Buğa bürcü ( 21 Aprel - 20 May )
Buğa bürcünün xarakteristik əlamətləri
Nişanı Yerdir. Veneranın himayəsindədir. Günəşin Buğa bürcündən keçdiyi dövrdə doğulanlar təbiətcə emosional olurlar. Onlar ayıq zəkalı olub maddi nemətləri xoşlayır, həm də bir qədər bəd xərc olurlar. Rahatlığa can atırlar. Cah-cəlal, toy-bayram, dəb-dəbə, təmtəraq aludəsi olurlar. Hər şeydən zövq almağı xoşlayırlar.
Bu bürc altında dünyaya gələnlər,xırda-para məsələlərdə inancıl olsalar da, ümumən üzüyola, sakit və səbirli olurlar. Nifuzlu kimsələrlə ünsiyyətdə olmağı xoşlayırlar.
Buğa bürcündən sayılan qadınlar çox lətafətli olurlar. Onlar gözəl əşyaları, gül-çiçəyi, bər-bəzəkli paltar geyməyi xoşlayırlar. Öz pərəstişkarlarını var-yoxdan çıxarırlar. Belə qadınlar, adətən, qısqanc olurlar. Çox zaman ürəkdən vurğunu olduqları adamlara sadiq qalmırlar.
Buğa bürcü və simvollar :
Planeti: - Venera
Elementi: - Torpaq
Xüsusiyyəti: - Sabitlik
Uğurlu rəqəmi: - 6 və 4
Günü: - 5-ci gün
Uğurlu daşı: - Zümrüd
Rəng: - Mavi
Heyvan: - Buğa
Qiymətli madən: - Qalay
Buğa bürcü intim həyatda :
Qadın
Buğa qadını üçün seks gözəl bir məkanda yeyilən yemək kimidir. Yaxşı dekorasiya olunmuş bir yataq otağı, lüks bir hotel və şampan Buğa qadınını dərhal hərəkətə gətirir. Sevişmə əsnasında klassik pozisyaları üstün tutur. Tələsməkdən nifrət edir. Sürprizləri sevmir. Həmişə təcrübə etdiyi və sevdiyi vəziyyətdə sevişmək istəyir. Dəyişik məkan və pozisyalar bir anda zövqünü öldürə bilər. Yenə də müəyyən vaxt ərzində yeniliklərə alışa bilər. Çünki o, bu dünyada yoxlanılacaq hər cür həzzi yoxlamaq tərəfdarıdır.
Kişi
Buğa kişiləri üçün seks, əvvəlcə çoxalmaqdır. Partnyoru ilə bir uşaq üçün sevişəndə çox ehtiraslı bir bacarıq nümayiş etdirir. Bir gecəlik əlaqələrdən, təcili sevişmələrdən nifrət edir. O da Buğa qadınları kimi klassik pozisyaları üstün tutur. Partnyorundan bolluca sevilmək və oxşanmağı tələb edir. Bu mövzuda böyük bir uşaq kimidir. Gec oyanır, ama bir dəfə oyanma saatlarla sevişə bimək üçün bəsdir. Onu dayandırmaq çətindir
Buğa bürcünün tanınmışları :
Qanuni Sultan Süleyman
İkinci Elizabeth
V. I. Lenin
Ayetullah Humeyni
Karl Marks
Harry Truman
William Shakespeare
Bertrand Russel
Sigmund Freud
Salvador Dali
Johannes Brahms
Richard Wagner
Tchaikovsky
Audrey Hepburn
Michelle Pfeiffer
Barbra Streisand
Al Pacino
Henry Fonda
Rudolph Valentino
Anthony Quinn
Garry Cooper
Stevie Wonder
Cher
Al Bano
18 sonuçtan 1 ile 10 arası
-
01-13-2008, 04:07 AM #1Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
Burclerle INSANLARIN XAREKTIRIKSASI
Qoç bürcü (21 Mart - 20 Aprel)
Qoç bürcünün xarakteristik əlamətləri.
Nişanəsi oddur. Marsın himayəsindədir. Günəşin Qoç bürcündən keçdiyi dövrdə doğulanlar qüvvətli və çevik olurlar. Kişilərin və qadınların ümumi cəhətləri bunlardır: nikbinlik, şöhrətpərəstlik, tez qızışmaq, özündən müştəbehlik, şişirtməyə meyl.
Kişilər təcavüzkar, nəzakətsiz olmaları ilə seçilirlər.Başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar.Hərəkət etməyi, iş görməyi xoşlayırlar.Onlarda ədalət hissi güclü olsa da, səbirsiz, hövsələsiz olduqlarından tez-tez çətin vəziyyətə düşürlər. Bu bürc altında doğulan kişilərin həyatlarının mənası işləməkdir. Amma tez qızışan, kobud olduqlarından ailəcanlı olmurlar.Burada hər şey qadının diplomatiyasından və nəzakətindən asılıdır. Qoç bürcü altında doğulan qadınlar kişi ixtisaslarına tez yiyələnirlər. Nigahda ağalıq etməyə, kişidən üstün olmağa çalışırlar.
Qoç bürcü və simvollar:
Planeti: - Mars
Elementi: - Od-alov
Xüsusiyyəti:- Liderlik
Uğurlu rəqəmi: - 1 və 9
Günü: - 2-ci gün
Uğurlu daşı:- Yaqut
Rəng: - Qırmızı
Heyvan: - Qoyun
Qiymətli maden: - Dəmir
Qoç bürcü intim həyatda
Qadın
Qoç qadını üçün seks idman kimidir. İçindəki güçlü enerjini boşalda bilmək onun üçün möhtəşəm bir idmandır. Buna görə də Qoç qadınlar münasibətlərində seksi ilk planda saxlayırlar. Sevişmə əsnasında aktiv rol oynamaqtan, partnyoru idarə etməkdən xoşları gəlir. Utancaq deyillər. Bu səbəbəbdən romantik şəraitlərə ehtiyac hiss etmirlər. Gündüz və ya bol işıqda sevişməyi üstün tuturlar. Artıq sevgi oyunlarına ehtiyac duymadan birbaşa nəticəyə keçə bilirlər.
Kişi
Qoç kişiləri üçün, həmişə hər yerdə və hər vəziyyətdə seks normaldır . Bürcün qadınları kimi onlar da seksi bir növ idman kimi qəbul edirlər. Bir az eqoist davransalar da partnyorlarını mənmun qalmamış buraxan deyillər. Sevgi oyunlarını çox uzatmırlar. Lakin sona gec çatmaları və tez-tez sevişə bilmələri partnyorlarını mənmun edir.
Qoç bürcünün tanınmışları :
Hans Andersen
Emil Zola
Baudelaire
Descartes
Evliya Çələbi
Tenessee Williams
Johann Sebastian Bach
Raphael
Van Dyck
Vincent Van Gough
Adolph Hitler
Kruschev
Shirley Maclaine
Claudia Cardinale
Bette Davis
Ali McGraw
Charlie Chaplin
Peter Ustinov
Marlon Brando
Jean Paul Belmondo
Francis Ford Coppola
Diana Ross
Elton JohnSEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-13-2008, 04:09 AM #2Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-13-2008, 04:10 AM #3Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
Əkizlər bürcü (22 May-21 İyun)
Əkizlər bürcünün xarakteristik əlamətləri
Nişanı Havadır. Merkurinin himayəsindədir. Günəşin Əkizlər bürcünün keçdiyi dövrdə doğulanlar çox ağıllı olub, hər şeyi bilməyə həvəs göstərir, şəraitə asanlıqla uyğunlaşırlar. Bununla belə, onlar bir qədər hirsli olurlar.
Bu bürc altında doğulanlar pərəstişkarlarını daim nigaran qoyurlar. Onlarda sevilməyə, qayğı və nəvazişə böyük təlab vardır. Tənhalıqdan vahimələnirlər. Ən maraqsız və dəyərsiz adamları belə dəyərləndirməyə çalışırlar.
Bu bürc altında dünyaya gələn qadınlar gözəl, ağıllı, diribaş, hazırcavab olurlar. Onlarla bir yerdə olan darıxmaz. Adamlarla tez ünsiyyət tapmağı və istənilən məsələdən söhbət açmağı bacarırlar.Bu qadınlar nigahda kişilərə bənzəyir, ərlərinə yaxşı köməkçi və yoldaş olurlar.
Əkizlər bürcü və simvollar :
Planeti: - Merkuri
Elementi:- Hava
Xüsusiyyəti: - Dəyişkən
Uğurlu rəqəmi: - 5 və 9
Günü: - 3-cü gün
Uğurlu daşı:- İnci
Rəng: - Sarı, portağal rəngi
Heyvan: - quşlar ve kəpənəklər
Qiymətli madən: - Civə
Əkizlər bürcü intim həyatda :
Qadın
Əkizlər qadını üçün seks aktiv zəkasını istifadə etmədiyi yeganə sahədir. Çox vaxt sinirlərini açmaq, yorğunluğu çıxarmaq üçün seksə ehtiyac duyurlar. Gülüb danışaraq sevişməkdən çox xoşları gəlir. Partnyorunun ehtiraslı söhbətlər etməsini sevir. Erotik telefon danışıqları, yazışmalar onu asanca başdan çıxarır. Romantikadan xoşlanmır. Bütün gecə davam edən uzun danışıqlardan sonra seks istəyi baş qaldıra bilər. Davamlı olaraq eyni partnyor, eyni yer yer, eyni fantaziyalar onun üçün deyil.
Kişi
Əkizlər kişisinin dəyişikliklərdən xoşu gəlir. Bu dəyişikliklər üçün partnyorun tez-tez dəyişməsi mühüm yer tutur. Davamlı olaraq eyni insanla seks əkizlərdə həvəssizliyə də gətirib çıxara bilər. Seks onun üçün oyun kimidir. Buna görə də sevgi oyunlarını çox yaxşı bilir. Dəyişik məkanlar, pozisyalar intim həyatının unudulmaz hissələridir. Bəzən bir yeniyetmə kimi hərəkət edə bilər. Belə vaxtlarda özünü güclə idarə edə bilir.
Əkizlər bürcünün tanınmışları :
Robert Schumann
Robert Strauss
Alexander Pushkin
Victoria
John. F. Kennedy
Henry Kissinger
Laurence Oliver
John Wayne
Clint Eastwood
Bob Hope
Bob Marley
Tony Curtis
Joan Collins
Marilyn Monroe
Brooke Shields
Boy George
NilüferSEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-13-2008, 04:12 AM #4Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
Xərçəng bürcü (22 İyun-22 İyul)
Xərçəng bürcünün xarakteristik əlamətləri.
Nişanı sudur. Ayın himayəsindədir. Günəşin Xərçəng bürcündən keçdiyi dövrdə doğulanlar daha çox açıq xasiyyətli, xəyalpərəst olurlar. Təbiətcə sevilirlər. Xarakterləri ucbatından bəzən çətinliklərlə üzləşirlər. Amma həmişə özlərinə qarşı təlabkar olurlar.
Bu bürc altında dünyaya gələn kişilər yalnız özünə bəlli olan qanunlar əsasında yaşayırlar. Başqaları üçün cüzi, əhəmiyyətsiz olan bir məsələ onlardan ötrü az qala faciə sayılır. Buna görə də Xərçəng altında doğulan kişilər çox zaman başqalarını qıcıqlandırır və münaqişəyə girirlər.
Xərçəng bürcü altında doğulan qadınlar həssas, kövrək, fədakar olurlar. Onlar vəfalı ömür-gün yoldaşı, gözəl ana olmaları ilə seçilirlər.
Xərçəng bürcü və simvollar :
Planeti: - Ay
Elementi: - Su
XÜsusiyyəti: - Liderlik
Uğurlu rəqəmi: - 3 və 7
Günü: - 1-ci gün
Uğurlu daşı: - Mirvari
Rəng: - Ağ,dəniz mavisi,gümüşü
Heyvan: - Balıq qulağı
Qiymətli madən: - Gümüş
Xərçəng bürcü intim həyatda :
Qadın
Xərçəng qadını üçün seks son dərəcədə olması lazım olan təbii bir proqramdır. O dünyaya uşaq gətirmək üçün yaranmışdır.. Bəzən uşaq kimi bəzənsə sevimli olur. Məkan onun üçün çox vacib bir amildir. Yumuşaq və böyük bir yataq, yeməklərlə dolu bir stol xərçəng qadının ağlına dərhal sevişmək gətirir. Sevilməkdən, oxşanmaqdan, bir uşaq kimi öpülməkdən çox xoşu gəlir.
Kişi
Xərçəng kişisinə gözəl bir yemək hazırlayıb qucaqlasanız özünü seksə hazır hiss edəcək. Bir az ana uşağı olsa da qurda çevrilməyin də yerini bilir. Çox emosionaldır, sevdiyi qadınla sevişməkdən xoşu gəlir. Əgər bunun əksi olsa özünü güczüz hiss edir. Xərçəng qadınları kimi o da məkana həssasdır. Özünü isti evinin yataq otağında aslan kimi hiss edir. Yad məkanlar isə onun üçün seksin həzzini itirir
Xərçəng bürcünün tanınmışları :
July Cesar
Nancy Reagan
Lady Diana
Rembrandt Van Rijn
Ernest Hemingway
Müjde Ar
Türkan Şoray
Yul Brynner
Sylvester Stallone
Harrison Ford
Sezen Aksu
Neil Simon
Jean Jacques Rousseau
Nathalie Wood
David HasselHoff
John Ford
Nelson RockefellerSEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-13-2008, 04:13 AM #5Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
Şir Bürcü (23 Iyul-23 Avqust)
Şir bürcünün xarakteristik əlamətləri.
Nişanəsi oddur. Ulduzlar padşahı olan Günəşin himayəsindədir. Günəşin şir bürcündən keçdiyi dövrdə doğulanlar hökmlü və daxili aləmləri zəngin olur. Çox böyük daxili qüvvə sahibi olsalar da, temparamentli və tez qızışan olurlar. Nə qədər çətinliklərə rast gəlsələr dəI, təbii şuxluqlarını nadir halda itirilər. Adamlardakı xainlik onları hər şeydən artıq heyrətləndirir. Onlar var-dövləti, cah-cəlalı sevir, həmişə vəfalı dost olmağa çalışırlar. Qonaqpərvərliyə meyl göstərən bu adamlar çox vaxt israfçılıqları səbəbindən müflisləşirlər.
Bu bürcün altında doğulan qadınlar məhəbbətdə səmimi, hərarətli, səxavətli olub dolaşıq sevgi macəralarını xoşlamırlar. Məğrur olurlar və pərəstişkarlarının çox olmasını istəyirlər. Təsadüfi əlaqələrdən qaçırlar. Kişi məclislərini üstün tuturlar. Sevdikləri adama qarşı çox tələbkar olub xəyanəti bağışlamırlar. Sevdikləri adamın onları sevdiklərini və onlara layiq olduqlarını dəqiqləşdirməmiş nigah bağlamırlar. Gözəl ana və evdar qadın olurlar.
Şir bürcü və simvollar :
Planeti: - Günəş
Elementi: - Od-alov
Xüsusiyyəti: - Sabit
Uğurlu rəqəmi:- 5
Günü: - Bazar günü
Uğurlu daşı:- Sarı sapfir
Rəng: - Sarı, narıncı
Heyvan: - Aslan,pishik
Qiymətli madən: - Qızıl
Şir bürcü və intim həyat :
Qadın
Şir qadını əgər onu mənmun edə biləcək bir kişi ilə birlikdədirsə bu halda çox ehtiraslıdır. Xoş və ehtiraslı sözləri sevir. Özünün əsas olacağı pozisiyaları xoşlayır və üstün tutur. Lüks məkanlarda özünü daha yaxşı hiss edir. Sevişmədən sonar mütləq necə də möhtəşəm olduğu etirafını gözləyir.
Kişi
Şir kişisi üçün seks nə qədər güclü olduğunu göstərə biləcəyi bir sahədir. Buna görə özünə çox güvənən bir partnyorla birlikdə olmağı xoşlamır. O da bürcünün qadını kimi təriflənməyi sevir. Çox tez-tez seks istəməyə bilər, amma iş həyatında uğurları onun seks fəaliyyətini yüksəldir.
Şir bürcünün tanınmışları :
Napolyon Bonaparte
Benito Mussolini
Fidel Castro
Kraliça Elizabeth
Prenses Margeret
Prenses Anne
Bernard Shaw
Claude Debussy
Neil Armstrong
Gene Kelly
Yves St. Laurent
Henry Ford
Henry B. Dupont
Jackueline Onassis
Alfred Hİtchcock
Robert Redford
Louis de Funes
George Hamilton
Dustin Hoffman
Mike Douglas
Robert de Niro
Ahu Tuğba
Mick JaggerSEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-13-2008, 04:14 AM #6Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
Qız Bürcü (24 Avqust -23 Sentyabr)
Qız bürcünün xarakteristik əlamətləri.
Nişanəsi yerdir. Günəşin Qızlar bürcünün keçdiyi dövrdə doğulanlar hər işdə aydınlıq, dəqiqliyin olmasını istəyirlər. Nadir hallarda ehtirasa qapılırlar. Qayda qanuna, səliqə-səhmana əməl etməyi xoşlayırlar. Biliklərini daim dərinləşdirməyə və genişləndirməyə çalışırlar. Adətən uzun ömür sürürlər.
Qızlar bürcü altında dünyaya gələn qadınlar cazibəli olsalar da, temperamentləri çatışmır. Maraqlaşmağı xoşlayırlar. Amma son məqamda geri çəkilirlər. Utancaqlıqdan demək olar ki, həmişə əzab çəkirlər.
Qız bürcü və sivollar :
Planeti: - Merkuri
Elementi:- Torpaq
Xüsusiyyəti: - Dəyişkən
Uğurlu rəqımi: - 6
Günü: - 3-cü gün
Uğurlu daı: - Sapfir
Rəng: - Sarı, yaşıl
Heyvan: - Ev heyvanları
Qiymətli madən: - Civə
Qız bürcü və intim həyat :
Qadın
Başak qadını həyatının digər sahələrində olduğu kimi intim həyatında da təmizkardır. Həm öz, həm də partnyorunun təmizliyi onun üçün çox vacibdir. Buna görə də tez-tez hamamda sevişmək istəyə bilər. Təmiz bir ağ yataq örtüyü onda dərhal cinsi həvəsi oyada bilər. Partnyorunun ən çox nələri sevdiyini dərhal anlayır. Özünə qarşı da eyni qayğıkeşliyi gözləyir
Kişi
Başak kişisi də qadınları kimi təmizliyə çox diqqət verir. Müxtəlif pozisiyalardan xoşu gəlir. Seks onun üçün yalnız həzz demək deyil. Bəzən partnyorunu nədəsə ittiham edib tənqid edə bilər. Ama hərdən bu tənqidləri özünə yönəldir. Çox xırdaçı olması və diqqət göstərə bilməsi onu mükəmməl bir sevgili edir, çünki partnyorunun istəklərini həmişə yerinə yetirir.
Qız bürcünün tanınmışları :
D. H.Lowrence
Wendel Holmes
John Gunther
Agatha Christie
Jimmi Conners
Makedonyalı İskəndər
Peter Sellers
Sid Ceaser
Richard Gere
Sean Connery
Lary Hagman
Bob Newhard
Cüneyt Arkın
Sophia Loren
Greta Garbo
Jackueline Bisset
Ingrid Bergman
Michael Jackson
Rick SpringfieldSEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-13-2008, 04:16 AM #7Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
Tərəzi Bürcü (24 Sentyabr - 23 Oktyabr)
Tərəzi bürcünün xarakteristik əlamətləri.
Nişanı havadır. Veneranın himayəsindədir. Günəşin Tərəzi bürcündən keçdiyi dövrdə doğulanlar yumşaq xasiyyətli, parlaq zəkalı olurlar. Təmkinli olmaları ilə başqalarından seçilirlər. Onlar həyatın nəbzini tutmağı bacarırlar. Dava-dalaşı,qan-qaralığı, gərginliyi xoşlamırlar. Rahatlığı hər şeydən üstün tuturlar. Xoşrəftar, nəzakətli, mehriban olduqlarından cəmiyyətdə sevilirlər.
Bu bürcün altında dünyaya gələn qadınlar füsunkar, nəvazişli, şıltaq olurlar. Onlar yuxudan gec durmağı xoşlayır, zinət əşyalarını, bər-bəzəyi, dadlı yeməkləri sevirlər. Onların başlıca məşğuliyyəti məhəbbətdir.Sevmək və sevilmək onların yeganə arzusudur. Tez hiddətlənib göz yaşı axıdırlar.Ərköyün olsalar da, uşaq kimi mehriban və xeyirxahdırlar.
Tərəzi bürcü və simvollar :
Planeti: - Venera
Elementi: - Hava
Xüsusiyyəti: - Liderlik
Uğurlu rəqəmi: - 6 və 9
Günü: - 3-ci gün
Uğurlu daşı: - Opal
Rəng: - Mavi
Heyvan: - İlan, kərtənkələ
Qiymətli madən: - Zümrüd
Tərəzi bürcü və intim həyat :
Qadın
Tərəzi qadını üçün seks mövzusunda partnyoru ilə uyğun olmaq şərtdir. Özü ilə eyni yerdə eyni şərtlərdə eyni vəziyyətlərdə seksə gedə biləcək bir partnyor tapmasa intim həyatı bir qorxu filminə bənzəyə bilər. Pornografik videolardan nifrət edir. Erotizm daha çox marağına səbəb olur. Bədəninə diqqət edən bir kişi axtarır
Kişi
Tərəzi kişisi ancaq gözəl bir qadınla seksi fikirləşir. Hərdən bir öz istədiklərini unudub istəyə tabe olur. Ümumiyyətlə isə sevimli və qayğı göstərəndir. O da Tərəzi qadını kimi bu mövzuda özünə uyğun partnyor axtarır. Hər şeyin bir vaxtı olduğunu fikirləşir. İstədiyi vaxt onu seksə təhrik edən qadınları xoşlamır. Narsist (özünə heyranlıq) hərəkətləri olur.
Tərəzi bürcünün tanınmışları :
Oscar Wilde
Arthur Miller
Mahatma Gandhi
Margaret Thatcher
Dwight Eisenhower
Jimmy Carter
Charles de Gaulle
Brigitte Bardot
Angie Dickenson
Romy Schneider
Rita Hayworth
Sylvia Kristel
Roger Moore
Christopher Revee
Julio Iglassias
Paul Simon
John LennonSEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-13-2008, 04:18 AM #8Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
Əqrəb Bürcü (23 Oktyabr - 21 Noyabr)
Əqrəb bürcünün xarakteristik əlamətləri.
Nişanı sudur.Marsın və Neptunun himayəsindədir. Günəşin Əqrəb bürcündən keçdiyi dövrdə doğulanlar güclü xarakterli olurlar. İlk baxışda onların uğur qazanması üçün gərəkli olan hər şeyləri- energiya, diribaşlıq, qüvvətləri vardır.Lakin tündməcaz olduqlarından işləri düz gəlmir. Onlar çox əsəbi olurlar. İşdə və borclarını yerinə yetirməkdə iradəlidirlər. İstəyə çatmaq üçün hər vasitəyə əl atmağı bacarırlar. Müstəqillik onlar üçün hər şeydən əzizdir.
Bu bürcün altında doğulan qadınlar iki tipli olur. Birinci tip qadınlarda temparament örtülüdür, ikinci tip isə həqiqətən başa bəla açan qadınlardır.Birinci tip qadınların gözləri, adətən, od saçır. Onlar asta danışır, paltara xüsusi əhəmiyyət vermirlər. İşvəkar deyillər. İkinci tip qadınlar işvəli, həssasdırlar.Hər işə qarışırlar. Çox xətalı olurlar. Hər yerdə təşviş və narahatlıq yaradırlar. Kişiləri var-yoxdan çıxarmaq, hətta özlərini öldürmək dərəcəsinə çatdırırlar.
Əqrəb bürcü və simvollar :
Planeti: - Pluton - Mars
Elementi: - Su
Xüsusiyyəti: - Sabit
Uğurlu rəqəmi: - 2 və 4
Günü: - 3-cü gün
Uğurlu daşı: - Topaz
Rəng: - Tünd qırmızı, Tünd qəhvəyi
Heyvan: - Əqrəb və digər sürünənlər
Qiymətli madən: - Platinyum
Əqrəb bürcü və intim həyat :
Qadın
Əqrəb qadını partnyorunda cinsi həvəsi asanca oyada bilər. Bu, onun təbii bacarığıdır. Onun üçün seks yaş, yer, vaxt amili diqqətə alınmadan edə biləcəyi bir işdir. Seksdən heç vaxt bezmir. Etiraz qəbul etmir. Sevdiyi kişi ilə necə bir yerdə ola bilirsə nifrət etdiyi kişi ilə də bir yerdə ola bilər. Negativ hisslər onu daha çox həyəcanlandırır. Xəyanətə cavab olaraq intiqam almaq istəsə inanılmaz bir bacarıq nümayiş etdirə bilər.
Kişi
Bir Əqrəb kişisi üçün seks her şeydən əvvəl gəlir. Ac qalsa da seks olmadan yaşaya bilməz.. O da Əqrəb qadını kimi bezmir. Onun üçün gözəl və ya çirkin qadın anlayışı yoxdur. Hər qadın cazibədardır və o seksə hazırdır. Sevəndə qəribə bir tərzdə intim həyatdan uzaqlaşır. Bu uzun çəkmir. Bu səbəbdən sevmədikləri qadınlarla birlikə olduqları sıx rastlanır.
Əqrəb bürcünün tanınmışları :
François Mitterand
Indra Gandhi
Prens Charles
Kral Hüseyin
Robert Kennedy
Yasser Arafat
Pablo Picasso
Prenses Grace
Dostoyevski
Voltaire
Christian Bernard
Kathrine Hepburn
Jody Foster
Rock Hudson
Charles Bronson
Burt Lancester
Alain Delon
Kemal Sunal
Emel SayınSEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-13-2008, 04:19 AM #9Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
Oxatan Bürcü (23 Noyabr - 21 Dekabr)
Oxatan bürcünün xarakteristik əlamətləri.
Nişanı oddur. Yupiterin himayəsindədir. Günəşin Oxatan bürcündən keçdiyi dövrdə doğulanlar təmkinli, fəal olurlar. Kişilər qadınların xoşuna gəlirlər. Kişilər cəsur, sərbəst olub igidlik göstərməyə, macəralardan keçməyə üstünlük verirlər. Şux və mehriban xasiyyətlərinə baxmayaraq bəzən imkanlarından çox-çox uzaq olan zirvələrin həsrəti ilə yaşayırlar. Yer onlara kiçik görünür və bəzən hətta nə istədiklərini də bilmirlər. Ömürləri qısa olur.
Bu bürc altında doğulan qadınlar iki tipdə olurlar. Nigaha və ailə həyatına çox çətinliklə uyğunlaşırlar.Özlərini sərbəst hiss eləməyi xoşlayırlar. Uğur qazanmağı bacarırlar. İkinci tipdən olan qadınlar müstəqil düşüncəli, kubar, ehkamlardan azad qadınlardır. Hər işi məharətlə görməyi bacarırlar. İstedadlı adamları xoşlayırlar.
Oxatan bürcü və simvollar :
Planeti: - Yupiter
Elementi:- Od-alov
Xüsusiyyəti: - Dəyişkən
Uğurlu rəqəmi: - 5 və 7
Günü: - 4-ci gün
Uğurlu daşı: - Lal
Rəng: - Yasəmən rəngi
Heyvan: - At
Qiymətli madən: - Dəmir
Oxatan bürcü və intim həyat :
Qadın
Oxatan qadını seksi sevir və bu onu çox əyləndirir. Ama bəzən əyləncənin sərhəddini aşa və partnyoruna çətin anlar yaşada bilər. Müxtəlif mədəniyyətlərin sevişmə tərzlərini yoxlamağı xoşlayır (Tao, Kamasutra). Seks onun üçün yeni ölkələr kəşf etmək kimidir. Buna görə də tez-tez partnyor dəyişmə riski var. Sevişmədən sonar deyinib yoldaşının xətrinə dəyə bilər. Və ya seks haqqında saatlarla danışıb narahatçılıq yarada bilər
Kişi
Oxatan kişisinin intim həyatı macəralarla dolu olmalıdır. Dalğalı bir gecədə çadırda, dənizin dibində, və ağlına gələ biləcək bütün eqzotik mühitlərdə seksdən xoşlanır. Həftənin sonuncu istirahət günlərində vanna qəbul edib, bir az söhbətdən və musiqi dinlədikdən sonra başlayan sevişmələrdən nifrət edir. O da bürcünün qadını kimi müxtəlif mədəniyyətlərin sevişmə incəsənətləri ilə maraqlanır
Oxatan bürcünün tanınmışları :
Pinochet
Mark Twain
Emily Dickenson
Diego Rivera
Jimmi Hendrix
Walt Disney
Nostradamus
Jayne Fonda
Hülya Koçyiğit
Kirk Douglas
David Carradine
Woody Allen
Frank Sinatra
Sammy Davis Jr.
Tina Turner
Zeki MürenSEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
-
01-14-2008, 06:01 PM #10Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
oxatandan sonra bürc yoxdurmu?
adam sonuncu olanda nə olar ki


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri