Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

POMİDORA YERLƏŞDİRİLƏN ŞƏFA - LİKOPEN

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    POMİDORA YERLƏŞDİRİLƏN ŞƏFA - LİKOPEN

    Meyvə və tərəvəzlərdə, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilə biləcək kimyəvi maddələrin mövcud olduğu fikri son illər daha geniş yayılmağa başlanıb. Meyvə və tərəvəzlərdə şəfa mənbəyi olan kimyəvi maddələrin mövcudluğu, təbiət süfrəsinin eyni zamanda bir əczaxana olaraq da tənzim edildiyini göstərir. Tədqiqatçıların diqqətini çəkən maddələrdən biri olan, meyvə və tərəvəzlərin tərkibindəki likopen, çox yönlü yaxşılaşdırıcı və qoruyucu təsirlərə malik antioksidan bir maddədir.
    Likopen, pomidor və pomidor məhsulları (tomat, ketçap, sous, pomidor suyu) ilə qarpız, itburnu, çəhrayı qreypfrut, papaya və quava kimi bitkilərdə daha çoxdur. Likopen eyni zamanda bu məhsulların rənginin qırmızı olmasını təmin edən maddədir. Yaxın dörd il ərzində, likopenlə əlaqəli dərc edilmiş minə yaxın məqalə var. Likopenin istiliyə dözümü yoxlanmış və kimyəvi tərkibinin istiliyə məruz qaldıqda pozulmadığı aşkar edilmişdir. Likopen üzərində istliyin başqa bir müsbət təsiri də, normal halda keçid formasında olan likopenin, istilik zamanı vücud tərəfindən daha rahat istifadə edilən cins formasına çevrilməsidir. Antioksidanlar, müxtəlif xəstəliklərin yaranmasında qıcıqlandırıcı rol oynayan "oksidativ stres" nəticəsində ortaya çıxan sərbəst radikalların törəməsinin qarşısını almaqla vəzifələndirilmişdir. Tərəvəz və meyvələr vasitəsilə qəbul edilən likopenin, hüceyrələrdə əmələ gələn sərbəst radikalların uzaqlaşdırılmasında rol oynadığı tapılmışdır. Likopen bir çox xəstəliyin ortaya çıkmasını tezləşdirən sərbəst radikallarin zərərsiz hala gətirilməsində də rol oynayır. Lakin daha vacib olan, likopenin xərçəng hüceyrələrində nəzarətsiz çalışan böyümə hormonu reseptorlarına bağlanaraq, xərçəng hüceyrəsinin normal hüceyrə halına geri dönməsini təmin etməsidir. Likopenin digər vəzifələri arasında; xolesterol yaranmasının azaldılması, vücuda daxil olan yad cisimlərə qarşı müdafiə mexanizminin aktifləşdirilməsi, siklooksigenaz adlı fermentin fəaliyyətinin tənzimlənməsi və beləliklə, revmatizmaya səbəb olan reaksiyaların qarşısının alınması da vardır. Bundan başqa likopenin, toxumalardakı lipoproteinlerin oksidativ stresdən qorunmasında, bəzi xərçəng növlərində, apoptozis adlanan proqramlı hüceyrə ölümünün qızışdırılmasında rol oynadığına dair araşdırmalar vardır.

    Likopen və xərçəng

    Likopenin insan sağlamlığı baxımından qarşılaşdığımız digər bir xüsusiyyəti, antioksidan molekul olması səbəbi ilə xərçəng yaranmasını azaltmadakı roludur. Likopenin təsirlərinin araşdırıldığı və müsbət cavabın alındığı xərçəng növü, pis xassəli prostat xərçəngidir. Gündə bir porsiya və ya həftədə beş porsiya pomidor yaxud da pomidor məhsulu yeyilməsinin prostat xərçəngi təhlükəsini nəzərə çarpacaq dərəcədə azaltdığı sübut olunmuşdur. Prostat xərçəngi diaqnozu ilə əməliyyat olunması planlanan otuz xəstəyə, əməliyyatdan qabaq üç həftə ərzində gündə 30 mq likopen verildikdə, qan likopen səviyyələrində iki qat, prostat toxumasındakı likopen səviyyəsində isə üç qat artış müşahidə edilmişdir. Bu şəxslərin əməliyyatla çıxarılan toxumaları, likopen verilməyən xəstələrdən alınan biopsi nümunələri ilə müqayisə edilmiş və likopen verilən xəstələrin şişlərinin kiçildiyi və ətrafa daha az yayıldığı məlum olmuşdur. Prostat xərçəngi və likopen ilə əlaqəli aparılan cəmi 72 tədqiqatın nəticələrinə baxdıqda, 57 tədqiqatda likopenin prostat xərçəngi yaranma təhlükəsini azaltdığı bildirilmişdir. Bənzər formada təhlükə azaldıcı və qoruyucu təsirlər, qalın bağırsaq, mədə və ağız boşluğu xərçəngləri ilə əlaqəli aparılan tədqiqatlarda da müşahidə edilmişdir.
    Ürək-damar xəstəlikləri və likopen
    Bu gün rejimsiz bəslənmə və hərəkətsiz həyat tərzı nəticəsində yaranan damar sərtliyi və xroner ürək xəstəliyi, artaraq insan həyatını təhlükə ilə üz-üzə qoymuşdur. Bu xəstəliklərin əmələ gəlməsində rol oynayan əlavə risk faktorları arasında oksidativ stres də vardır. Zəngin likopenlə bəslənən insanlarda oksidativ stresin azaldığı müşahidə edilmişdir. Likopen bundan başqa, xolesterol yaranmasında rol oynayan bəzi fermentlərə də mane olaraq, qandakı xolesterol miqdarının azalmasına səbəb olur. Bəzi tədqiqatlarda, oksidləşmiş lipoproteinlərin damar divarındakı zərərli təsirlərinin önlənməsində də likopenin rol oynadığı bildirilmişdir. Bundan başqa, qan likopen səviyyəsi aşağı olanlarda, miyokard infarktı və iflic kimi xəstəliklərin daha çox olduğu və karotis şah damarı divarının daha da qalınlaşaraq elastikliyini itirdiyi bildirilmişdir.

    Likopen və ağ ciyər xəstəlikləri
    Oksigen vücudumuz üçün həyati bir maddə olduğu qədər oksidativ xüsusiyyəti səbəbi ilə zərərli ola biləcək bir molekuldur. Çünki, oksidativ maddə olan oksigen və oksigen birləşmələrinin (azon) varlığı, ağ ciyəri, oksidativ zərərə hazır bir orqan halina gətirir. Qida yolu ilə qəbul edilən antioksidan maddələrin, ağ ciyərdə hava ilə təmas edən səthə keçərək, bu zərərə qarşı vücudun qorunmasında rol oynadığı güman edilir.
    Bir tədqiqatda, iki qrupdan birinə iki həftə ərzində likopen miqdarı yüksək olan pomidor məhsulu verilmiş; digərinə isə, verilməmişdir. Hər iki qrup da iki saat müdddətində aşağı dozada azon olan bir otağa qoyulmuşdur. Pomidor məhsulu verilənlərdə ağ ciyərdəki likopenin 12% daha çox olduğu, ağ ciyər hüceyrələrindəki DNT zərərinin isə 20% daha aşağı olduğu müşahidə edilmişdir. Ağ ciyər xərçəngindən ölən xəstələrdə serum karotenoid dəyərlərinin daha aşağı olduğu və ağ ciyər xərçəngli xəstələrə karotenoid dəstəyi verilərək xəstəliyin inkişafının yavaşlamasına səbəb olduğu fikri də geniş yayılmışdır.

    Likopen və göz xəstəlikləri
    Bəzi göz xəstəliklərinın meydana gəlməsində xəsərin (zərərin) rol oynaması, bu xəstəliklərin müalicəsində də likopenin faydalı ola biləcəyi fikrini oyandırmışdır. Bu hipotezi dəstəkləyən bir tədqiqatda diabetik (şəkər xəstəsi) siçovullarda likopenin kataraktın inkişafını ləngitdiyi qeydə alınmışdır. Başqa bir tədqiqatda oksidasiya və radiasiyaya məruz qalan retina piqment hüceyrələri incələnmişdir. Alimlər likopenin ehtimal olunan zərərlərin və yaşlanmağa bağlı olaraq inkişaf edən "makula degenerasiyası" xəstəliyinın qarşısını aldığı qənaətinə də gəlmişlər.
    Likopen və nevroloji xəstəliklər
    Sinir sistemindeki neyronların məhvi və ya sayılarının azalması ilə meydana gələn xəstəliklər arasında iflic, əlzeymir, parkinson və amiotrofik lateral skleroz kimi xəstəliklər də var. Bu xəstəlik qrupunun əsas xüsusiyyəti, sinir sisteminin korlanmasıdır. Sinir hüceyrələrinin pozulmasında müxtəlif səbəblərlə yanaşı, oksidativ stresin də rolu var. Əlzeymir xəstələrinin qanlarındakı karotenoid, vitamin C, A və E səviyyələrinin sağlam insanlardan daha aşağı olduğu müəyyən edilmiş, bu xəstəliyin inkişafında antioksidan maddə çatışmazlığının rolu olacağı istisna edilmir. Buna görə də, pomidor və məhsullarında bol miqdarda olan likopenin bu xəstəliklərin qarşısını almaqda təsirli olacağı güman edilir.
    Pomidor başda olmaqla qırmızı rəngli meyvə və tərəvəzlərdə çox miqdarda olan likopenin qarışıq dozalarının şəfa mənbəyi olaraq istifadə edilə biləcəyi sahələr sadəcə olaraq bunlarla məhdud deyil. Unutmamalıyıq ki, səbəblər dünyasında istifadə etdiyimiz dərman və şəfalı bitkilərin hər biri zahiri bir səbəbdir. Həqiqi şəfanı verən, bu maddələrin yaradıcısı Cənab-ı Haqdır. Digər bir nöqtə, bu maddənin minlərlə antioksidan maddədən sadəcə olaraq biri olduğudur. Çünki şəfa, görünən və görünməyən yüzlərlə faktorun, doğru məkan və zamanda, lazımi miqdarda bir yerə gələrək feli duanın ortaya çıxması ilə ehsan edilir. Kim bilir, pomidorda, digər meyvə və tərəvəzlərdə likopendə daxil olmaqla daha necə şəfalı maddə vardır. Bu maddələrin kəşf edilməsi isə, ancaq maraqlananlara və çalışanlara nəsib olacaqdır.
    Peyğəmbərimiz (sas): "Uca Allah şəfasını vermədiyi heç bir xəstəlik yaratmamışdır." buyurmaqdadır. Başqa bir hədis-i şərifdə isə, "Uca Allah dərdi də, dəvanı da yaratmışdır. Hər dərd üçün bir dəva yaratmışdır." buyrulmaqdadır. Deməli, ölüm xaric hər xəstəliyin müalicəsi mümkündür. Hətta ölümə belə müvəqqəti həyat rəngi vermək mümkündür. Müalicələrin zahiri şifrələri, təbiət əczaxanasındakı mikroorqanizmlərin, bitkilərin və heyvanların daxilində gizli bir xəzinə kimi qalmaqdadır. Tədqiqatçıların vəzifəsi bunları tapmaq və insanlığın xidmətinə verməkdir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.