Cinayət nəticəsində həlak olanlar :
Ayaz Cavanşir oğlu Bağırov,
Yusif Telman oğlu Bəndəliyev,
Tamella Zülfüqar qızı Əzizova,
Taleh Tariyel oğlu Məmmədov,
Ramiz Xəlil oğlu Abdullayev,
Şəfa Afət qızı Məmmədova,
Məcnun Abdulvahid oğlu Vahidov,
Ayna Abbasqulu qızı Qurbanova,
Savalan Allahverdi oğlu Cabbarov,
Emin İmaməli oğlu Abdullayev
Ruslan Babaşov
Mustafa Muxammed (Sudan vətəndaşı),
Seyid Əhməd Amuri (Sudan vətəndaşı),
Daas Muaviyyə (Suriya vətəndaşı),
Yaralananlar :
Rəhman Axundov,
Zemfira Hüseynli,
Səbinə Qurbanova,
Elşən Məmmədov,
Elvin Cəbiyev, Kənan İsayev,
Faiq Rüstəmbəyov,
İlkin Şirəliyev,
Elşən Mustafayev
Bəxtiyar Cəfərov
10 sonuçtan 1 ile 10 arası
-
05-01-2009, 08:13 PM #1Junior Member
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2
Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
30 aprel 2009 cu il saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxslərin binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşılarına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları cəlb olunub. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü də öldürüb. Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılıb. Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurluqda "Qaynar xətt" əlaqə mərkəzi fəaliyyət göstərir.
-
05-01-2009, 08:18 PM #2Junior Member
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
-
05-01-2009, 11:57 PM #3
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
Allah rehmet elesin hamisina! bu hadise dunen olub amma hele de Azerbaycanda hiss olunmur ki bu qeder genci helak olub. mence en azindan matem olmali idi. OLMADI.
Bir de deyim ki o deyilenler hech de heqiqete oxshamir! adi doner satan bu qeder shexsi oldure bilmez! 2 gunde bir deqiq informasiya verilmir.
Heyif oldu o genclere! bir daha rehmet elesin hamisina, qebrleri nurla dolsun!REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)
-
05-02-2009, 03:35 AM #4Member
- Üyelik tarihi
- Jul 2007
- Yer
- Türkiye
- Mesajlar
- 50
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
Allah ölen kardeşlerimize rahmet,ailelerine sabır versin.
Okullar açıldı artık pek vakit bulamıyorum..
Ama fırsat buldukça yanınızda olmaya çalışacağım..
-
05-02-2009, 11:36 AM #5Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
BU HADISE MENEDE COX BOYUK TESIR ETDI. INANINKI EYER ORDA OLSA IDIM SON DAMLA QANIMIDA YARALILAR UCUN VERERDIM.ALLAH BUTUN OLENLERE REHMET ELESIN.YARALILARADA ALLAH KOMEK OLSUN. BUTUN AZERBAYCAN XALQINA ALLAH SEBR VERSIN.DUSMENLERIMIZ SEVINMESIN BIZ HELE AYAQDAYIQ.
-
05-02-2009, 02:27 PM #6
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
Allah hamisina butun oz ve xarici vetendaslara rehmet elesin.
Hamisinin gunahkari o zibil ruslardir.Bizi bu koklere qoyan,milletimizin qanina susayan o rus itleridir.
Ne qeder ki milletimiz onlardan tam uz dondermeyib basimiza bu kimi hallar hele tez tez gelecek.
Gedin Bakinin gobeyinde rus dilinde danisin sonrada uzunuzu tutun oyan bu yana ki butun bunlara sebebkar kimdir?
(yazdiqlarim ancaq rus basli azerbaycanlilara aid edilir butun millete yox)
-
05-02-2009, 03:31 PM #7Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
MENE BU QEDER ESEBLESMEYINIZI BASA DUSMEDIM DOGRUSU. MEN TEMIZ AZERBAYCANLIYAM. RUS DEYILEM. HEM DE SIZIN TESEVVUR EDE BILMEYECEYINIZ QEDER MILLETCIYEM. RUS DILINDE TEMIZ DANISA BILIREM . ANCAQ DANISMIRAM.BU SOZLERINIZE CAVAB OLARAQ DEYIREMKI, BU NIK MENIM DAHA COX TANINMAMAM UCUNDUR. YENI BU SADECE NIKDIR. SOZLERINIZ MENE COX TESIR ETDI. MENE DEDIKLERINIZIN MENCE
AMMA SOZLERINIZLE (MENE AID OLMAYAN HISSESI ILE) TAMAMILE RAZIYAM. BU QEDR SERT SOZLER BIR XANIM UCUN COX OLDU. HEM DE BELE DUSUNMEDIYIM HALDA
-
05-02-2009, 05:19 PM #8
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
alena Nickli Üyeden Alıntı
Men size istinaden yazmadim sozlerimi men umumiyyetle rus baslilara aid etdim...
Siz bunu uzerinize goturmeyin eger onlardan deyilsinizse....
-
05-02-2009, 06:29 PM #9Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
TEBIIKI ONLARDAN DEYILEM. AMMA SIZ BU SOZLERINIZI BILAVASITE MENE UNVANLAMISHDINIZ. ONA GOREDE CAVAB VERMEK QERARINA GELDIM. HEM MEN BAKILI DEYILEM. EN COX BAKIDA RUS DILINDEN ISTIFADE EDIRSINIZ.ONSUZDA USTUME HEC BIR SEY GOTURMUREM.
-
04-29-2010, 11:44 PM #10
Re: Dövlət Neft Akademiyasına silahlı basqın 13 - 17 ölü
Allah hamısına rəhmət eləsin.. qəbirləri nurla dolsun... ata-analarına səbr versin..
REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla



Yer imleri