1 sonuçtan 1 ile 1 arası
-
10-21-2011, 01:12 AM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
Kainatdakı çeşidliyin qaynağı
Kainatdakı çeşidliyin qaynağı
Bu günə qədər elmə 109 kimyəvi element məlumdur. Bütün kainat, dünyamız, canlı-cansız bütün varlıqlar - nə varsa, hamısı bu 109 elementin müxtəlif ölçü və şəkillərdə birləşməsindən yaranıb. Bura qədər bütün elementlərin bir-birinin bənzəri olan atomlardan yarandığını gördük; atomlar da öz növbəsində, eyni hissəciklərdən oluşurdu. Yaxşı, bir halda ki, bütün elementləri yaradan atomlar eyni hissəciklərdən ibarətdirlər, onda həmin elementləri fərqli edən, maddəni sonsuz çeşidlərə salan nədir?
Elementləri birbirindən fərqləndirən amil atomların nüvəsindəki protonların sayıdır. Ən yüngül element olan hidrogenin atomunda 1 proton, ikinci yerdə gələn heliumun atomunda 2 proton, qızılın atomunda 79, oksigendə 8, dəmirdə 26 proton var. Qızılı dəmirdən, dəmiri oksigendən ayıran özəllik də elə budur - atomlardakı protonların sayı. Nəfəs aldığımız hava, vücudumuz, hansısa bir bitki və ya heyvan, kainatdakı planetlər, canlı-cansız, acı-şirin, duru-qatı... - bunların hamısı təməldə proton-neytron-elektronlardan əmələ gəlirlər.

1- titanyum
2- sarı safir
3- pirit
4- topaz
5- mavi safir
6- kalsit
7- bakır
8- alçı taşı
9- flüorit
10- topaz
11- talk
12- demir
13- zımpara taşı
14- kömür
15- galen
16- quart
17-barit sülfüt
18- feldispat
19- elmas
20- apatit
21- altın
22-feldispat
23- kaya tuzu
24- quartz
Elementləri bir-birlərindən fərqləndirən amil atomlarının nüvələrindəki protonların sayıdır. Bu şəkildə görünən maddələri də həmçinin.
(harun yahya Atom möcüzƏsi)


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri