Böyük günahlar bunlardır:
1. Qur’anda və yaxud hədislərdə onun haqqında cəhənnəm odu və’dəsi verilsin.
2. Müqəddəs islam şəriəti tərəfindən şiddətli surətdə qadağan olunsun.
3. Bir günahın başqa günahlardan böyük olmasına dəlilimiz olsun.
4. İnsanda olan sağlam ağıl, bir günahın böyük günah olmasını təsdiqləsin.
5. İlahi qayda və qanunlara əməl edən müsəlmanların zehnində belə fikir olsa ki, filan günah böyük günahdır.
6. Peyğəmbərimiz və yaxud İmamlarımız tərəfindən çatan hədislərdə bir günah böyük günah sayılsın.
Müəllif sözünün davamında belə yazır: Böyük günahlar çoxdur. Onlardan bə’zisi isə bunlardır:
1. Allahın rəhmətindən məyus olmaq;
2. Allahın əzabından həmişəlik özünü amanda güman etmək;
3. Allahın, Onun Peyğəmbərinin və yaxud İmamlarımızın adından yalan demək;
4. Nahaqdan bir adamı öldürmək;
5. Ata və ananın üzünə ağ olmaq;
6. Zülm etməklə bir yetimin malını mənimsəmək;
7 İsmətli bir qadına zina ittihamını vurmaq;
8. Düşmənlə mübarizə (cihad) meydanından qaçmaq;
9. Yaxın qohum-əqrəbalarla rabitəni kəsmək;
10. Sehr və cadu etmək;
11. Zina; (qadınla kəbinsiz cinsi əlaqədə olmaq);
12. Həmcinsbazlıq (kişinin kişi, qadının qadın ilə əlaqədə olması);
13. Oğurluq;
14. Yalandan and içmək;
15. Şəhadət verməyin vacib olduğu yerlərdə, boyun qaçırmaq;
16. Yalandan məhkəmədə şəhadət vermək;
17. Əhdə vəfa qılmamaq;
18. Ölünün vəsiyyətinə əməl etməmək;
19. Şərab içmək;
20. Faiz yemək (sələmçilik);
21. Haram mal yemək;
22. Qumarbazlıq;
23. Qan və yaxud meytə (özü ölən, heyvan) ətini yemək;
24. Donuz əti yemək;
25. Şəriət qayda və qanunları ilə kəsilməmiş heyvan ətini yemək; (Lakin çarəsizlik üzündən yemək istisna olunur).
26 Az satmaq (Müştərini tərəzidə aldatmaq);
27. Dinini qorumaqda təhlükə ilə üzləşəcəyi bir yerə köçmək;
28. Zalıma kömək etmək;
29. Zalım bir şəxsə arxalanmaq;
30. Başqalarının haqqını bilərəkdən və üzrlü səbəb olmadan özündə saxlamaq;
31. Yalan danışmaq;
32. Özünü başqalarından böyük saymaq;
33. İsraf etmək;
34. Xəyanət etmək;
35. Başqalarının qeybətini qırmaq;
36. Söz gəzdirmək (ara vurmaq məqsədilə);
37. Faydasız işlərlə məşğul olmaq;
38. «Həcc» fərizəsini yüngül saymaq;
39. Namazı tərk etmək;
40. Zəkat verməmək;
41. Kiçik günahı təkrarlamaq.
Böyük günahların arasında Allaha şərik qoşmaq, Allah-taalanın buyurduğu qayda və qanunları inkar etmək və Peyğəmbərimiz və İmamlarımızla düşmənçilik ən böyük günahlar sayılırlar.[1]
Sadaladığımız günahlar böyük günahların bir qismi idi. Həmçinin Qur’ana, Peyğəmbərə, İmamlarımıza və müqəddəs Kə’bə evinə nalayiq sözlər demək də böyük günahlardan sayılır.
GÜNAHLARIN DAHA BİR QİSMİ
İmam Əli (ələyhissəlam) buyurur:
اِنَّ الذُّنُوبَ ثَلاثَةٌ... فَذَنْبٌ مَغْفُورٌ وَذَنْبٌ غَيْرُ مَغْفُورٌ وَذَنْبٌ نَرْجُو لِصاحِبِهِ وَنَخافُ عَلَيْهِ
O günahlar üç qrupdur:
1. Bağışlanan günahlar.
2. Bağışlanmyan günahlar.
3. Elə günahlar da vardır ki, onların bağışlanıb-bağışlanmayacağı mə’lum deyil. (O həzrət sonra sözünün davamında buyurur): Bağışlanan günahlar elə günahlardır ki, Allah tərəfindən bu dünyada onlar üçün cəza tədbirləri müəyyən olunub. Daha belə olan surətdə bədənin ikinci dəfə qiyamətdə də cəzalandırılması, Allahın həkimlik məqamından uzaqdır.
Bağışlanmayan günahlar isə insanların bir-birlərinə qarşı etdiyi günahlardır. (Misal üçün, əgər insan mö’min bir şəxsin malını onun icazəsi olmadan mənimsəyibsə, bu halda ancaq və ancaq gərək malın sahibindən halallıq alsın).
Üçüncü növ günahlar isə insanların gizlində etdiyi günahlardır ki, bir özü, bir də Allahı bilir. Bu halda Allah-taala insan üçün tövbə qapısını açıq qoyub. Hər bir zaman tövbə edib Allahın dərgahına üz gətirə bilər. Tövbə etdikdən sonra belə bir şəxs bir tərəfdən Allahın rəhmətinə ümidli, digər tərəfdən isə etdiyi günahların nəticəsindən nigarandır. Biz də belə bir bəndə haqqında həm ümidvar, həm də nigaranıq.[2]
KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA ÇEVRİLMƏSİ
Kiçik günahların bə’zi hallarda böyük günaha çevrilməsininin Qur’an ayələri və hədislərdən izahı:
1. Kiçik bir günahı dəfələrlə təkrarlamaq.
Kiçik bir günahı bir neçə dəfə təkrar etmək həmin günahın böyük bir günaha çevrilməsinə səbəb olur. Hətta bir kiçik günahdan sonra tövbə etməmək və yaxud tövbə etmək fikrində olmamaq da bu günahın böyük günaha çervilməsinə səbəb olur. Elə həyatda da bu cürdür: Nazik saplar cəm olduqda qalın bir ip düzəlir və daha bundan sonra ona sap yox, ip deyirlər.
Allah-taala «Ali-imran» surəsinin 135-ci ayəsində buyurur:
«(Pərhizkar insanlar) tutduqları pis əməllərə bilə-bilə israr etməzlər».
İmam Baqir (ələyhissəlam) bu ayənin açıqlamasında belə buyurur: Günaha israr etməyin mə’nası budur ki, insan günah etdikdən sonra tövbə etməsin və yaxud tövbə etməyin fikrində olmasın. İmam Əli (ələyhissəlam) bu barədə buyurur:
اِيّاكَ وَالاْصْرارَ فَاِنَّهُ مِنْ اَكْبَرِ الْكبائِرِ وَاَعْظَمِ الْجَرائِمِ
«Günaha israr etməkdən çəkin. Çünki bu ən böyük günahlardan hesab olunur».
İNSAN GƏRƏK KİÇİK GÜNAHLARDAN QAFİL OLMASIN
İmam Sadiq (ələyhissəlam) öz hədislərinin birində buyurur:
İslam Peyğəmbəri öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər öz səhabələrindən çör-çöp yığmaqlarını istədi.
«Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə xitab etdilər. Peyğəmbər buyurdu: Gedin və bacardığınız qədər yığın.
Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin hüzuruna gətirdilər. Peyğəmbər bu səhnəni gördükdə buyurdu:
هكَذا تَجْتَمِعُ الذُّنُوبُ
«Günahlar da bu cür bir-birinin üstünə cəmləşir».
Sonra o həzrət buyurdu:
اِيّاكُمْ وَالُْمحَقَّراتِ مِنَ الذُّنُوبِ
«Kiçik günahlardan qorunun. Çünki onların hamısı (Allah mələkləri tərəfindən) yazılıb saxlanılır».
Başqa bir hədisdə İmam Sadiq (ələyhissəlam) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən.
2. Günahı yüngül saymaq.
Hər bir kiçik günahı yüngül saymaq o günahı böyük günaha çevirir. Mətləbin daha aydınlaşması üçün aşağıdakı misala diqqət yetirin: Böyük bir daş parçasını başqasının başına vuran şəxs etdiyi işdən peşman olduğu halda, vurulan adamdan üzr istəsə, onun bağışlanması mümkündür. Əksinə əgər bir şəxs kiçik bir qum dənəsini başqasının başına vurduqdan sonra öz işindən peşman olmasa və nəticədə vurulan adamdan üzr istəməsə, onun bu əməlinə e’tiraz etdikdə isə bu işin çox kiçik olmasını dəlil gətirsə, daha vurulan şəxs onu heç vaxt bağışlamaz. Çünki onun bu sözü onda olan eqaistlik əhval-ruhiyyəsindən xəbər verir. Yə’ni vuran şəxs həddindən artıq özündən razıdır. Buna görə də günah işlədir. Bu barədə İmamlarımızdan nəql olunan bir neçə hədisə diqqət yetirək:
1. İmam Həsən əskəri (ələyhissəlam) buyurur:
مِنَ الذُّنُوبِ الَّتِي لا يَغْفَرُ: لَيْتَنِي لا أُآخَذُ بِهذا
Bağışlanmayan günahlardan biri də budur ki, insan (günah edən zaman) belə deyə: Kaş ki, Allahım bu günahdan başqasını görə məni cəzalandırmasın[3].
Bu söz onun etdiyi günahı yüngül saymasını göstərir.
2. İmam əli (ələyhissəlam) buyurur:
اَشَدُّ الذُّنُوبِ مَا اسْتَهانَ بِهِ صاحِبُهُ
«Ən böyük günahlardan biri də odur ki, günah edən şəxs onu yüngül saysın.»
3. Zeyd Şəhham deyir: İmam Sadiq (ələyhissəlam)-ın hüzurunda ikən o həzrət belə buyurdu:
اِتَّقُوا الُْمحَقَرَّاتِ مِنَ الذُّنُوبث فَاِنَّها لا تُغْفَرُ
«Kiçik günahlardan qorun (onları yüngül sayma)! Çünki onlara bulaşanlar bağışlanmazlar». Ərz etdim:
Kiçik günah hansı günaha deyilir?
İmam buyurdu:
اَلرَّجُلُ يَذْنِبُ الذَّنْبَ فَيَقُولُ طُوبى لِي لَوْ لضمْ يَكُنْ لِي غَيْرُ ذلِكَ
«Bir şəxs günah etdikdən sonra belə deyə: əgər bu günahdan başqa bir günahım olmasa, onda xoş mənim halıma».
4. Dördüncü hədisi dördüncü imam həzrəti Səccad (ələyhissəlam)-dan nəql edirik. O Həzrət dua edərkən öz Allahına belə ərz edir:
اَللّهُمَّ اَعوُذُ بِكَ مِن... الاْصْرارِ عَلَى الْمَأْثَمِ وَاِسْتِصْغارِ الْمَعْصِيَةِ
«Ey mənim Rəbbim! Günahlara israr etməkdən və günahları yüngül saymaqdan Sənə pənah gətirirəm (özün mənə bu iki şeydən çəkinməkdə kömək ol).»
3. Günah edən zaman şad olmaq.
Kiçik bir günahdan ləzzət almaq və günah edən zaman şadlanmaq, o günahın böyük günah kimi hesablanmasına gətirib çıxarır. Nəticədə günahın axirət əzabı da artır.
Bu haqda da Mə’sum Peyğəmbərimiz və İmamlarımızın müqəddəs kəlamlarından bir neçəsini araşdırırıq. Həzrət Əli (ələyhissəlam) buyurur:
شَرُّ الاَْشْرارِ مَنْ تَبَهَجَّ بِالشَّرِ
«Pis iş etdikdə şadlanan kəs ən pis insandır».[4]
Yenə o həzrət buyurur:
مَنْ تَلَذّذَ بِمَعاصِي اللهِ ذُلَّ
«Allaha qarşı günah etməkdən ləzzət alan insan xar və zəlil olar.[5]
Ayrı bir hədisdə İmam Səccad (əleyhis-səlam) belə buyurur:
اِيّاكَ وَاِبْتهاجَ الذَّنْبِ فَاِنَّهُ اَعْظَمُ مِنْ رُكُوبِهِ
«Günah edən zaman şadlanmağın (mənfi) tə’siri günahın özündən çoxdur.[6]
Başqa bir hədisdə o həzrət buyurur:
«Günahın çətin axirət əzabı onun şirinliyini məhv edir».[7]
Sonra o həzrət buyurur:
لا خَيْرَ فِي لَذَّة مِنْ بَعْدِهَا النّارُ
«Ardınca cəhənnəm atəşi gələn ləzzətdə heç bir fayda yoxdur.»
Axırıncı hədis Peyğəmbər Həzrətlərindəndir. O həzrət buyurur:
مَنْ اَذْنَبَ ذَنْباً وَهُوَ ضاحِكٌ دَخَلَ النّارَ وَهُوَ باكٌ
«Gülə-gülə günah edən şəxs, ağlayan halda da cəhənnəmə daxil olar.»
4. Azğınlıq səbəbindən günah etmək.
Günahın azğınlıqla edilməsi onun böyük günaha çevrilməsinə səbəb olur.
Bu haqda «Naziat» surəsinin 37-38-ci ayələrində oxuyuruq:
وَاَمّا مَنْ طَغى وَآثَرَ الْحَياةَ الدُّنْيا فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَأوى
«Azğınlıq (tüğyan) edən və dünya həyatını axirətdən üstün tutan şəxsin yeri şübhəsiz ki, cəhənnəmdir».
5. Allahın insana verdiyi möhlətdən qürurlanmaq.
Bə’zi vaxtlar günahkar insan Allahın ona verdiyi möhləti və onun cəzasını tə’xirə salmasını, Allahın ondan razı qalması kimi başa düşür. Kçik günahların böyük olmasının səbəblərindən biri də elə budur. «Mücadilə» surəsinin 8-ci ayəsində Allah-təala buyurur:
وَيَقُولُونَ فِي اَنْفُسِهِمْ لَوْلا يُعذِّبُنَا اللهُ بِما نَقُولُ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَها فَبِئْسَ الْمَصِيرُ
«Kafirlər öz-özlərinə deyərlər: «Dediklərimizə görə Allah bizi nə üçün əzaba uğratmadı? Cəhənnəmə vasil olacaqları onlara bəs eləyər. Onların gedəcəkləri o yer necədə pis yerdir!».
Bu ayədə Allah möhlətinə məğrur olanlara cəhənnəm və’dəsi verilmişdir.
6. Günahı aşkarda etmək.
Kiçik günahı aşkarda etmək həmin günahın böyük günaha çevrilməsinə gətirib çıxarır. Ona görə ki, bu iş həm günahkar şəxsin Allah qarşısında qorxmamazlığından xəbər verir, həm də cəmiyyətdə günahın əxlaqi dəyərləri məhv etməsinə səbəb olur. Bunun nəticəsində isə günah etmək adi bir işə çevrilir. Həzrət Əli (ələyhissəlam) bu barədə buyurur:
اِيّاكَ وَالُمجاهَرَةَ بِالْفُجُورِ فَاِنَّهُ مِنْ اَشَدِّ الْمَآثِمِ اِيّاكَ وَالُمجاهَرَةَ بِالْفُجُورِ فَاِنَّهُ مِنْ اَشَدِّ الْمَآثِمِ
7 sonuçtan 1 ile 7 arası
-
11-18-2007, 06:42 PM #1Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
BÖYÜK və KİÇİK GÜNAHLAR
Onlar deyirlər ki: «Allahın Quranda qadağan etdiyi hər bir günah böyük, Rəsulullahın Sünnədə qadağan etdiyi isə kiçik günah sayılır». Bir qrup da: «Qadağan olunan günaha hədə, cəza, lənət, qəzəb, bizdən deyildir gələrsə bu böyük günahdır, bunlar gəlməzsə bu kiçik günah sayılır». Digər qrup: «O, günaha görə dünyada hədd, axirətdə əzab varsa böyük günah, dünyada hədd, axirərtdə isə əzab yoxdursa kiçik günah sayılır». Digər qrup: «Əgər bu günah haqda şəriətlər ittifaqa gəliblərsə ki, bu böyük günahdır deməli bu böyük günah, yox əgər bir şəriətdə böyük, digərində kiçik günah sayılırsa onda kiçik günahdır». Digər qrup: «Allah və rəsulunun lənət etdiyi hər bir günah böyükdür». Digər qrup: «Nisa surəsinin əvvəlindən bu ayəyə qədər zikr edilənlər böyük günahlardır: «Əgər siz inkar (qadağan) edilmiş böyük günahlardan uzaqlaşa bilsəniz, Biz sizin kiçik günahlarınızı bağışlayarıq». (ən-Nisa 31).
Günahları böyük və kiçik deyə ayırmayanlar demişlər: Günahların nə böyüyü vardır, nə də kiçiyi. Çünkü sən hər ikisində də Allaha qarşı çıxmış olursan. Asilik tərəfdən fərq olmur. Çünkü sən hər ikisində də Allaha qarşı çıxmış olursan. Onlar deyirlər: «Günahlar Allaha zərər verməz və O bundan faydalanmaz. Buna görə Allah üçün bunların bəzisi digərindən böyük olmaz. Elə isə ortada yalnız Ona üsyan etmək və əmrinə müxalif olmaq qalır. Buna görə də günahların arasında fərq olmaz». Bir qrup da deyir: «Qul günahın böyüklüyünə və kiçikliyinə baxmasın. Lakin asi olduğu Zatın əzəmətinə, qüdrətinə və günahı etməklə asiliyinə baxsın. Bu da günahlar arasında heç bir fərqin olmadığına görədir. Əgər hökmüdar kölələrindən birini mühüm bir iş üçün uzaq bir bölgəyə göndərsə, digər bir köləsini də sarayının yanında olan mühüm bir iş üçün göndərsə və bunların hər ikisi də ona üsyan edib əmrinə müxalif olsalar ikisinə də qəzəblənməsi və gözündən düşmələri eyni olar».
Lakin səhih odur ki, günahın böyüyü də, kiçiyi də vardır. İbn Abbas - radıyallahu anhu – da bu günahları ayırmış və böyük günaha da tərif verərək demişdir ki: «O, günah ki, onu qurtarar hədd (qamçılanmaq, əl kəsmək, daş-qalaq və s.), hədə, əzab, od və lənət gələrsə bu böyük günahdır»
(Şərhu Təhaviyə s. 371, Nəvəvi «Şərhu Muslim» 2/85)
İbn Atiyyə və İbnus Salah – rahmətullahi aleyhi – deyirlər ki: «Böyük günah həd (cəza) və ya haqqında Cəhənnəmlə təhdid olan, haqqında lənət ediləh hər bir əməldir»
(İbn Həcər əl-Heysəmi «əz-Zəvacir» 1/6)
İmam Qazali – rahmətullahi aleyhi – deyir ki: «Kişinin qorxu olmadan və peşmanlıq çəkmədən, vicdan hissi çəkmədən və cəsarətlə etdiyi xəta böyük günahdır. Nəfsinə uyan, peşmanlıq çəkərək, üzülərək, vicdan hissi çəkərək edilən xəta böyük günah deyildir»
(İbn Həcər əl-Heysəmi «əz-Zəvacir» 1/7)
Bu tərifə etiraz olunaraq deyilir ki: «İnsan böyük günah olduğunu bilərək bir günah edər, bunu edərkən qorxsa, onu etməkdən peşmançılıq çəksə o, əməl böyük günah olmaqdan çıxmaz». İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «Bir günah ki, şəriət ona böyük bir cəza təqdir edərsə böyük günah. Bundan başqaları isə kiçik günahdır»
(Əhkamul Quran 5/160-161)"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
11-19-2007, 07:15 PM #2Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
11-19-2007, 07:39 PM #3Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 49
GÜZEL BİR KONU
HOCAM ÇOK GÜZEL BİR KONUYA DEĞİNMİŞSİNİZ
ALLAHIN AFFETMİYECEĞİ TEK GÜNAH KUL HAKKIDIR...
BANA GÖREDE GÜNAHIN BÜYÜĞÜ KÜÇÜĞÜ OLMAZ
HER AKLI YETEN İNSAN GÜNAH VE SEVAPLARDAN SORUMLUDUR
ALLAH BİZLERİ AFFETSİN
AMİNyeryüzünde yer beğendim indim otüken ormanına
-
11-21-2007, 06:12 PM #4Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
BÖYÜK GÜNAH EDƏNİN HÖKMÜ
Əhli sünnə vəl Cəmaata görə böyük günah edən üçün iki hökm vardır.
1. DÜNYADAKI HÖKMÜ: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»
(Müslim)
Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə və Xəvariclərin dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər. İmam Əhməd – rahmətullahi aleyhi – dən murciyəlilərə aid sual soruşulduqda belə cavab vermişdir: «Bizlər diyirik ki, iman söz və əməldir. Artar və əskilər. Bir kimsə zina edər, içki içərsə imanı əskilər»
(Abdullah b. Əhməd «Sünnə» 1/307)
O, əksik imanlı bir mömindir. İmanıyla mömin, günahına görə isə fasiqdir. Əgər bir həd, cəza olmayan cinsdən bir günah etmişsə və sonra da bundan ötrü tövbə etmişsə Allah lütfü və kərəmiylə onun tövbəsini qəbul edər. Əgər etdiyi günah həd, cəzası olan bir günahdırsa bu onun üçün bir kəffarə olur.
2. AXİRƏTDƏKİ HÖKMÜ: Əgər tövbə etməmişsə o, kimsə Allahın iradəsi altında olur. Onun işi Allaha qalmışdır. Dilərsə onu bağışlayar, dilərsə cəzalandırar. Bu da Allahın ədalətindəndir. Çünki o, kimsə cəzanı haqq etmiş, lakin atəşdə əbədi qalmağı haqq etməmişdir. Zərrə qədər də sahib olduğu imanına görə Cəhənnəmdən çıxacaqdır. Buna görə də Əhli Sünnə imanın əslini qaldıran günah istisna olmaqla heç bir günahdan ötrü Qiblə əhlini təkfir etməzlər. Ubadə b. Samit - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ərafə günü səhabələr-dən bir toplum olduğu halda buyurdu: «Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarınızı öldürməmək, yalanla heç kimsəyə iftira atmamaq, haram olmayan heç bir xüsusda itaətsizlik etməmək üzərə mənə beyət edin. Kim bunları yerinə yetirərsə əcrini vermək Allaha aiddir. Kim də bu şeyləri etdikdə başına bir müsibət gələrsə və sıxıtıya düşərsə bu onun üçü bir kəffarədir. Hər kim də bu günahlarda birini edərsə onun işi Allaha qalmışdır. Dilərsə onu bağışlayar, dilərsə cəzalandırar.
(Buxari 1/10, 8/15, Müslim 5/126)
Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – ilə birlikdə Mədinənin qara daşlı sahəsi ilə gedirdik. Uhud tərəfə döndükdə o, mənə buyurdu: «…Yerində qal! Mən gəlmədikcə heç bir tərəfə tərpənmə deyib qaranlıq gecədə gözdən itənə qədər irəlilədi. Bir müddətdən sonra mən gurultulu səslər eşitdim. Kiminsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzərinə hücum edib ona zərər yetirməsindən qorxduğum üçün qərara gəldim ki, səs gələn tərəfə gedim. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mənə dediyi sözlər yadıma düşdü və o, geri qayıdana qədər yerimdən tərpənmədim. O, qayıtdıqda mən dedim: «Ya Rəsulallah! Məni qorxudacaq səslər eşitdim» deyib eşitdiklərimi ona danışdım». O: «Sən həqiqətəndə bu səsləri eşitdin». Mən: «Bəli, ya Rəsulallah!». O: «O, Cəbrail – əleyhissəlam – idi. Mənə müjdə verərək dedi: «Ümətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs Cənnətə girəcəkdir». Mən: «Zina və oğurluq etsə də?» O: «Zina və oğurluq etsə də?» deyə cavab verdi.
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
11-21-2007, 06:31 PM #5Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA DÖNƏ BİLMƏ SƏBƏBLƏRİ
1. Günahı kiçik görmək və ona əhəmiyyət verməmək. Bilal b. Sad deyir ki: «Günahın kiçikliyinə deyil, üsyan etdiyin zatın böyüklüyünə bax»
(İbn Qudamə əl-Məqdisi «Minhəcul Qasidin Muxtəsəri» s. 258)
Çünkü günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o, qədər kiçilər və qul günahı nə qədər xəfif görərsə Allah qatında da o, qədər böyüyər. Çünkü günahın qulun gözündə böyüməsi qəlbinin ondan xoşlanmadığını göstərir. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»
(Buxari «Dəvət» 11/102, Tirmizi «Sifətul Qiyamə» 9/308)
Möminin gözündə günahın böyüməsinin səbəbi Allahın ucalığını bilməsindən ötrüdür. Çünki o, insan üsyan etdiyi Allahın ucalığına baxdıqca kiçik bir günahı da belə böyük bir günah olaraq görər. 2. Onlarda israrlı olmaq və davamiyyətli olaraq etmək. 3. Günahı edərkən sevinmək və onunla öyünmək. Məs: «Gördünmü filankəsi necə aldatdım, necə köhnə malı ona sırıdım və ya gördünmü filankəsin gizli əməllərini açaraq onu rəzil etdim» və s. 4. Günahı etdikdən sonra açıq şəkildə bunu bəyan etmək. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin hər bir üzvü (Allah) tərəfindən əff olunmuşdur. Yalnız aşkara günah edənlərdən başqa. Onlar əff olunmamışlar. Günahı aşkara edənlərdən biri gecə vaxtı günah edər. Sonra Rəbbi o, günahı insanlaın gözündən örtmüş olduğu halda səhərə çıxar. Səhəri o, qul: «Ey filan! Mən bu gecə belə-belə günahlar etdim» deyər. Halbuki Rəbbi onun günah işini örtbasdır edərək gecələmişdir. Səhəri isə Allahın örtdüyü gizlilik pərdəsini qaldırmışdır»
(Buxari «Ədəb» 10/486, Müslim 2990)
5. Günah edən kimsə. Ona uyan bir alim, elm tələbəsi olarsa. Görürsən ki, cahillərin çoxu tanıdıqları elm əhlindən kimisə misal çəkərək: «Sən ondan daha yaxşı biləcəksən» deyirlər. 6. Allah qorxusunun olmaması və Allahı ciddi qəbul etməmək. İbn Əbil İzz – rahmətullahi aleyhi – deyir ki: «Bəzən həya, qorxu və günahı gözündə böyütmək kimi hallar içində edilən böyük günah kiçik günahlara daxil olur. Bəzən də həya və qorxu azlığı, günahı kiçik görmək kimi hallar kiçik bir günahı böyük günahlara daxil edir. Buna səbəb isə qəlbin əməlidir»
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
11-21-2007, 06:34 PM #6Senior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- Sankt-Peterburq, Rusiya..Azəriyəm
- Mesajlar
- 845
Ş
[
-
11-21-2007, 07:07 PM #7Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
KİÇİK GÜNAHLARDA İSRAR ETMƏYİN HÖKMÜ
Günahlarda israr etmək, onlara qapanmaq, davam etmək, onları tərk etməmək, onlardan tövbə etməmək və istiğfar diləməmək, qəlbən günaha bağlanmaq, və ya onları etməkdən sevinc duymaq məsələsinə gəlincə, bunun hökmü böyük günahları edən kimsənin hökmü kimidir. Belə bir kimsənin sonunun pis olmasından qorxulur. Çünki onlara görə günahlar küfrün dəhlizidir. Bunlar ondan qaynaqlanır və sonda ona səbəb olur. Buna görə də sadiq iman sahibi olan müsəlman bir qul həlak edici böyük günahdan da, əhəmiyyət vermədiyi kiçik günahdan da şiddətlə çəkinməsi lazımdır.
Kiçik günahları etməkdə cürətli olan kimsə gün gəlir böyük günahlar da edər. Lakin kiçik günahlardan uzaq duran kimsə isə böyük günahlardan da uzaqlaşmış olur. Eyni şəkildə şübhəli şeylərdən qaçan bir kimsə haramlardan da qorunmuş, lakin heç çəkinmədən şübhəli şeylərə gedən kimsə açıq olan bir günaha da düşməsi yaxındır. Günahlara, kiçik günahlara çox qapanmaq və etmək - Allah qorusun – küfrə və mürtədliyə düşməyə yol aça bilir. Çünki günahlarda israrlı olmaq, onları tərk etməmək bu günahlar sahibinin qəlbini işğal etməyə və ondan imandan heç bir şey qalmamasına qədər aparıb çıxarda bilər. «Bəli günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar». (əl-Bəqərə 81). «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar gördükləri işin (pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar». (Ali İmran 135). İmam Buxari – rahmətullahi aleyhi – öz məşhur Səhih əsərində belə bir bab açmışdır: «Kiçik görülən günahları xəfif görməkdən çəkinmək». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kiçik günahlardan çəkinin. Kiçik günahların misalı bir vadiyə enmiş bir topluluğa bənzər ki, onlar yemək bişirmək üçün odun toplayırlar. Bunlardan biri bir odun, digəri isə bir odun gətirir və nəhayət yeməklərini hazırlayacaq qədər odun toplanır. Günahları kiçik görməkdən çəkinin. Çünki bunlar bir kimsədə olarsa onu həlaka sürükləyərlər»
(Əhməd «Musnəd» 1/402, 5/331, əl-Albani Səhih Hədislər» 389)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul bir günah etdiyi zaman qəlbinə qara bir nöqtə düşər. O, günahdan çəkinib tövbə edər və istiğfar diləyərsə o, nöqtə silinər və qəlbi yenə də parlayar. Eyni günahı təkrar etdiyi zaman o, qara nöqtə artar. Nəhayət bütün qəlbini tutar. Allahın ayəsində olan: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır». (əl-Mutaffifin 14) budur»
(əl-Albani «Səhih Sünnən Tirmizi» 3/127)
İbn Abbas - radıyallahu anhu – deyir ki: «Tövbə-istiğfarla birlikdə böyük günah olmaz. İsrarla birlikdə kiçik günah olmaz»
(Camiul Bəyan Lit Təbari 8/24)
İbn Məsud - radıyallahu anhu – deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»
(Buxari)
Çünki günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o, qədər də kiçilər və qul günahı nə qədər xəfif sayarsa Allah qatında da o, qədər böyüyər. Günahın qulun gözündə böyüməsi, qəlbində ondan xoşlanma-dığını göstərir. Möminin gözündə günahın böyüməsinin səbəbi Allahın ucalığını bilməsindən ötrüdür. Çünki o, insan üsyan etdiyi Allahın ucalığına baxdıqca kiçik bir günahı da belə böyük bir günah olaraq görər. Əbu Hureyrə, Abdurrahmən b. Saxr - radiyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, sizdən əvvəlki ummətləri çox sual vermələri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi»
(Səhih Buxari 7288; Səhih Müslim 1337 – Bu hədisin əvvəli belədir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər: «Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı…»)
Peyğəmbər – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun» deyə buyurmuş və burada kiçik günah, böyük günah deyə ayıraraq fərq qoymamışdır. Günahlardan çəkinməyi əmr etmişdir. Buna görə də pislik yalnız yaxşılıqla dəf edilir: «Sən pisliyi yaxşılıqla dəf et». (əl-Muminun 96). İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: «Bir dəfə edilərək bitmiş və bir daha edilməyən böyük bir günahın əff edilmə ümüdü, davamlı surətdə edilən kiçik bir günahın əff edilmə ümüdündən daha çoxdur. Buna bir daşın üstünə damla-damla düşən su damcısını misal çəkmək olar. Bu damlalar o, daşda iz salar. Lakin o, damlalar bir dəfəsində onun üstünə düşsəydi heç bir zərəri olmazdı. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın ən çox sevdiyi əməl az da olsa davamlı olanıdır»
(Müslim 5/72, Əhməd 6/165. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Bu hədisdə əməlləri davamlı olaraq etməyə sövq edilir. Davamlı olaraq edilən əməl, davamlı olmayan çox əməldən üstün olduğu bildirilir. Davamlı olan az əməl, davamlı olmayan çox əməldən daha üstündür». Müslim 5/70.)
Peyğəmbər –sallallahu aleyhi və səlləm- buyurdu: «Ey Aişə! Kiçik görülən günahlardan çəkin! Çünki Allah tərəfindən onları yazmaqla əmr edilmiş (bir mələk) vardır»
(İbn Məcə, Nəsai, İbn Hibban)
Ənəs - radıyallahu anhu – deyir ki: «Sizlər bir çox əməllər (günahlar) edirsiniz ki, onlar sizin gözlərinizdə tükdən incədir. Lakin bizlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında onları həlak edici günahlar sayırdıq»
(Fəthul Bəri 11/329, Əhməd 3/3)
» . Ənəs - radıyallahu anhu – nun söylədiyi tükdən incə sözü incə kəliməsindən törədilmiş İsmi tafdildir. Bu kəlimə əhəmiyyət verilməyə-rək xəfif görsənən əməlləri ifadə edir. Yəni sizlər xəfif düşündüyünüz elə əməllər edirsiniz ki, onlar əslində böyükdür, ya da nəticəsi ağırdır. İbn Battal – rahmətullahi aleyhi – deyir ki: «Kiçik günahlar davamlı etmək çoxaldıqda böyük günaha dönür. Əbu Əyyub əl-Ənsari - radıyallahu anhu – deyir ki: «Birisi etdiyi bir yaxşılığa görə sevinir, kiçik günahları da unudur. Beləcə Allahın hüzuruna kiçik günahlara batmıış bir şəkildə gəlir. Başqa birisi də pis bir əməl edər və ondan ötrü də qorxuya düşər və Allahın hüzuruna arxayın çıxar»
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri