Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Darvinistlər “Darvinizmlə Allah inancı ziddiyyət təşkil etmi

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Darvinistlər “Darvinizmlə Allah inancı ziddiyyət təşkil etmi

    Darvinistlər “Darvinizmlə Allah inancı ziddiyyət təşkil etmir” yalanını təlqin edirlər

    Darvinizmin əsasını materializm təşkil edir. Materializmə əsasən maddə sonsuzdur və maddədən üstün hər hansı bir güc yoxdur. Başqa sözlə, materializm bütün kainatı təşkil edən maddədən üstün olan, maddəyə hakim olan, maddəni daima nəzarəti altında saxlayan üstün Yaradanın varlığını inkar edir (Allahı tənzih edirik). Maddənin mütləq varlığı iddiası ilə ortaya atılmış Darvinizmi yaşatma səyinin, bu səy üçün bütün yalanlara, saxtakarlıqlara əl atılmasının yeganə səbəbi bütün varlıqları üstün və güclü bir Yaradanın yaratdığı həqiqətinin qəbul edilməsinə mane olmaqdır. Darvinistlər son 150 il boyu buna çalışmış, bunun üçün mübarizə aparmışdırlar. Darvinizmin saxta bir din kimi mənimsənilməsinin ən böyük səbəbi elə budur.

    Ancaq bu həqiqət adətən insanlardan gizlədilir, çünki bu vəziyyət geniş xalq kütlələrinin Darvinizmə simpatiyasını pozacaqdır. Xüsusilə Allaha iman gətirib dərin hörmət saxlayan, inanclı insanlara mənfi təsir edəcək. Darvinizmin Allah inancına qarşı bir nəzəriyyə olması Darvinin dövründə də dindar kütlələrin etirazına səbəb olmuş, nəzəriyyə o dövrün insanları tərəfindən asanlıqla mənimsənilməmişdir. Mənimsənilməyə başlanması darvinist təlqinlər və təbliğatlar nəticəsində olmuşdur. Hal-hazırda da təhsil müəssisələrində insanın meymundan törədiyini, dinozavrların qanad açıb uçmağa başladığını öyrənən insanlar əsasən təkamül nəzəriyyəsinin zərərsiz elmi nəzəriyyə olduğunu düşünürlər. Nəzəriyyənin əsl üzündən isə xəbərsizdirlər. Dünyadakı dinsizliyin, diktaturaların, müharibələrin, soyqırımların, zalımlığın, degenerasiyanın, terrorun, ölkəmizdəki əsgərlərimizin şəhid edilməsini əsas səbəbinin elmdənkənar batil nəzəriyyə olduğunu bilmirlər.

    Darvinistlər də müdafiə etdikləri ehkamın əsl üzünü gizlətməyə çalışırlar. Elə buna görə Allaha iman gətirən kütlələri yönləndirmək, Darvinizmi zərərsiz göstərmək və onların da dəstəyini qazanmaq üçün Darvinizmin dinə zidd olmadığı yalanını yaymağa çalışırlar. Bu yolla tərəfdar toplayacaqlarına və təkamül nəzəriyyəsinə qarşı aparılan fikri mübarizənin daha da zəifləyəcəyinə inanırlar. Bu məqsədlə irəli sürdükləri “təkamüllə yaradılış” yalanı olduqca məntiqsiz və əsassız olmasına baxmayaraq altdan-altdan dəstəklənir, darvinistlər tərəfindən daima gündəmə gətirilir. Hətta bunun üçün Darvinin özünün belə dindar şəxsiyyət olması yalanına əl atırlar. Ateist və darvinist Riçard Doukins bu məsələ ilə bağlı fəaliyyət göstərən bir darvinist lobbinin varlığını bu sözlərlə etiraf edir:

    Xüsusi təşkil edilmiş təkamülü qoruma lobbisi var. Bunların böyük əksəriyyəti ateistlərdən ibarətdir. Amma bu şəxslər orta mövqe tutan ve mötədil dindarlarla dost olmaq istəyirlər. Bunu etməyin yeganə yolu təkamül ilə din arasında heç bir uyğunsuzluq olmadığını söyləməkdir. 183


    Yer üzündəki vəhşiliyin tək səbəbi Darvinist təhsildir. Dünyanın sülh mühiti ola bilməsi üçün tək şərt, Darvinist təlqinlərin təməlindən yox edilməsidir.


    Ancaq təkamül ilə din heç bir şərt daxilində, heç cür əlaqələndirilə bilməz. Darvinistlər özləri Allaha inanmadıqları, təsadüfləri tanrılaşdırdıqları (Allahı tənzih edirik), yaradılış həqiqətinə tamamilə qarşı olduqları və bu yolda mübarizə apardıqları halda bir anda Allahın kainatı təkamüllə yaratması yalanının ən böyük müdafiəçisinə çevrilirlər. Əslində isə darvinistlər materializmə olan bağlılıqlarına görə Allah inancını heç vaxt qəbul etməzlər. Darvinist olmaq Allah inancını inkar etməyi də özü ilə bərabər gətirir. Bir insanın elmi cəhətdən heç bir dəlili olmayan, təsadüfləri tanrılaşdıran bu bütpərəstlik dinini dəstəkləməsinin yeganə səbəbi Allahın varlığını inkar etməkdir (Allahı tənzih edirik). Darvinistlərin insanları Allah inancından uzaqlaşdırmaq üçün etməyəcəkləri şey yoxdur.

    Elə buna görə bu yalana qarşı diqqət olmaq lazımdır!

    Jurnalist Lari Uitam Darvinizmin saxta din olmasının açıqlandığı və darvinist diktatorluğun təzyiq və israrlarından bəhs edildiyi Expelled “No Intelligence Allowed” (Qovulmuş “Heç bir intellektə yer yoxdur”) sənədli filində mövzu ilə bağlı belə şərh verir:

    Təkamül nəzəriyyələrinin hamısında qəti şəkildə iddia edilən şey ya Allahın olmaması (Allahı tənzih edirik), ya da Allahın yaratdıqlarına nəzarət etməməsidir (Allahı tənzih edirik). Buna görə təbii olaraq bir çox təkamülçünün də dediyi kimi təkamül ateizm üçün ən güclü vasitədir.184

    Darvinistlər Allah inancını qəti şəkildə inkar etdikləri halda insanlara qarşı bu çirkin oyunu oynayırlar. Lakin bu çirkin yalana inananlar bu həqiqəti düşünmürlər: Uca Allah, şübhəsiz, bütün varlıqları müxtəlif vəsilələrlə yaratmağa qadirdir. Rəbbimiz istəsə canlıları təkamül vəsiləsi ilə yarada bilərdi. Lakin belə yaratmamışdır. Bütün varlıqlar yer üzündə yoxdan var olmuşlar, yoxdan yaradılmışlar.

    Quranda təkamülə işarə edən bircə ayət də yoxdur. Qurana əsasən bütün kainat və canlılar Rəbbimizin “Ol” əmri ilə yaradılmışdır. Allah endirdiyi bütün ilahi dinlər ilə insanlara bütün kainatı yoxdan, bircə əmrlə yaratdığını və ona istədiyi formanı verdiyini bildirmişdir. Belə ki, yer üzündəki dəlillərə baxdıqda da yaradılışın Quranda tərif edildiyi şəkildə olduğunu görərik. Tapılan hər canlı növü mükəmməldir. Ani surətdə, mükəmməl görünüşdə ortaya çıxmış və heç bir dəyişikliyə uğramamışlar. Canlılar milyonlarla il boyu dəyişilməyiblər. Canlıların cansız maddələrdən əmələ gəlmə ehtimalı yoxdur. Bircə zülalın belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Qeyri-adi kompleksliyə malik canlı növlərinin bir-birinə çevrilmələri iddiası elmdən tamamilə uzaqdır. Bir canlıya tamamilə yeni, faydalı informasiya əlavə edən mexanizm yoxdur. Elm bütün canlıların zülallarına, hətta atomlarına qədər möhtəşəm kompleksliyə malik olduqlarını, ani surətdə ortaya çıxdıqlarını və bir-birlərinə çevrilmədiklərini qəti və inkaredilməz dəlillərlə ortaya qoymuşdur. Beləliklə, Allahın təkamüllə yaratdığına dair bir iddia böyük yalandır, darvinist yalanın bir hissəsidir (mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın: Harun Yahya, Kuran Darvinizmi Yalanlıyor)

    Yaradlışmış hər şey Allahın uca qüdrətinin bir dəlilidir. Quranda bir çox ayədə Allahın bu üstün yaratması xəbər verilmişdir:

    Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)

    Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da oldu. (Ali-İmran surəsi, 59)

    Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (Ənam surəsi, 73)

    Biz hər hansı bir şeyi istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar. (Nəhl surəsi, 40)

    Məgər göyləri və yeri yaradan onların bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! Bir şeyi istədiyi zaman Onun əmri ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. (Yasin surəsi, 81-82)

    Dövrümüzdə elm materialist-təkamülçü iddianın əsassızlığını göstərir. Təkamül nəzəriyyəsinin iddiasının əksinə, ətrafımızdakı hər bir yaradılış dəlili kainatda təsadüfə əsla yer olmadığını insanlara sübut etmişdir. Əgər yer üzündə Allahın təkamüllə yaratdığına dair dəlillər tapılsaydı və Allah Quranda bunu bizə bildirsəydi, “Rəbbimiz təkamüllə yaratmışdır” düşüncəsi, əlbəttə, inananlar tərəfindən dərhal qəbul edilər və müdafiə edilərdi. Ancaq Allah Quranda “Ol” əmri ilə yaratdığını xəbər verir və təkamüllə yaratmaya dair heç bir ayə yoxdur. Həm də qəti və aydın şəkildə təkamülə dair bircə elmi dəlil yoxdur. Belə olduqda həqiqətlər aydındır. Göylərin, yer üzünün və bütün canlı varlıqların tədqiq edilməsi ilə üzə çıxan hər detal Allah böyük güc və qüdrətinin bir dəlilini deməkdir. Bütün varlıqlar ulu Rəbbimiz Allahın əmri ilə bir anda, yoxdan yaradılmışlar. Şübhəsiz, yaratmaq üçün Allahın səbəblərə ehtiyacı yoxdur (Allahı tənzih edirik). Darvinistlər elə bu mühüm cəhəti qavramalıdırlar. Allah bir ayəsində belə buyurur:

    Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o: “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz! (Bəqərə surəsi, 258)

    Allahın təkamüllə yaratdığını təlqin etməyə çalışanlar cinlərin və mələklərin necə yaradıldıqlarını da açıqlamalıdırlar. Bu şəxslər mələklərin və cinlərin yaradılışı məsələsi gündəmə gələndə susurlar. Allah cinlərin və mələklərin yaradılışını ayələrində bildirir:

    Biz insanı quru və şəklə düşmüş qara palçıqdan yaratdıq! Cannı da daha öncə tüstüsüz oddan xəlq etmişdik. (Hicr surəsi, 26-27)

    Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir! (Fatir surəsi, 1)

    İnsanın və canlıların təkamüllə meydana gəldiyini iddia edənlər nurdan yaradılmış mələklərin, alovdan yaradılmış cinlərin əmələ gəlməsini, əlbəttə, təkamüllə açıqlaya bilməzlər. Allahın qədrini təqdir edə bilməyən, Allahın bütün səbəblərdən uzaq olduğunu başa düşməyən və Rəbbimizin hər şeyi ancaq “Ol” əmri ilə yaratdığını qəbul etməyən insanlar üçün mələklərin və cinlərin varlığı bütün saxta iddiaları aradan qaldırır. Çünki cinlərin və mələklərin varlığı bu açıq həqiqəti üzə çıxarır: mələklər və cinlər təkamüllə yaradılmadıqları kimi, insan da təkamüllə yaradılmamışdır.

    Darvinizmi kor-koranə müdafiə edənlər Quranda bildirilən Hz. Musanın (a.s.) əsasının ilana çevrilməsini və Hz. İsanın (a.s.) palçıqdan düzəltdiyi quşun canlanmasını əsla açıqlaya bilməzlər. Uca Allah Hz. Musanın (a.s.) əsasının ilana çevrilməsini ayələrində belə xəbər verir:

    Dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!” (Allah) buyurdu: “Ya Musa! Onu (əsanı yerə) at!” (Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan olub sürətlə sürünməyə başladı. (Taha surəsi, 18-20)

    Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. (Əraf surəsi, 117)

    Hz. Musanın (a.s.) söykəndiyi, ağacdan yarpaq saldırdığı əsası Allahın əmri ilə bir anda canlı, çoxalan, qidalanan, mükəmməl, tam və qüsursuz ilana çevrilmişdir. Bir taxta parçası Allahın istəyilə bir anda mükəmməl ilan olmuşdur. Bu dəlil Quranda təkamül nəzəriyyəsinə dəlil olması iddiasını qəti şəkildə məhv edir. Rəbbimiz öz istəyilə Hz. İsanın palçıqdan düzəltdiyi quşu cnalı quşa çevirməsini ayəsində belə xəbər verir:

    Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” (Maidə surəsi, 110)

    Hz. İsanın (a.s.) palçıqdan düzəltdiyi quş Allahın izni və istəyilə bir anda canlı, mükəmməl, tam və qüsursuz qanad quruluşu ilə uçan, çoxalan, qidalanan quşa çevrilir. Budur, bu yoxdan yaradılış darvinistlərin əsla izah edə bilmədiyi böyük möcüzədir və yer üzündəki bütün canlılaırn yoxdan yaradılışına dəlildir.



    Bütün bunların ortaya qoyduğu aydın nəticə var. Təkamül ilə Allah inancının ziddiyyət təşkil etmədiyini iddia edən darvinistlər əslində dindar insanları böyük yalana sürükləməyə çalışır, onların səmimi imanlarını istismar etmək üçün cəhd göstərirlər. Bu gün Allaha inancının qarşısındakı ən böyük təhlükələrdən və maneələrdən biri Darvinizmdir. Darvinizm birbaşa Allah inancına qarşı mübarizə eədn dəccalın ən təsirli və böyük oyunudur. Allah inanan səmimi dindarlar bu təhlükəni görüb buna qarşı ciddi elmi fəaliyyət göstərməlidirlər. Bu böyük təhlükəni zərərsiz hesab edib onu dəstəkləmək təhlükəni daha da böyüdəcək, Allah inancına qarşı mübarizə aparan təhlükəli axına dəstək verəcəkdir. Unutmaq olmaz ki, Darvinizm saxta və batil bütpərəst dinidir və yeganə məqsədi insanları dinsizliyə sürükləməkdir.
    (harun yahya DƏccal necƏ öldü?)

    183-Ben Stein, Expelled "No Intelligence Allowed", 2008
    184-Ben Stein, Expelled "No Intelligence Allowed", 2008

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.