1 sonuçtan 1 ile 1 arası
-
05-29-2009, 07:19 PM #1
Rəqqasə filmi
Film əməkdar artist, gözəl rəqs ifaçısı olan Tamilla Xudayarovaya həsr olunub. Filmin süjetinin bir hissəsi rəqqasənin məşq otağında cərəyan edir. O, burada saatlarla yorulmadan rəqs nömrələri üzərində məşq edir, çalışır hər bir hərəkəti dəqiqliklə həyata keçirsin. Uzun illərdi ki, peşəkar rəqs fəaliyyəti ilə məşğul olmağına baxmayaraq Tamilla Xudayarova yeni musiqi nömrəsi üzərində rəqs müəllimləri ilə birgə çalışır. Onların məsləhətlərinə diqqətlə qulaq asır, göstərişlərinə əməl edir və nəticədə gözəl rəqs nömrəsi Tamilla xanımın ifasında ərsəyə gəlir.
Tamilla Xudayarova Azərbaycan folklorunun milli rəqs ənənələrini qoruyub inkişaf etdirənlərdən biridir. Bununla belə o bir çox ölkələrin rəqslərini də peşəkarcasına ifa edir. Filmdə Tamilla Xudayarovanın ifasında: xalq mahnısı "Qarabağ maralı", Tofiq Quliyevin "Darıxma", Cahangir Cahangirovun "Qarabağ lövhələri", Niyazinin "Arzu" kompozisiyalarına qurulmuş rəqslər verilib.
Film üzərində işləmişlər:
Vüqar Tapdıqlı
Oqtay Əlizadə
Kamran Məmmədov
Firudin Hüseynov
Yafət Xeyirov
Məmmədəli Zülfüqarov
Ruslan Seyidməmmədov
Xumar Zülfüqarova
Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri