1 sonuçtan 1 ile 1 arası
-
10-02-2011, 09:02 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
İynƏli omarların (iri dƏniz xƏrçƏngi) köçü
İYNƏLİ OMARLARIN (İRİ DƏNİZ XƏRÇƏNGİ) KÖÇÜ

Minlərlə, hətta on minlərlə kilometr uzaqlıqdakı ərazilərə köç edən canlıların bunu necə bacardıqlarını heç düşünmüsünüz? Məsələn, səyahətlərinin məsafəsini necə tam hesabladıqlarını və bu hesaba görə kifayət qədər qida topladıqlarını, marşrutlarını çaşmadıqlarını, getdikləri yerdə iqlim şərtlərinin daha yaxşı olacağını, bəzən heç görmədikləri halda yollarını necə tapdıqlarını və buna bənzər hələ bir çox problemin cavabını düşünən insan çox açıq həqiqətlə qarşılaşar.
Köç edən canlıların heç tanımadıqları yerlərlə bağlı bu məlumatı öz şüur və iradələrilə əldə etmələri, bunlara uyğun hesablamalar apararaq bu hesablamalara əsasən kütləvi şəkildə hrəəkət etmələri mümkün deyil. Bu vəziyyət gördükləri işlərin bu canlılara “ilham edildiyini”, bu canlıların üstün bir güc tərəfindən yönəldildiklərini göstərir. Köç edən canlılar Allahın ilhamı ilə yollarını tapır, necə enerji sərf edəcəklərini və bütün digər lazımlı məlumatları əldə edirlər.
Köç edən canlılara misal olaraq iynəli omarları göstərmək olar. Bu canlıların mümkünsüz görünən şeyləri necə bacardıqlarına baxaq. İynəli omarlar Florida sahillərindəki və Baham adaları ətrafındakı mərcan qayalıqlarında yaşayırlar. Lakin iqlimin dəyişməsilə qayalıqlardakı yuvalarını tərk edir və dəniz altında yığışırlar. Bu, yumurtlamaq üçün daha isti və təhlükəsiz sulara doğru edəcəkləri köç üçün hazırlıqdır. Köçə hazırlaşan omarların hər biri yapışqan buynuzları ilə qarşısındakı omarın arxasından tutur və tək sırada düzülürlər. Hər sırada təxminən 50 omar olur. Omarların tək sırada düzülərək hərəkət etmələrinin mühüm səbəbləri var. Əvvəla, bu hərəkət suyun çəkmə təsirini azaldır və daha az güc sərf etmələrini və daha sürətlə hərəkət etmələrini təmin edir. Bundan başqa, heç bir gizlənmə yeri olmayan açıq qum ovalıqları boyu hərkət edən omarlar qarşılarına çıxan təhlükələrə qarşı daha yaxşı müdafiə olunurlar. Köç edən omar sürüləri düşmənləri tərəfindən hücuma məruz qaldıqda düzüldükləri sıranı pozur və qısqaclarını çöldə çıxararaq sırada düzülürlər və bu şəkildə müdafiə lunurlar. 19

Köç edən yetişkinler sahilə yaxın yerlərdə yumurtlayırlar. Yumurtadan çıxan tırtıllar dəniz axınları ilə yenidən dənizin dərinliklərinə aparılır və dibində yerləşdirilir. Balalar böyüdükdə eyni köçü yenidən başlayırlar və tək sıra halında köç edirlər.20
Məgər O yaratdığını bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır! Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır! (Mülk surəsi, 14-15)
(harun yahya Ehtişam hƏr yerdƏdir)
19. David Attenborough, The Trials of Life, s. 123
20. Mitchell Beazley, Oceans, Mitchell Beazley Publishers, 1991, UK, s.54


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri