Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Mobil telefonlar insanda qripin başlayacağını xəbər verəcək

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Mobil telefonlar insanda qripin başlayacağını xəbər verəcək

    Mobil telefonlar insanda qripin başlayacağını xəbər verəcək

    Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu yeni bir layihə üçün eksperimentlər aparmağa hazırlaşır. İnstitutun direktoru Telman Əliyev “Trend”-ə bildirib ki, küy texnologiyasından istifadə etməklə mobil telefon və kompyuterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkündür. Bunun üçün telefonun mikrofonundan istifadə edilə bilər. O deyib ki, həkimlər fonendoskopla ürək döyüntüsünə qulaq asdığı kimi, mobil telefon vasitəsilə də ürəyin döyüntüsünə, nəfəs yollarının küyünə qulaq asmaq və onların monitorinqini aparmaq mümkündür. Bu layihə gerçəkləşərsə, hər bir insan öz mobil telefonu ilə nəfəs yollarının küyünə qulaq asa bilər. Nəticədə isə insan nəfəs yolları ilə bağlı hər hansı narahatçılığın olub-olmaması barədə ilkin məlumat ala bilər: “İnsanlar qripə yoluxduğunu gec bilirlər. Ancaq mobil telefon insanın bu infeksiyaya yoluxmasından bir saat sonra bunu bildirəcək. Bu halda insan vaxtında - qrip ağırlaşmamış özünü müalicə edə bilər. Yaxud telefon insanın səsinin dəyişməyə başladığını və qripin gözlənildiyini xəbər verəcək. Halbuki insan özü iki gündən sonra səsinin dəyişdiyini hiss etməyə başlayır. Ancaq telefon səsdəki küyü analiz edərək insana qripin əlamətlərinin tədricən özünü göstərdiyini deyə bilər. Bu texnologiyanın imkanları çox böyük olacaq”.

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.