1 sonuçtan 1 ile 1 arası
-
01-08-2013, 08:38 AM #1
Nazir zəlzələ bölgəsində yeni tikilmiş obyektlərin açılışlarında iştirak edib
Nazir zəlzələ bölgəsində yeni tikilmiş obyektlərin açılışlarında iştirak edib
Ötən ilin may və oktyabr aylarında ölkənin şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi və əlaqədar dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir. Dünən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov şimal-qərb rayonlarına səfəri çərçivəsində bir sıra məktəblərin açılışına qatılıb, yeni mənzillərin açarlarını sakinlərə təqdim edib. Fövqəladə hallar naziri bildirib ki, sentyabrdan indiyə kimi, bölgə rayonlarında 22 məktəb istifadəyə verilib. Daha 15 məktəbin isə yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Nazir sakinlərin evlərlə təmin olunması məsələsindən danışarakən bildirib ki, bütün işlər qrafikə uyğun, ləngimədən aparılır. Belə ki, may ayındakı zəlzələdən sonra tikintisinə başlanılan evlərin artıq 80 faizi hazırdır. Fövqəladə hallar naziri oktyabr ayında zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evlərinin tikintisinə yaxın vaxtlarda başlanacağını qeyd edərək onu da bildirib ki, bəzi imkansız ailələr qışı çadırlarda deyil, xüsusi quraşdırılmış evlərdə keçirir. Bu məqsədlə Balakəndə və Zaqatalada evlər quraşdırılıb. Kəmaləddin Heydərov həmin sakinlər üçün evlərin mart-aprel aylarında istifadəyə veriləcəyini diqqətə çatdırıb.
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri