Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Qalıq Qeydləri: Aralıq formalardan Əsər Yox

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Qalıq Qeydləri: Aralıq formalardan Əsər Yox

    Qalıq Qeydləri: Aralıq formalardan Əsər Yox

    Qalıq Qeydləri:

    Aralıq formalardan Əsər yox

    Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmamış olduğunun ən açıq göstəricisi isə qalıq qeydləridir.

    Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən var olan bir canlı növü, zamanla bir başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə bu çevrilmə yüz milyonlarla il davam edən uzun bir zamanı əhatə etmiş və addım-addım irəliləmişdir.

    Bu vəziyyətdə, iddia edilən üzun çevrilmə müddəti içində saysız “aralıq növləri”in meydana gəlmiş və yaşamış olmaları lazımdır.

    Məsələn keçmişdə, balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış olan yarı balıq yarı sürünən canlılar yaşamış olmalıdır. Ya da sürünən xüsusiyyətlərini daşıyarkən, bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar ortaya çıxmış olmalıdır. Bunlar, bir keçiş müddətində olduqları üçün də, şikəst, əskik, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşamış olduqlarına inandıqları bu nəzəri varlıqlara “aralıq keçid forması” adını verirlər.

    Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşamışlarsa bunların saylarının və növlərinin milyonlarla hətta milyardlarla olması lazımdır. Və bu əcaib canlıların qalıqlarına mütləq qalıq qeydlərində rəst gəlinməsi lazımdır. Darvin, Növlərin Mənşəyində bunu belə açıqlamışdır:

    Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız aralıq-keçid növləri mütləq yaşamış olmalıdır… Bunların yaşamış olduqlarının dəlilləri də yalnız qalıq qalıqları arasında ola bilər. (Charles Darvin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179)
    (harun yahya Quran Əxlaqı)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.