Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Toyuq ciyəri qovurması resepti

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Toyuq ciyəri qovurması resepti



    Toyuq ciyəri qovurması kahı və ya kələm yarpağında daha dadlı olur.

    Tərkibi:

    400 qram toyuğun qaraciyəri
    1 ədəd soğan
    1 ədəd kök
    2-3 ədəd yumurta
    Kahı yarpaqları
    2-3 ədəd marinadaya qoyulmuş xiyar
    mayonez
    duz
    yeni döyülmüş istiot

    Hazırlanma qaydası:

    Toyuğun qaraciyərini yuyub, təmizləyərək 2 dəqiqə ərzində bitki yağında yüksək odda qızardın. Sonra üzərinə duz və istiot səpin. Tavanın qapağını örtərək, 8-10 dəqiqə ərzində zəif odda bişirin.
    Bişmiş toyuğun qaraciyərini soyudub, xırda-xırda doğrayın.
    Xiyarı nazik dilimlərlə doğrayın.
    Kökü təmizləyib, sürtkəcin iri gözündən keçirin.
    Bişmiş yumurtaları xırda kub şəklində doğrayın.
    Soğanı xırdalayıb, köklə qarışdıraraq, bitki yağında qovurun. Duz səpməyi unutmayın.
    Boşqabda bişmiş qaraciyəri, soğan, kök, xiyar və yumurtaları qarışdırın. Üzərinə zövgə görə duz, istiot, mayonez əlavə edin və yenidən qarışdırın.
    Kahı yarpaqlarını yuyub, qurulayaraq, üzərinə hazırladığınız toyuq içalatını əlavə edin.
    Süfrəyə verərkən, göyərti və bolqar bibəri ilə bəzəyin.
    Nuş olsun!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.