1 sonuçtan 1 ile 1 arası
-
08-22-2011, 06:57 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
KüsƏyƏnlik
KÜSƏYƏNLİK

Cahil cəmiyyətdəki evdar qadın xarakterinin əsas xüsusiyyətlərindən biri də küsəyən olmalarıdır. Bu kəslər şüur altında çoxlu qorxlarla yaşayırlar. İkinci plana atılma, tərk edilmə, aldadılma kimi qorxular bunların əsaslarıdır. Cahiliyyə sisteminin çürük təmələ əsaslandığını bildiklərindən hər an vəfasızlıqla qarşılaşa biləcəklərini düşünürlər. Bu səbəblə də qarşılaşdıqları hər hadisəni, eşitdikləri hər sözü bu psixologiyayla qiymətləndirirlər.
Evlilik ildönümü, ad günü və s. kimi əhəmiyyətli bir günün, yoldaşları, ya da uşaqları tərəfindən unudulmuş olması cahiliyyə qadınlarının küsmələri və şıltaq davranışları üçün çox uyğun bir zəmin hazırlayır. Adi bir unutqanlıqda belə, artıq sevilmədiklərini, əhəmiyyət verilmədiklərini, ya da ikinci plana atıldıqlarını düşünərək küsəyənlik hissinə qapılırlar. Bu ruh halları çox vaxt böyük mübahisələrə və gərgin anlara səbəb olur.
Mömin qadının xarakterində isə, bu cür əxlaq pozuqluğu yoxdur. O hər şeydən əvvəl Allahın əmrinə görə nə insanlar, nə də hadisələr haqqında bir zənndə olmaz. Ortada tam aydın olmayan bir söz, ya da bir davranış varsa bunu mütləq dəqiqləşdirir, qarşı tərəfin məqsədini və niyyətini öyrənir və bu haqda öz fikrini bildirir. Amma heç vaxt nə olduğunu tam anlaya bilmədiyi bir mövzu, ya da bir söz haqqında zənnlər edərək bunlara əsaslanıb küsmür. Onsuz da küsməyin Quran əxlaqına uyğun olmadığını bilir. Bununla yanaşı mömin qadının evliliyi və ya dostluqları da yenə möminlərlə olacağından onsuz da belə şeylərə səbəb ola biləcək bir şey də olmaz. Çünki mömin xarakteri, sözlərin açıq və doğru danışılmasını tələb edir. Allah kinayəli bir sözdən, ya da cahiliyyə olan "söz atmaq" kimi pis əxlaqdan möminləri məhrum etmişdir. Göründüyü kimi, mömin qadın Qurana tabe olduğu üçün bu cür əxlaq pozuqluğunun təsir etmədiyi son dərəcə rahat və etibarlı bir həyat yaşayar.
(məqalə harun yahya)


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri