1 sonuçtan 1 ile 1 arası
-
01-18-2013, 09:00 AM #1
“Azərbaycan ordusu formalaşma dövrünü səngər şəraitində keçirir”
“Azərbaycan ordusu formalaşma dövrünü səngər şəraitində keçirir”
“Azərbaycan ordusu 20 ildən artıqdır səngər həyatı yaşayır ki, bunun özü də bir sıra problemlər yaradır. Bu, əsasən psixoloji və fiziki problemlərdir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Sədr müavini Bahar Muradova deyib. Əsgər ölümündən təəssüfləndiyini söyləyən B. Muradova qeyd edib ki, adi şəraitdə orduda xidmətlə səngər şəraitində xidmət tamamilə fərqli nüanslardır, Azərbaycan ordusu formalaşma və inkişaf dövrünü səngər şəraitində keçirir: “Bu mənada Azərbaycan ordusundakı vəziyyətlə dinc şəraitdə yaşayan ölkələrin orduları müqayisəyə gəlməyəcək dərəcədə fərqlidir. Çox təəssüf ki, Ceyhun Qubadov kimi əsgərlərimizin ölümü baş verir. Hər dəfə də bu hallar baş verdikcə müqəssirlər cəzalandırılır, lakin bu hallardan istifadə edib, bunu şişirdib, tamamilə başqa bir yöndən cəmiyyətə təqdim edənləri başa düşə bilmirəm”.
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri