2 sonuçtan 1 ile 2 arası

Dua Allahla danışmağın adıdır

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Dua Allahla danışmağın adıdır

    Yayı çəkib oxu atırsan. Yayı nə qədər çox darta bilsən, oxun da o qədər uzağa gedər. Ağzından çıxan duanın ünvanına yetişməsi sənin nə qədər gərilmənlə çox yaxından əlaqəlidir. Əslinə qalanda Allah-Təala bizi bizdən daha yaxşı tanıyır. Bizim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu da Allah-Təala bilir. Dua bəndənin Allaha yönəlməsi, dərdini Ona söyləməsi, öz acizliyini etiraf edib yardım diləməsidir. Dua Allahla danışmağın adıdır. İnsanlardan zülm görənin, haqqı tapdananın duası gərilmiş yaydan çıxan ox kimi ünvanına yetişər. Yetimin də, qəribin də duası ünvanına tez yetişər.
    Hay-küylə, zahiri göstərişlə oxunan dua içinə yalan qarışdırılmış söhbət kimidir. Gerçəyi zahirdə yox, batində axtaranlar dua məqamında öz içinə dalar, Haqqa varan yolu orada arayar və o yollardan uca Məqama üz tutar.
    İnsanın insana verə biləcəyi ən gözəl şey içindən gələn, ən səmimi duyğulardan yoğrulmuş duasıdır: Allah səndən razı olsun! Bu dörd söz bəlkə də bütün duaların başıdır. Çünki Allah-Təalanın razı qaldığı bir bəndənin daha nə dərdi ola bilər ki? Və ya bəndə üçün Allahın razılığını qazanmaqdan yüksək bir nemət ola bilərmi?
    Dua istəmək, yalvarmaq, hər şeyin Sahibinə üz tutmaq, öz zəifliyini etiraf etmək, dərdinə çarə diləməkdir. Dolayısı ilə dua həm də özünü tərbiyədir.
    “Hər ağızda bir dua var, hər tikədə bir ovsana” deyib ulularımız. Dua yığın, dua qazanın! Bir vaxt qızmar çöllərdə başınızın üstündə bulud, qaranlıqda yolunuza düşən işıq olar.
    Bir də duanızı əsirgəməyin sevdiklərinizdən. Sevmədiklərinizə də dua edin, “Allah islah etsin!”- deyə.
    [
    Ya da
    [

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    KOCAELİ TÜRKİYE
    Mesajlar
    18
    teşekkürler yüreğinize saglık güzel bir yazıydı.Kandiliniz kutlu olsun
    BİZ İKİ DEVLET BİR MİLLETİZ...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.