Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Xuraman Şuşalının avtomobili geri alınıb

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Xuraman Şuşalının avtomobili geri alınıb

    Cadunu sümüyümə qədər ediblər ki, ölüm".
    Qalmaqalla gündəmdə qalmağı sevməsə də, hər zaman adı söz-söhbətlərdə hallanan Xuraman Şuşalı həmkarları tərəfindən nədənsə çox vaxt qınaq mənbəyinə çevrilir. Qalmaqallardan və problemlərdən başı açılmayan müğənninin indi də yeni bir problemi çıxdı. Belə ki, bu yaxınlarda keçirdiyi yüngül qəza nəticəsində avtomobilinin bərbad vəziyyətə düşdüyünü deyən Xuraman özünə "Audi Q7" markalı yeni avtomobil aldı. Cəmi 120 min dollar qiyməti olan bu avtomobili kreditə götürən müğənni aybaay nəzərdə tutulan məbləği ödəyə bilmədiyindən avtomobil şirkət tərəfindən geri alınıb. Maşını alar-almaz Xuraman birinci növbədə onu sığortalamaq üçün falçıya müraciət edib. Falçıya getdiyini təsdiqləyən müğənni bir tərəfdən onlara inanmadığını, hətta dediklərinə belə əməl etmədiyini, digər tərəfdən isə, "bilirəm ki, mənə nəsə edirlər və cadunu sümüyümə qədər ediblər ki, ölüm" deyə söylədi. Bunun səbəbini həmkarlarında görən müğənni sənətdə onun paxıllığını çəkənlərin olduğunu dilə gətirdi. Belə problemlərin baş verməsindən depressiyaya düşən Xuraman "problemlərlə o qədər üzləşirəm ki, depressiya halları yaşayıram və nəticədə də sənətimlə məşğul ola bilmirəm" deyərək həmkarlarından bu səbəbə görə geri qaldığını təsdiqlədi. Yaradıcı insanlara daim diqqət və məhəbbət göstərməyin vacib olduğunu deyən müğənni qeyd etdi ki, hazırda ona həyatda stimul verəcək bir şey yoxdur.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.