1 sonuçtan 1 ile 1 arası
-
08-19-2013, 08:00 PM #1
Bank fəaliyyəti ilə bağlı hamı maraqlandıra biləcək sualın cavabı
Bank fəaliyyəti ilə bağlı hamı maraqlandıra biləcək sualın cavabı

Sual: Fiziki və hüquqi şəxslər banklardakı depozitlərinə görə vergi ödəyirmi? Hansı məbləğli depozitlər və ya onlara hesablanan faizlər vergiyə məruz qala bilər?
Hüquqi şəxslər vergiyə cəlb olunursa, bu hansı növ vergilərə aiddir?
Könül Soltanova
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsinin müddəalarına uyğun olaraq istər fiziki şəxslərin, istərsə də hüquqi şəxslərin faiz şəklində əldə etdikləri gəlirlər ödəmə mənbəyində verginin vergitutma obyektini təşkil edir və həmin gəlirlər 10 faiz dərəcə ilə vergiyə cəlb olunur. Lakin vergitutma prosesi müəyyən qədər fərqlənir.
Belə ki, ödəmə mənbəyində vergi tutulan fiziki şəxslərdən və sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslərin həmin gəlirlərindən bir daha vergi tutulmur və həmin şəxslərdən ödəmə mənbəyində vergi tutulduqdan sonra öz vergi öhdəliklərini yerinə yetirmiş hesab olunurlar.
Mənfəət vergisinin ödəyiciləri isə ödəmə mənbəyində verginin tutulmasına baxmayaraq əldə etdikləri (bank tərəfindən hesablanmış) gəlirin tam məbləğini hesabat ili ərzində əldə olunan gəlirinə daxil etməli, hesabat ilinin nəticələrinə görə büdcəyə hesablanmış mənfəət vergisini ödəmə mənbəyində ödənilən vergi məbləği qədər azaltmalıdırlar.
[
Benzer Konular
-
Qaimə faktura ilə bağlı mühasibləri çox zaman düşündürən sualın cavabı
By Baku in forum Xəbər LentiCevaplar: 1Son Mesaj: 10-27-2013, 10:59 AM -
Mərkəzi Bank: “Yeni manatla bağlı fotolar saxtadır”
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 08-15-2013, 12:00 PM -
Kameral vergi yoxlamalar ilə bağlı AKTUAL SUALın cavabı
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 07-09-2013, 11:40 AM -
“Xocalı faciəsi ilə bağlı petisiyaya Ağ Evin rəsmi cavabı gözlənilir”
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 02-22-2013, 09:15 AM -
Hamilələri ən çox maraqlandıran 15 sualın cavabı
By Baku in forum Sağlamlıq - Səhiyyə - TibbCevaplar: 0Son Mesaj: 09-10-2010, 01:02 AM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri