1 sonuçtan 1 ile 1 arası
-
01-05-2008, 01:45 AM #1Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Yer
- baki
- Mesajlar
- 493
ALTERNATİV TİBBDƏ DUA İLƏ MÜALİCƏ
ABŞ-ın müxtəlif xəstəxanalarında alternativ tibb mütəxəssisləri həkimlər tərəfindən aparılan təcrübə və çalışmalarda dini inanclara sahib olan insanların digər xəstələrə nəzərən daha tez sağaldığını və xəstələrə edilən qiyabi duaların xəstənin ağrılarını azaltdığını və onların daha da tez yaxşılaşmasına təsir göstərdiyi bildirilmişdir. İslam online saytında yer alan xəbərdə də, Amerikanın Kanzas əyaləti Santlook xəstəxanasında bir qrup ürək xəstəsinə tətbiq olunan və “şəfa duaları” adlandırılan müalicə üsulu ilə xəstələrin daha tez sağaldığı ifadə edilmişdir. Xəbərə görə, araşdırma sahibi Dr. Uilyam Haris və heyəti, ürək və ağ ciyər xəstəliyi olan 1000 nəfər xəstəni təsadüfi olaraq iki qrupa ayırır və qruplardan birinə onlardan xəbərsiz onlara sağalmaları üçün dua edən könüllü beş din adamı seçir. Bu din adamları tanımadıqları və yalnız adlarını bildikləri qrupdakı xəstələrə 4 həftə ərzində hər gün dua edirlər. 4 həftədən sonra xəstələrin ağrıları, ağ ciyər xəstəliyi, ürək və ölüm halları incələndikdə, birinci qrupdakı xəstələrin vəziyyətləri ikinci qrupdakı xəstələrlə müqayisədə 11% daha yaxşı olmuş, ağrılarından daha az şikayət etmişlər və ümümiyyətlə, bu xəstələr daha tez sağalmışlar. Dr. Haris apardıqları təcrübə nəticələrinin çox əhəmiyyətli olduğu və dua ilə, inanc ilə aparılan müalicənin daha dərindən öyrənilməsinin alternativ tibbi müalicə üçün çox zəruri olduğu fikrindədir. ABŞ-ın Maryland Universitetində 23 xəstəlik hadisəsi üzərində aparılan başqa bir tədqiqatda dua ilə klassik olmayan ruhi müalicənin tətbiq edildiyi xəstələrin məruz qaldıqları ağrıların azaldığı və daha tez yaxşılaşaraq sağaldıqları müşahidə edilmişdir. Tədqiqatı aparan Maryland Universiteti alternativ tibb bölməsindən Dosent Dr. Con Astiyd, mövzu ilə bağlı verdiyi açıqlamada, özünün bu müalicə üsuluna əvvəlcə inanmadığını, lakin təcrübədən sonra, dua ilə aparılan müalicə nəticələrinin müsbət, maraqlı, məntiqə uyğun və düşünməyə dəyər bir mövzu olduğunu söyləmişdir. Digər tərəfdən, ABŞ universitetlərində aparılan araşdırmalar nəticəsində, metafizika aləminin xəstələr üzərində müşahidə edilən müsbət təsirinə görə, xəstələrin müalicəsində Allaha və axirət gününə iman faktorları da alternativ müalicə üsulu olaraq istifadə olunur. Bu mövzuda elmi tibb dairələrində də tez-tez konfranslar verilir. Ancaq edilən duaların çox səmimi və ürəkdən olması şərtdir. Bütün maddi səbəblərin kəsildiyi bir anda, çox ağır şərtlərdə aciz qalmış bir insanın diləyi ilə edilən duaların qəbulu daha inandırıcıdır. Bu xüsüsda Bədiuzzaman belə deyir: “Dostum, xüsusilə muzdar (darda qalmış) insanların dualarının böyük təsiri vardır. Bəzən bu kimi duaların hörmətinə ən böyük bir şey, ən küçük bir şeyin əmrinə amadə (tabe) olur. Bəli, qırıq bir taxta parçası üzərindəki fağır və qəlbi qırıq bir məsumun (günahsız) duası hörmətinə, dənizin fırtınası, şiddəti, hiddəti enməyə başlayar. Deməli, dualara cavab verən Zat, bütün məxluqata hakimdir. Elə isə, bütün məxluqata da Xaliqdir (onun yaradanıdır)”. Məşhur fransız filosofu Aleks Karrel, duanın cazibə qüvvəsindən belə daha həqiqi bir güc olduğunu söyləyir. Elə isə, bu möhtəşəm xəzinədən biz niyə istifadə etmirik?
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri