1 sonuçtan 1 ile 1 arası
-
02-20-2013, 05:41 PM #1
Nizamnamə kapitalı kimi qoyulan vəsaiti xərcləmək olar?
Nizamnamə kapitalı kimi qoyulan vəsaiti xərcləmək olar?
Vergi orqanı bu məsələyə aydınlıq gətirir... Sual: Salam. Bilmək istərdim MMC yaradılarkən bankda açılan müvəqqəti hesaba qoyulan nizamnamə kapitalı MMC qeydiyyatdan keçdikdən sonra xərclənə bilərmi? Misal, üçün MMC qeydiyyatdan keçərkən nizamnamə kapitalı 2 pay olaraq və hər pay da 50 AZN olmaqla ümumilikdə 100 AZN müəyyən edilir və MMC qeydiyyatdan keçdikdən sonra 100 AZN hesabdan çıxarılır, yəni MMC-nin nizamnamə kapitalı sıfıra bərabər olur. Belə hal baş verdikdə MMC bu barədə vergi orqanına hansısa bir şəkildə hesabat verməlidirmi? Nizamnamə kapitalı sıfıra bərabər ola bilərmi?
Orxan Həsənov Cavab: Bildiririk ki, Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur.
Mülki Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Göründüyü kimi təsisçi məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payına mütənasib qaydada mənfəət əldə edir və onun idarə edilməsində iştirak edir.
Eyni zamanda, Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.
[
Benzer Konular
-
Yurd TV 18:00 buraxılışı: 2012-ci ildə ARDNŞ qarşısına qoyulan proqramları yerinə ye
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 12-30-2012, 07:00 PM -
Noyabrda Türkiyədə Azərbaycan kapitalı ilə 153 şirkət qurulub
By Baku in forum Maraqlı XəbərlərCevaplar: 0Son Mesaj: 12-21-2012, 08:50 PM -
Nahid Bağırov: “Erməni kapitalı olan şirkətin Azərbaycanda fəaliyyəti yolverilməzdir”
By Baku in forum Maraqlı XəbərlərCevaplar: 0Son Mesaj: 12-21-2012, 04:21 PM -
Nizamnamə nümunələri ilə harada tanış ola bilərəm?
By Baku in forum İqtisadiyyatCevaplar: 0Son Mesaj: 06-24-2011, 12:03 PM -
Gorunduyun kimi ol ,yada oldugun kimi gorun
By Xeyallarim in forum EtiraflarCevaplar: 3Son Mesaj: 10-11-2009, 03:12 PM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri