ALLAH qorusun butun bendelerini . Sukurki bize gelib catmayib![]()
6 sonuçtan 1 ile 6 arası
-
05-31-2009, 04:09 PM #1
Donuz Qripi vəya digər adıyla H1N1 Virusu
Dünyada sürətlə yayılan Donuz Qripi yada digər adı ilə H1N1 virusu haqqında nə bilirik.
Donuz qripi nədir?
«Donuz qripi» donuzlarda müşahidə olunan nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip virusudur. Bu virus insanlarda qrip yaradan virusdan fərqlənir. Donuzlarda olan bu virusa donuzla yaxın kontaktda olan insanlar da yoluxa bilər, amma bu, çox az hallarda baş verir. «Donuz qripi»nin adamdan adama keçməsi də olduqca nadir fenomen sayılır. Əvvəllər də «donuz qripi» epidemiyası qeydə alınıb. Bunlardan ən geniş məlum olanı, 1976-cı ildə Amerika ordusunda baş verən epidemiyadır. Hazırda Meksikada aşkar edilən virus yeni tipli virusdur və əvvəllər nə insanlarda, nə də donuzlarda qeydə alınmayıb.
Azərbaycanda «donuz qripi» halları qeydə alınıbmı?
İndiyə qədər yox.
«Donuz qripi» virusu ilk dəfə nə vaxt aşkar edilib?
Bu ilin mart ayının sonunda və aprelin əvvəlində insanlar arasında bu xəstəliyin yayılması haqda ilk xəbərlər ABŞ-ın Cənubi Kaliforniya ştatından daxil oldu. BMT-nin Dünya Səhiyyə Təşkilatı Amerika və Meksika rəsmiləri ilə vəziyyəti nəzarət altında saxlamağa cəhd göstərir. İlkin xəbərlərə əsasən, xəstəlik İspaniyaya da gəlib, bir çox ölkələrdə virusun mövcudluğu ilə bağlı araşdırma aparılır.
«Donuz qripi» nə dərəcədə yoluxucudur?
ABŞ-ın Epidemiyadan Müdafiə Bürosu (Centre for Disease Control (CDC) rəsmi olaraq təsdiq edib ki, bu virusun insandan insana yoluxma xüsusiyyəti mövcuddur. Lakin bu prosesin nə dərəcədə yüngül baş verməsini və buna görə də epidemiya təhlükəsinin nə qədər böyük olması hələ öyrənilir. Məlumatlar yeni yoluxma halları ilə tutuşdurulur və daim yenilənir.
«Donuz qripi» tutan adamlarda hansı simptomlar müşahidə olunur?
Xəstəliyin əlamətləri adi qripin simptomlarını xatırladır: bədən hərarətinin qalxması, öskürək, boğaz ağrısı, öskürək, baş ağrısı, üşümə və zəiflik. Bəzi xəstələrdə qarın işləməsi və qusma halları qeydə alınıb. Meksikadakı hallar isə ağır formalı sətəlcəm xəstəliyini xatırladır. Mövsümi qriplər kimi «donuz qripi»nin də müxtəlif xroniki xəstəliklərə qədər inkişaf edən fəsadları ola bilir.
Xəstəlikdən özünü və yaxınlarını necə qoruya bilərsən?
Həkimlər adi qrip epidemiyası zaman verdikləri məsləhətləri təkrar edirlər. Əlləri sabunla əsaslı şəkildə yumaq lazımdır, xəstə adamlarla yaxın kontaktdan çəkinmək və nəfəs yollarını tənziflə bağlamaq. Birdəfəlik burun dəsmallarından istifadə etmək və burunu siləndən sonra onu dərhal atmaq lazımdır. Tərkibində spirt olan məhlullar da yaxşı dezinfeksiya edir
«Donuz qripi»nə yoluxma hansı yolla baş verir?
Xəstəlik ilk növbədə artıq «donuz qripi»nə tutulan xəstə adamla yaxın ünsiyyət vaxtı, öskürək və asqırma zamanı ağız seliyi zərrəciklərinin havadan digərinin nəfəs yoluna düşməsi nəticəsində yayılır. Xəstə donuzların olduğu fermalardakı insanlar da xəstəliyə yoluxmaq təhlükəsi ilə üzləşirlər.
Xəstəliyin müalicəsi varmı?
Adı qripə qarşı effektiv olan preparatlar «donuz qripi»ni də müalicə edə bilir. Bu virusun «zamanvir» və «oseltamivir» preparatlarına qarşı müqaviməti hələ qeydə alınmayıb.
«Donuz qripi»nə qarşı peyvənd varmı?
Xeyr, belə bir peyvənd hələ yoxdur, alimlər onun yaradılması istiqamətində gərgin iş aparırlar.
«Donuz qripi» hansı müddət ərzində ətrafdakıları yoluxdura bilər?
Xəstə adamlar 7 günə yaxın bir müddətdə və nə qədər ki, xəstəlik prosesi davam edir, başqalarını da yoluxdura bilər. Uşaqlardan yoluxma təhlükəsi daha uzun müddətli ola bilər.
Xəstəlik ərzaqla keçirmi?
Xeyr, «donuz qripi»nə ərzaq və qida məhsulları ilə yoluxmaq təhlükəsi yoxdur.
ITV.azDünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
06-05-2009, 09:07 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Donuq Qripi vəya digər adıyla H1N1 Virusu
-
06-06-2009, 08:45 AM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Donuq Qripi vəya digər adıyla H1N1 Virusu
Məlumatlar ücün cox sağ olun. Donuz allahın sevmədiyi heyvandı.Onun adina olan bütün şeylerde pisdi.Allah bütün müselmanlari bu bəladan saxlasin.Xristiyanlar özləri bilerler...
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
06-06-2009, 01:09 PM #4
Re: Donuq Qripi vəya digər adıyla H1N1 Virusu
toyuq qripi az imish kimi bu hardan cixdi.Allah qorusun.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
06-06-2009, 02:52 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Donuq Qripi vəya digər adıyla H1N1 Virusu
AMIN
GLAMOURKA Nickli Üyeden Alıntı
-
06-08-2009, 01:41 AM #6Junior Member
- Üyelik tarihi
- Sep 2008
- Yer
- baki
- Mesajlar
- 10
Re: Donuq Qripi vəya digər adıyla H1N1 Virusu
allah elesin bura gelmesin


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri