Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Aleksandr Fadeyev: zirvədən müəmmalı ölümə (1)

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Aleksandr Fadeyev: zirvədən müəmmalı ölümə (1)

    Aleksandr Fadeyev: zirvədən müəmmalı ölümə (1)

    Bir vaxtlar onu sovet ədəbiyyatının patriarxı, Maksim Qorkinin varisi və layiqli ədəbi davamçısı adlandırırdılar. O, Stalinin sevimlilərindən biri idi. Repressiya illərində və ondan sonrakı dövrlərdə çoxlu sayda yazıçı və şair gedər-gəlməzə göndərildiyi bir vaxtda, o sosializm ideyalarının qələbəsi uğrunda xalqı öz rəhbəri ətrafında daha sıx birləşməyə çağırır və bununla əlaqədar vətənpərvərlik ruhunda məqalələr yazırdı. O dövrdə onun əsərləri milyonlarla insan tərəfindən həvəslə oxunur, şəninə təriflər yağdırılırıdı. O həm də ötən əsrin iyirminci illərindən başlayaraq, hələ formalaşmaqda olan SSRİ Yazıçılar İttifaqının rəhbərlərindən biri kimi tanınmağa başladı. Maksim Qorkinin ölümündən sonra isə faktiki olaraq Yazıçılar İttifaqına rəhbərliyi ələ aldı. Ona görə də ədəbi aləmdə onu yazıçı-nazir adlandırırdılar. Onun gəncliyi də özünəməxsus şəkildə qızğın keçmiş, Uzaq Şərqdə ağqvardiyaçılara qarşı aparılan mübarizədə xüsusi təyinatlı qırmızı polkun tərkibində vuruşmuş və sonralar polkovnik rütbəsinə qədər ucalmışdı. Böyük Vətən müharibəsi dövründə alman faşistlərinə nifrət dolu məqalələr yazır və xalqı qələbəyə ruhlandırırdı. Bu yazılar isə onu ölkədə daha da məşhurlaşdırmışdı. Bir sözlə, o, həmin dövrdə şöhrətin zirvəsində idi və heç kimin ağlına belə gəlmirdi ki, SSRİ yazıçılarının patriarxı olan bu insan, Aleksandr Aleksandroviç Fadeyev günlərin bir günündə faciəli şəkildə həyata vida edəcək.

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.