Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Ana olmaq üçün ən ideal yaş hansıdır?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Ana olmaq üçün ən ideal yaş hansıdır?



    İngilis mütəxəssislər ana olmaq üçün ən ideal yaş həddini hesabalayıblar. Avropa mətbuatının verdiyi məlumata görə, İngiltərə Royal Collecin ginekoloqları və doğum üzrə mütəxəssisləri bu həddin 20-35 yaş arası olduğunu qeyd edirlər.

    Onlar 35 yaşdan sonra uşağın düşməsi, qeysəriyyə əməliyyatı ilə doğuş və doğuş zamanı fəsadlara rast gəlmək ehtimalını araşdıraraq geniş miqyaslı araşdırma aparıblar.

    Nəticələrə görə, bu yaşdan sonra sağlam uşağın doğulması və ya hamiləliyin normal davam etməsi o qədər də mümkün olmur. Düzdür, 35 yaşdan sonra normal hamiləlik keçirib sağlam uşaq dünyaya gətirmək də mümkündür. Ancaq sağlamlıqla bağlı problemlərin müşahidəsi ehtimalı normadan artıq olur.

    Bu istiqamətdə aparılan araşdırmada süni mayalanma ilə hamilə qalan qadınların göstərdiyi nəticələr də qeydə alınıb. Belə ki, 35 yaşa qədər bu müalicə üsulu 31 faiz effektiv olursa, 35 yaşdan sonra bu rəqəm 5 faizə qədər azalır.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.