasının da elmi bəzi səbəbləri var. Xüsusilə bahar və yaz aylarında, günəş şüaları insanların hormonal sisteminə təsir edir və bu vəziyyətdə eşq daha sıx hiss edilir. Melanosit deyilən bədənə rəng verən hüceyrələr də, bu aylarda artır.
Sevgi iztirabını aradan qaldırmaq da olur.Eşq ağrısını aradan qaldırmaq üçün faydalanılan texnikalar isə NLP (Neuro Linguistic Programming), Neurofeedback Müalicə.
Eşq ağrısını dindir...
Şüa Xanım, bu sıralar mövsümün də təsiriylə özlərinə ən çox eşq ağrısı çəkənlərin müraciət etdiyini söyləyir və bu ağrının səbəblərini, tətbiq etdikləri üsulları belə yekunlaşdırır: "Eşq ağrısı çəkən biri, sevgilisini unuda bilməmişdir, hər gördüyü şeydə, hər hadisədə ondan bir parça tapar. Bir tərəfdən yaşadıqlarına inana bilməz. ‘Həqiqətən bu eşq bitdimi', ‘Onsuz nə edərəm' kimi duyğulara qapılar. Bizim etdiyimiz, bunun altında yatan səbəbləri analiz etmək. Adamın özünə etibarsızlığımı var, ailəsinin ona yüklədiyi təzyiqlərmi var, həyatamı güvənmir?.. Əvvəl problemin səbəblərini tapıb sonra NLP ilə bu ortadan qaldırılır. Hadisəyə baxış bucağınızı dəyişdirdiyiniz zaman hadisələr daha fərqli inkişaf edir. Məsələn gəmidən dənizə baxdığınızı düşünün. Dənizdə zibil görürsünüz. Eyni zibilə bir kapitan kamerasından, bir sahildən bir də kosmosdan baxın. Hamısında gözünüzə nə qədər fərqli görünər. Bu çox asan olmur. Çünki doğru ya da səhv öyrəndiyimiz hər şey, təcrübələrimizi meydana gətirər. Uşaqlığınızdan etibarən, ‘Xeyr, edə bilməzsən', ‘Naharı etməzsənsə dərslərin yaxşı keçməz' kimi, gündə 10 mənfi mesaj eşitdiyimizi düşünün. Bir ilin sonunda 3600 mənfi mesajla dolu olursunuz! 14 yaşına gəldiyinizi düşünsək başınızda 48-50.000 dənə mənfi mesaj olar. Bunları dəyişdirmək təbii ki güc olur. Öyrəndiyimiz mənfi şeylərin yerinə müsbətlərini qoymaq çox əhəmiyyətlidir. Bizim məsləhətləşmələrdə tətbiq etdiyimiz üsul, adamın keçmişlə əlaqədar iç maneələrini, ön mühakimələrini, mənfi düşüncələrini ortadan qaldırmaq. NLPdə də bunu edir, 85-90% müsbət nəticə əldə edirik Əgər adam çox patoloji vəziyyətdədirsə dərmana da müraciət edirik. Elə kəslər olur ki, məsələn çayında köhnə sevgilisinin şəkilini görür, evə girə bilmir."
-
07-10-2009, 03:08 PM #2Senior Member
- Üyelik tarihi
- Jan 2008
- Yer
- türkiye/trabzon
- Mesajlar
- 1.318
Re: Aşiq oluruq Niyə..???
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!

-
07-10-2009, 03:16 PM #3
Re: Aşiq oluruq Niyə..???
raziyam seninle.
sladkaya Nickli Üyeden Alıntı
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
07-10-2009, 08:16 PM #4Senior Member
- Üyelik tarihi
- Jan 2008
- Yer
- türkiye/trabzon
- Mesajlar
- 1.318
Re: Aşiq oluruq Niyə..???
ask bu kadar güzelse bes ask acısı niye varr???
GLAMOURKA Nickli Üyeden Alıntı
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!

-
07-10-2009, 08:17 PM #5Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Aşiq oluruq Niyə..???
Gulun tikani niye varsa ona gore !
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-10-2009, 08:18 PM #6Senior Member
- Üyelik tarihi
- Jan 2008
- Yer
- türkiye/trabzon
- Mesajlar
- 1.318
Re: Aşiq oluruq Niyə..???
düz dedin..dikenlerine ragmen seviriq gülü...
kombat80 Nickli Üyeden Alıntı
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!



LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri